7:54 pm - Bazar Sentyabr 24, 2017

Anam, atam

Səkinə Xanbutayeva, Şəki şəhəri, 6 nömrəli orta məktəbin 7-ci sinif şagirdi

Səkinə Xanbutayeva,
Şəki şəhəri, 6 nömrəli orta məktəbin 7-ci sinif şagirdi

Anam, atam

Var-dövlət bir yana,
Qismət bir yana.
Ən uca zirvədir
Mənimçün ana!

Övlada arxadır,
Dayaqdır ata.
Sahili göstərən
Mayakdır ata!

Son zəng

Son zəngimdir, anacan,
Qoy öpüm üz-gözündən!
Artıq böyük qızam mən,
On birinci sinifəm.
İnistuta gedirəm.
İnistutu qazanıb,
Səni xoşbəxt edəcəm.

Səninlə

Atacan, sən gələndə
Evimizə can gəlir.
Ürək dolusu istək,
Sevgi həyəcan gəlir.

Atacan, sən gələndə
Qəm, kədər yaddan çıxır.
Qardaşım səni görüb
Həyəcandan qışqırır.

Atacan, sən gələndə
Aydın olur günümüz.
Rahatlanır səninlə
Gecəmiz, gündüzümüz.

Anaların duası

Anaların duası
Hamıya nəsib olsun.
Diləyi, arzuları
Gül olsun, çiçək olsun!

Anaların duası
Uşaqları qorusun
Çətinlikdə olanı
Xoş günlərə çıxarsın!

Anaların duası
Daim bizimlə olsun,
Anaların əziyyəti
Yaddaşlara həkk olsun.

Filed in: ŞEİR

Hələ şərh yoxdur

Şərh yazın