4:46 am - Şənbə İyul 22, 2017

Qədim tarixi abidələrimiz

İsa Səttarov, 179 nömrəli məktəbin 3a sinif şagirdi

İsa Səttarov,
179 nömrəli məktəbin 3a sinif şagirdi

Bir dəfə müəllimimiz bizi İçərişəhərə gəzməyə apardı. Biz oranı gəzəndən sonra Şirvanşahlar sarayına getdik. Burada milli geyimlərə, qılınclara, xalçalara və s. əşyalara baxdıq.

Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə tikilmişdir. Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi yaxın şərqin ən görkəmli memarlıq abidələrindən biridir.

1932-1934-cü illərdə Şirvanşahlar sarayının təmiri və bərpası sayəsində müəyyən işlər görülmüşdür ki, bu da abidənin uçmasının qarşısını almışdır.

1964-cü ildən muzey qoruq kimi istifadəyə verilir və dövlət tərəfindən qorunur.

Bizim işğal altında olan torpaqlarımızda çoxlu qədim tarixi abidələrimiz nankor qonşumuz ermənilər tərəfindən yandırılaraq yerlə yeksan edildi. Buna misal olaraq Şuşadakı Bülbülün ev muzeyi, xan qızı Xurşidbanu Natəvanın ev muzeyi və digərlərini göstərmək olar.

Biz azərbaycanlılar öz qədim tarixi abidələrimizi öyrənməli, qorumalı və sevməliyik.

Bunun üçün biz şagirdlərin üzərinə güclü məsuliyyət düşür. Tariximizi yaxşı öyrənməklə, dərslərimizdən əla qiymət almaqla qaniçən düşmənlərimizə sübut edərik ki, onlar nə etsələr də tariximizi bizə unutdura bilməzlər.

Bu sahədə bizə kömək edənlərə – başda ilk müəllimim olan Nurəhməd müəllimə öz təşəkkürümü bildirirəm.

Filed in: ŞAGİRDLƏR

Şərhlər qapalıdır.