7:55 am - Çərşənbə Noyabr 22, 2017

“YERİN ÖZ OXU ƏTRAFINDA HƏRƏKƏTİ”  DƏRSİNİN  tədrİsİ  METODİKASI

Bu dərsin öyrədilməsi zamanı əyani vəsaitlərin rolu çox önəmlidir. Dərsin keyfiyyətli olması üçün proyektorla təmin olunmuş otaqlarda, internet və digər mənbələrdən götürdüyüm video və şəkilli materialları dərsin izahı boyu istifadə edirəm. İlk növbədə qlobusda yerin qərbdən şərqə doğru hərəkətini əyani göstərirəm. Əgər sinfin texniki təminatı imkan verirsə bu hissəninin izahında kompyuterdən istifadə etmək daha da effektli təsir bağışlayar.

Bildiyimiz kimi, Yer fırlanma zamanı səthinin hər bir nöqtəsi müəyyən çevrə cızdığına görə nöqtənin ekvatordan qütbə doğru fırlanma sürəti də fərqli olacaq.

Şəkil

Şəkil

Bunun izahı üçün adi və indiksion qlobusdan istifadə edirəm. Əyani vəsaitlərdən istifadə etmə qlobusun üzərində çevrələri cızaraq şagirdlər bir daha qütbə doğru çevrələrin (paralellərin) uzunluqlarının azaldığını əyani görmüş olurlar. Eyni meridian amma müxtəlif paralellərdə yerləşən iki nöqtənin eyni anda eyni istiqamətə gəlməsi üçün daha uzun paralel üzərində yerləşən nöqtənin sürətinin digərindən çox olması vacibdir. Bu hissəni öyrətməklə şagirdlərdə yerin forması, fırlanması haqqında təsəvvür bir daha möhkəmlənmiş olur.

Mümkün olduqca Günəş şüalarını əvəz edən vasitələrdən istifadə etməklə qlobusu qərbdən şərqə bir daha fırladıram. Bu zaman şagirdlərin diqqətini qlobusun şərqdən qərbə işiqlanmasına yönəldirəm. Bunun nəticəsi olaraq xəritədə bu işaqlanmanı izah etməklə Azərbaycandan daha tez və daha gec işiqlanan ölkələri göstərirəm. Bu hissədə şagirdlər öyrənirlər ki, öz ölkəmizdə günün müəyyən hissəsində, məsələn, günorta vaxtıdırsa elə ərazilər varki onlarda isə səhər, axşam, gecə və s. vaxtları olur.

Yerin fırlanması ilə bağlı dərs hissəsini öyrətdikdən sonra yerin hansı müddətdə tam dövrəni başa vurmasını öyrədirəm. Şagirdlərin həndəsə dərsindən çevrə anlayışını xatırtlatmaqla Yerin tam dövrə etməsi zamanı 3600 döndüyünü qlobsla göstərirəm və tam dövrə üçün Yerdə 24 saat keçdiyini bildirirəm. Belə olan halda tənasübdən istifadə etməklə Yerin 1 saat müddətində 150 (3600/24=150) dərəcə döndüyünü tapmış oluruq. Məsələ həllərində Yerin 1º-i neçə dəqiqəyə döndüyü lazım olduğundan bir daha tənasübdən istifadə etməklə 1º-i 4 dəqiqəyə (60/15=4 dəq) döndüyü nəticəsinə gəlirik. Bu hissəni öyrədərkən paralel olaraq məsələ nümunələri ilə möhkəmlədirirəm. Dərsin saat qurşaqları hissəsini öyrədərkən qlobus üzərində Yeri xəyali olaraq dilimlərə bölürəm (şəkil 1),

Şəkil

Şəkil

bu zaman 24 dilimin yarandığı qənaitnə bir daha gəlməklə şagirdlərdə qurşaqlar haqqında təsəvvür yaradıram. Saat qurşaqları üçün lövhədə qurşaqları göstərən sxemi çəkib sxem üzərində hesablamaları apa-rıram. Bu sxemdən istifadə edərək aşağıdakı məsələlər meydana gəlir.  Belə ki, hər hansı bir məntəqənin neçənci saat qurşağında yerləşməsinə aid misal göstərilməlidir. Hətta verilmiş saat qurşağının şərq və qərb uzunluqlarda yerləşməsinə dair nümunələr göstərirəm. Eləcə də verilmiş uzunluqlara əsasən bu uzunluğun hansı saat qurşağına düşməsini öyrədirəm. Bunun üçün şagirdlər 1-ci və 11-ci saat qurşaqlarının  şərq yarımkürəsinə, 13 və 23-cü saat qurşaqlarının  tamamilə qərb yarımkürəsinə düşdüyünü öyrədirəm. Qalan saat qurşaqlarının isə dört yarımkürəyə düşdüyü qənaitinə gəlmiş oluruq.

