11:34 am - Şənbə Sentyabr 23, 2017

Yeddincilərin yazdığı kitab və yaxud gimnaziya “nəşriyyatı”nın ilk nümunəsi

21 Fevral Beynəlxalq Ana Dili Günündə İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 7b sinif şagirdləri yeddincilərin ümumi istifadəsi üçün məktəb kitabxanasına ingilis dilindən tərcümə etdikləri “Gənc tərcüməçilər” kitabını təqdim etmişlər.

Beynəlxalq Ana Dili Gününə həsr edilmiş 35 səhifəlik bu kitabdakı tərcümələr Azərbaycan Respublikasının əməkdar müəllimi Arifə Rəsulovanın BRİTİSHOUNCİL.ORQ, Test yourself kitabından seçilmiş mətnlər əsasında aparılmışdır. Hər bir tərcümənin sonunda mətnə uyğun çalışmalar, krossvordlar və debat üçün suallar təqdim olunmuşdur.

Yeddincilərin yaşıdlarına təqdim etdikləri bu nəşr silsilə şəklində düşündükləri seriyanın ilk kitabıdır. Gənc tərcüməçilərin ingilis dilindən Azərbaycan dilinə etdikləri bədii tərcümələr şagirdlərin nitq vərdişlərinin və bədii təfəkkürünün inkişafına yönəlmişdir. Tərcümələrdə Azərbaycan ədəbi dilinə bələdlik, lüğəvi və frazeoloji vasitələrin seçmə üsulu və bacarığı, maraqlı dil faktlarından məqsədyönlü şəkildə faydalanma diqqəti çəlb edir .

Tərcümə kitabındakı “Alma almaya bənzər”, “Fillər, Bananlar və Ethel xala”, “Hett Grin”, “Dilemma” (Çıxılmaz vəziyyət), “Duz dağı”, “Tac Mahal”, “Bilirsinizmi?” “Dünyanın ən maraqlı darıxdırıcı adamı”, “Jakkın qarajındakı dinazavr”, “Albertonunyeni qonşuları”, “Mr.Smithin yeni burnu” və digər materiallar gənc tərcüməçılərin gələcək uğurlu işlərindən xəbər verir.

Tərcüməçilər R.Səbinə, M.Şahnaz, Q.Fərid, M.Nərgiz, M.Məsumə, A.Vidadi, Y.Toğrul, Q.Zakir, T.Solmaz, Q.Lütfiyyə və başqaları ingilis dili məllimi Səidə Nəsrəddinovanın rəhbərliyi ilə kitabın gələcək nəşrlərinə indidən ciddi hazırlaşırlar.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının
əməkdar müəllimi

Filed in: ŞAGİRDLƏR

Şərhlər qapalıdır.