3:03 pm - Çərşənbə axşamı Avqust 22, 3234

2015-2016-cı tədris ili üçün Biologiya fənnindən IX-XI siniflər üzrə proqram materiallarının təxmini planlaşdırılması

I yarımil

 

İnsan və onun sağlamlığı- IX sinif

Həftədə 2 saat olmaqla illik 68 saat

1-ci dərs. Giriş: Azərbaycanda fiziologiya elminin inkişafında akademik A. Qarayevin rolu.

 

  1. İnsan orqanizmi ilə ümumi tanışlıq- 3 saat

2-ci dərs. Hüceyrə, onun quruluşu və kimyəvi tərkibi. Hüceyrənin həyat xüsusiyyətləri. Labaratotiya işi: ”İşıq mikroskopu ilə hüceyrə və toxumaların  müşahidə edilməsi”

3-cü dərs. Toxuma və orqanlar. Orqanlar sistemi.

4-cü dərs. Orqanizm vahid bir sistemdir. Funksiyaların süni və humoral tənzimi. Orqanizm və mühit. İnsanın biososial təbiəti.

 

  1. Sinir sistemi- 6 saat.

5-ci dərs. Sinir sisteminin təkamülü. Əhəmiyyəti. Quruluşu. Şöbələri.

6-ci dərs. Sinir sisteminin reflektor fəaliyyəti.

7-ci dərs. Onurğa beyninin quruluşu, funksiyaları. Labaratotiya işi: ” Baş beyni kəsilmiş qurbağa üzərində qıcıqların təsirilə refleks qövsünün tamlığının əhəmiyyəti”

8-ci dərs. Baş beynin təkamülü. Baş beynin şöbələri.

9-cu dərs. Baş beynin yarımkürələrinin quruluşu. Yarımkürələr qabığının əhəmiyyəti.

10-cu dərs. Sinir sistemi fəaliyyətinin pozğunluqları. Bu pozğunluqlarının qarşısının alınması.Zərərli vərdişlərin sinir sisteminə göstərdiyi təsirlər.

 

III. Vəzilər- 4 saat.

11-ci dərs. Daxili və xarici sekresiya vəziləri. Hormonlar. Qalxanabənzər, qalxanabənzərətraf, böyrəküstü vəzilər.

12-ci dərs. Mədəaltı, timus, epifiz, cinsiyyət, hipofiz vəzilər.

13-cü dərs. Ümumiləşdirici dərs: Süni və humoral tənzimin orqanların funksiyalarının tənzimində rolu.

14-cü dərs. Test yoxlaması

 

  1. Dayaq-hərəkət sistemi- 6 saat.

15-ci dərs. Dayaq-hərəkət sisteminin əhəmiyyəti. Sümüyün quruluşu və böyüməsi.

16-cı dərs. İnsan skeleti. Labaratotiya işi: ”Onurğa sütununun şöbələri və hər bir şöbədə olan fəqərələrin sayınınn müəyyən edilməsi.”

17-ci dərs. Sümük zədələnməsi və ilk yardım qaydaları.

18-ci dərs. Dayaq-hərəkət sisteminin inkişafı. Əzələlər, onların quruluşu və funksiyaları. Labaratotiya işi: ” Zehni və fiziki iş zamanı əzələ yorğunluğu “

19-cu dərs. Ümumiləşdirici dərs. Əzələ və skeletin quruluşu və funksiyalarının qarşılıqlı əlaqəsi. Əzələ və skeletin inkişafında fəal hərəkətin rolu.

20-ci dərs. Test yoxlaması.

 

V-VI. Qan və qan dövranı- 7 saat.

21-ci dərs. Orqanizmin daxili mühitinin təkamülü.

22-ci dərs. Eritrositlər. Qanköçürmə. Labaratotiya işi: ” Qan preparatının mikraskopda müşahidəsi”

23-ci dərs. Leykositlər. İmmunitet.

24-cü dərs. Qan və limfa dövranı. Labaratotiya işi:” Müxtəlif şəraitdə nəbzin sayılması “

25-cü dərs. Ürəyin quruluşu və işi. Ürək fəaliyyətinin tənzimi. Labaratotiya işi  :” Qan təzyiqinin ölçülməsi və müxtəlif şəraitdə sayılması ”

26-cı dərs. Qanaxmalar zamanı ilk yardım. Labaratotiya işi: ”Qanaxmalar zamanı ilk yardım “

27-ci dərs. Test yoxlaması.