Eyni yarımkürəyə düşən saat qurşaqları arasında eləcə də müxtəlif enliklərdə yerləşən saat qurşaqları arasında qalan vaxt və dərəcə fərqininin hesablanmasınıda bu sxemə əsasən öyrədirəm (şəkil 2).

Şəkil

Şəkil

Saat qurşaqları arasında qalan ən az və ən çox vaxt, dərəcə fərqininin tapılmasına aid çalışmaları da bu sxemə əsasən öyrədirik (şəkil 3).

Şəkil

Şəkil

Yerin kürə şəkilli olması hər yeni sutkanın haradan başlanması həmişə mübahisə doğurmuşdur. Hər dəfə saat qurşaqları mövzusunun izahında bu sual yenidən hallanır. Bunun üçün də Beynəlxalq razılaşmaya əsasən hər yeni sutkanın başlanması üçün 1800-li meridian götürülmüşdür (şəkil 4).

Şəkil

Şəkil

Dərsin gedişi zamanı bu meridianı xəritədə göstərirəm, hansı materikləri kəsdiyini qeyd edirəm. Dünyanın siyasi xəritəsində bu meridian qırıq xətlərlə verilir və qurudan keçən hissələrdə əyilərək su sahəsindən çəkilir. Şagirdlərə bu meridianın quru sahədən yox su sahəsindən keçirdiyini izah edirəm və söyləyirəm ki, qurudan keçərsə eyni ərazidən qısa məsafə də belə tarix fərqinin olması çaşqınlıqlara səbəb olar. Məsələn, bir yerdə ayın üçü  olarsa, ondan bir neçə metr kənarda ayın ikisinin olması çox çaşdırıcı hal yaradar. 1800-lik meridiandan şərqdə və qərbdə müxtəlif tarixlərin olması şagirdlərə bu qənaətə gəlməyə imkan verir ki, 1800 şərq uzunluğundan qərbə uzunluğuna keçdikdə ayın tarixi bir gün azalır, əks tərfə keçdikdə isə ayın tarixi bir gün artır. Şərqə doğru həmişə vaxt artığı üçün 1800 şərq uzunluğundan qərb uzunluğuna keçdikdə vaxt öz qanunauyğunluğuna tabe olraq şərqə doğru artır qərbə doğru azalır. Bu hissəni möhkəmləndirmək üçün aşağıdakı tipli çalışma verir.

Məsələn, belə bir sual verirəm ki, əgər 1700 şərq uzunluğunda yanvarın 9 olarsa, 1700 qərb uzunluğunda ayın hansı tarixi olar?, və ya 1650 qərb uzunluğunda martın 21-sə, 1500 şərq uzunluğunda ayın hansı tarixi olar?  Bəzən ölkə daxilində ölkənin sahəsindən asılı  olaraq vaxt fərqinin fərqli olmasını görürük.

Bunu izah edərkən xəritə üzərində iki fərqli ölkə qeyd edirik. Bu ölkələrdən birini paralel üzrə daha çox uzanan, digərini isə meridian üzrə uzanan ölkə götürürük. Bu hissənin izahı üçün Çili və Rusiyanın götürülməsi daha məqsədə uyğundur. Rusiyanın qərb və şərq kənarlarının dərəcələrini təyin edib, onlar arasında dərəcə fərqini təqribən hesablayırıq. Əgər biz bu fərqi 1500 götürmüş olsaq, görərik ki, Rusiyanın qərb və şərq kənarları arasında 10 saat (1500/150=10 saat) vaxt fərqinin olduğunu tapırıq.

urdan da nəticə çıxır ki, