11:33 am - Şənbə Sentyabr 23, 2017

Həyat bilgisi

STANDART: 1.1.1 Cisim, maddə və təbiət hadisələrinin sadə təsnifatını verir.

MÖVZU: Təbiət hadisələri.

MƏQSƏD: Cansız və canlı təbiətdə baş verən hadisələri fərqləndirir.

Təbiət hadisələrini sadalayır, onlar haqqında danışır.

Təbiət hadisələrinin qanunauyğunluğunu nümunələrlə izah edir.

İNTEQRASİYA: A.d-2.2.2; İnf-4.1.3; Riy-5.2.2.

İŞ FORMASI: Kollektivlə iş, qruplarla iş

İŞ ÜSULU: Beyin həmləsi, BİBÖ.

RESURSLAR: Dərslik, təbiət hadisələrini əks etdirən şəkillər, videolar, plastik butulka, qırmızı rəng, fincan, soda, sirkə turşusu, boşqab, qaşıq.

DƏRSİN GEDİŞİ:

MOTİVASİYA: Təbiət hadisələrini əks etdirən videolar şagirdlərə nümayiş etdirilir.

Şagirdlərə aşağıdakı suallarla müraciət edilir:

1. Təbiətdə hansı hadisələr baş verir?

2. Fəsillər hansı ardıcıllıqla yerini dəyişir?

3. Təbiət hadisələrinin hansı əhəmiyyətləri var?

4. Təbiətdə baş verən dəyişiklikləri necə adlandırmaq olar?

TƏDQİQAT SUALI: Təbiətdə baş verən dəyişikliklər barədə daha nələri bilirik?

MƏLUMAT MÜBADİLƏSİ: Dərsin bu mərhələsində şagirdiər qruplara bölünür.

I QRUP: LALƏ

1. Necə olur ki, göy qurşağı əmələ gəlir?

2. Verilmiş təchizatlardan istifadə edərək vulkanın qurulmasını təcrübə vasitəsiylə göstərin.

II QRUP: QIZILGÜL

1. Böyük su dövranı necə baş verir?

2. Təbiətdə heyvanlar arasında zəncirvari əlaqə olduğunu sadalayın.

III QRUP: NƏRGİZ

1. Günəş tutulması necə baş verir?

2. Təbiət hadisələrinin hansı müsbət cəhətləri var?

MƏLUMAT MÜZAKİRƏSİ: Hər qrup lideri gəlib öz qrup işini təqdim edir. Sonra qrupların cavabları ilə bağlı video görüntülər nümayiş etdirilir.

ÜMUMİLƏŞDİRMƏ:

M: Təbiət hadisələri haqqında nə öyrəndiniz?

M: Canlı və cansız təbiət hadisələri arasında hansı əlaqələr var?

M: Cansız təbiət hadisələri arasında hansı əlaqələr var?

M: Canlı və cansız təbiət hadisələrini öyrənmək üçün insan nələri yaratdı?

M: İnsan nə üçün təbiət hadisələri arasındakı əlaqələri bilməlidir?

NƏTİCƏ:

1. Canlı və cansız təbiətdə zəncirvari əlaqənin olduğu sübut olundu.

2. Təcrübələr nəticəsində təbiətdə baş verən bir çox hadisələrin arasında əlaqələrin olduğu kəşf olundu.

3. Təbiəti öyrənən fizika, kimya, biologiya və sair elm sahələri yaranıb inkişaf etdi.

QİYMƏTLƏNDİRMƏ

QİYMƏTLƏNDİRMƏ

QİYMƏTLƏNDİRMƏ

EV TAPŞIRIĞI: “Təqvim hansı biliklərin əsasında yaranıb” mövzusunda ESSE yazmaq.

Samirə BÜNYATOVA,
Bakı şəhəri, Suraxanı rayonu,
97 nömrəli məktəbin müəllimi

Filed in: DƏRS NÜMUNESİ HƏYAT BİLGİSİ

Hələ şərh yoxdur

Şərh yazın