 

VII. Tənəffüs sistemi- 5 saat.

28-ci dərs. Tənəffüs haqqında anlayış.

29-cu dərs. Tənəffüs hərəkətləri. Labaratotiya işi:”Nəfəs verdiyimiz havadakı karbon qazının təyini “

30-cu dərs. Ağciyərlərdə və toxumalarda qazlar mübadiləsi. Tənəffüsün tənzimi. Labaratotiya işi:” Nəfəsalma və nəfəsverməni dayandırmaqla təcrübə “

31-ci dərs. Tənəffüsün gigiyenası. Labaratotiya işi: “Süni tənəffüs və ürəyin masajı ”

32-ci dərs. Test yoxlaması.

 

 

VIII. Həzm sistemi- 5 saat.

33-cü dərs. Həzm sistemi. Ağız boşluğunda həzm. Labaratotiya işi: “Ağız suyunun nişastaya təsiri”

34-cü dərs. Mədədə həzm. Mədə şirəsi ifrazının süni və humoral tənzimi. Labaratotiya işi: “Mədə şirəsinin zülallara təsiri”

 

 

II  yarımil

 

35-ci dərs. Bağırsaqlarda həzm və sorulma prosesi.

36-cıdərs. Qidalanmanın gigiyenası və mədə bağırsaq xəstəliklərinin qarşısının alınması.

37-ci dərs. Test yoxlaması.

 

  1. Maddələr və enerji mübadiləsinin ümumi xarakteristikası- 4 saat.

38-ci dərs. Assimilyasiya və dissimilyasiya. Orqanizmdə su və mineral duzların mübadiləsi. Orqanizmdə üzvi maddələrin mübadiləsi.

39-cu dərs. Vitaminlərin əhəmiyyəti.

40-cı dərs. Enerji mübadiləsi. Labaratotiya işi:” Ağır və yüngül fiziki işlərlə məşğul olan iş adamlarının qida normasına uyğun sərf etdikləri enerjinin hesablanması “

41-ci dərs. Test yoxlaması.

 

X-XI. İfrazat sistemi. Dəri- 5 saat.

 

42-ci dərs. İfrazat üzvləri. İfrazat prosesinin əhəmiyyəti.

43-cü dərs. Böyrəyin mikroskopik quruluşu.  Sidiyin əmələ gəlməsi.

44-cü dərs. Dərinin quruluşu və funksiyaları. Labaratotiya işi:” Dərinin və tükün lupa vasitəsilə müşahidəsi “

45-ci dərs.  Dərinin gigiyenası. Labaratotiya işi: ”Dərinin yağlılığının salfet kağızı ilə təyini “

46-cı dərs. Ümumiləşdirici dərs: Orqanizmin həyat fəaliyyətində üzvlər sisteminin qarşılıqlı əlaqəsi.

 

XII. Çoxalma və inkişaf –6 saat.

47- ci dərs. Çoxalmanın əhəmiyyəti və təkamülü, tipləri.

48-ci dərs. İnsanın cinsiyyət sisteminin quruluşu.

49-cu dərs. Rüşeym və onun inkişafı.

50-ci dərs. Uşaq və yeniyetmə dövrünün xarakteristikası.

51-ci dərs. Zöhrəvi xəstəliklər və uşağın sağlamlağının qorunması.

52-ci dərs. Test yoxlaması.

 

 

XIII. Sensor sistemi – 5 saat

53-cü dərs. Duyğu orqanları və onların funksiyaları.Analizatorlar

54-cü dərs. Görmə orqanının quruluşu. Torlu qişanın funksiyası. Görmə orqanının funksiyasının pozğunluqları və gigiyenası.

55-ci dərs.  Eşitmə orqanı.

56-cı dərs. İnsanda müvazinət , əzələ və dəri, qoxu və dad orqanlarının quruluşu və funksiyaları.

57-ci  dərs. Test yoxlaması

 

XIV. Ali sinir faliyyəti. Davranışın fiziologiyası – 5 saat

 

58-ci dərs. Davranışın funksiyası. Şərtsiz və şərti reflekslər. Labaratotiya işi: ” Sözə qarşı şərti refleksin yaradılması “

59-cu dərs. İnsanın ali sinir fəaliyyətinin xüsusiyyətləri. İnsanın psixikası nitq və təffəkür.

60-cı dərs. Emosiyalar.

61-ci dərs. Yaddaş və onun müxanizmləri

62-ci dərs. Yuxu və oyaqlıq. İnsan davranışının ictimai əsasları

 

  1. İnsan və ətraf mühit- 6 saat

 

63-cü  dərs. Əməyin fiziologiyasının əsasları

64-cü dərs. Əməyin növləri. Ekoloji fiziologiya

65-ci dərs. İnsan ömrü. Stres. Sağlamlığı qorumağın vasitələri

66-cı dərs. Ekskursiya: yaxınlıqdakı xəstəxanaya ekskursiya.

67-ci dərs. Yekun dərs

68-ci dərs. Test yoxlaması.

 

 

Ümumi biologiya – X sinif

İllik 68 saat

I yarımil

 

 

Mövzular Saat
1. Giriş. Canlının əsas həyat xassələri. Canlıların quruluş səviyyələri. 1 s.
Sitologiyanın  əsasları 16 s
2. Hüceyrənin öyrənilməsi və hüceyrə nəzəriyyəsi. Laboratoriya işi № 1. “Mikroskopla hüceyrəyə baxmaq” 1 s.
3. Hüceyrə qılafının quruluşu və funksiyaları. Laboratoriya  işi № 2. “Hüceyrədə plazmoliz və deplazmoliz hadisələrinin öyrənilməsi” 1 s.
4. Sitoplazma və onun orqanoidləri. 2 s.
5. Nüvə. 1 s.
6. Prokariot orqanizmlər. Bakteriyalar. 1 s.
7. Hüceyrəsiz həyat formaları. Viruslar. 1 s.
8. Test-zaçot 1 s.
9. Hüceyrənin kimyəvi tərkibi. Qeyri-üzvi maddələr. 1 s.
10. Hüceyrənin üzvi maddələri . Zülallar. 2 s.
11. Hüceyrənin üzvi maddələri: karbohidratlar, lipidlər. 1 s.
12. Hüceyrənin üzvi maddələri: nuklein turşuları 2 s.
13. Məsələ həlli. 1 s.
14. Test-zaçot 1 s.
Hüceyrədə maddələr və enerji mübadiləsi 10 s.
15. Maddələr mübadiləsi – hüceyrənin həyat fəaliyyətinin əsasıdır 1 s.
16. Hüceyrədə enerji mübadiləsi və onun mərhələləri 2 s.
17. Məsələ həlli 1s.
 

II yarımil

 

 

18. Plastik mübadilə. Zülalların biosintezi (DNT kodu  və transkripsiya) 1 s.
19. Zülalların biosintezi .Translyasiya 1 s.
20. Avtotrof orqanizmlərdə plastik və enerji mübadiləsi.

Fotosintez. Xemosintez.

2 s.
21. Məsələ həlli 1 s.
22. Test-zaçot 1 s.
Orqanizmlərin çoxalması və fərdi inkişafı 10 s.
23. Hüceyrənin çoxalması. Mitoz və amitoz. 2 s.
24. Meyoz. Orqanizmlərtin çoxalma formaları. Mayalanma. 4 s.
25. Məsəllə həlli 1 s.
26. Çoxhüceyrəli orqanizmlərin fərdi inkişafı – ontogenez 1 s.
27. Məsəllə həlli 1 s.
28. Test-zaçot 1 s.
Yer üzərində həyatın əmələ gəlməsi və inkişafı 8 s.
29. Yer üzərində həyatın əmələ gəlməsi haqqında təsəvvürlər. 3 s.
30. Yer üzərində həyatın inkişaf tarixi:  arxey, proterozoy erası. 1 s.
31. Yer üzərində həyatın inkişaf tarixi :  paleozoy erası. 1 s.
32. Yer üzərində həyatın inkişaf tarixi: mezozoy və kaynozoy erası. 2 s.
33. Test-zaçot 1 s.
Üzvi aləmin təkamülü 23 s.
34. Təkamül haqqında təsəvvürlərin inkişafı. 2 s.
35. Növ və onun kriteriləri. Populyasiya. 2 s.
36. İrsiyyət və dəyişkənlik. 2 s.
37. Süni seçmə. 1 s.
38. Yaşamaq uğrunda mübarizə. 1 s.
39. Təbii seçmə. Təkamülün digər amilləri 3 s.
40. Orqanizmlərin uyğunlaşması və nisbiliyi. Təbii seçmənin dəlilləri. 2 s.
41. Yeni növlərin əmələ gəlməsi 2 s.
42. Test-zaçot 1 s.
43. Makrotəkamül və onun dəlilləri. Üzvi aləmin çoxşəkilliyi 3s.
44. Üzvi almin təkamülünün əsas yolları 2 s.
45. Ekskursiya 1 s.
46. Test-zaçot 1 s.
Cəmi 68 saat

 

  

XI sinif

Ümumi biologiya  illik 34 saat.

 

  Mövzular Saat
1-ci dərs  

X sinif materiallarının təkrarı.

1
İnsanın əmələ gəlməsi və mənşəyi

 

4 saat
2-ci dərs İnsanın əmələ gəlməsi və təkamülü. 1
3- cü dərs İnsanın təkamülünün mərhələləri. 1
4- cü dərs İnsan təkamülünün yeni istiqamətləri. 1
5- ci dərs Test zaçot.

 

1
Genetikanın əsasları

 

12 saat
6- cı dərs Genetika elminin inkişafı. İrsiyyəti öyrənməyin hibridoloji metodu. Monohibrid çarpazlaşma. Mendelin I və II qanunu.

 

1
7 -ci dərs İrsiliyin aralıq xarakteri. İrsilik qanunauyğunluqlarının sitoloji əsasları. 1
8 -ci dərs Dihibrid çarpazlaşma. Mendelin III qanunu. Dihibrid çarpazlaşmanın sitoloji əsasları. 1
9 -cu dərs Genlərin ilişikli irsiliyi. Genotip tam bir sistem kimi. 1
10-11- ci dərs Məsələ həlli. 2
12- ci dərs  İnsanın genetikası. 1
13-cü dərs Dəyişkənliyin qanunauyğunluqları. 1
14-cü dərs Mutasiya dəyişkənliyi. 1
15 ci dərs İrsiyyət və dəyişkənliyin maddi əsasları. 1
16 cı dərs Genetika və təkamül nəzəriyyəsi. 1
17 ci dərs Test zaçot. 1
 

II yarımil

 

 

Bitki, heyvan və mikroorqanizmlərin seleksiyası 6 saat
18 ci dərs Müasir seleksiyanın vəzifələri. Mədəni bitkilərin müxtəliflik mərkəzləri və mənşəyi. 1
19 cu dərs Bitki seleksiyası, seleksiyanın nailiyyətləri.

 

1
20 ci dərs Məsələ həlli 1
21 ci dərs Heyvan seleksiyası, onun nailiyyətləri. 1
22 ci dərs Mikroorqanizmlərin seleksiyası. Biotexnologiya. 1
23 cü dərs

 

Test zaçot. 1
Ekologiyanın əsasları 5 saat
24 cü dərs Orqanizm və mühit. Ekoloji amillər.

İqlim amilləri.

1
25 ci dərs Təbiətin mövsüm dəyişkənliyinə orqanizmlərin uyğunlaşdırılması. Fotoperiodizm. 1
26 cı dərs Növ və populyasiya, onların ekoloji xarakteristikası. Təbiətdən səmərəli istifadə. 1
27 ci dərs Ekoloji sistem və biogeosenoz. Biogeosenozun əhəmiyyəti. 1
28 ci dərs Ekosistemin məhsuldarlığı, davamlılığı və inkişafı. İnsanın yaratdığı ekosistemlər.

 

1
Biosfer haqqında təlimin əsasları.  İnsan və biosfer 6 saat
29 cu dərs Yer planetinin və biosferin kəmiyyət göstəriciləri. 1
30 cu dərs Quru sahəsinin və okeanın biokütləsi. 1
31- ci dərs Biosferdə maddələrin dövriyyəsi və enerji çevrilməsi. 1
32- ci dərs Təbiətin strukturu. Biosferin təkamülü. 1
33-cü dərs Təbiətlə insan cəmiyyətinin qarşılıqlı əlaqəsi. Noosfer haqqında təlim. 1
34-cü dərs Test zaçot 1
Cəmi 34 saat

 

 

Könül Mahmudova,

 TPİ-nin böyük elmi işçisi

Nüşabə Məmmədova,

 Binəqədi rayonu 83 № li liseyin müəllimi

Brilyant Həsənova,

 Nərimanov rayonu  47 № li məktəbin müəllimi

 

 

Filed in: DƏRS NÜMUNƏLƏRİ - BİOLOGİYA, TƏXMİNİ PLANLAŞDIRMA

Hələ şərh yoxdur

Şərh yazın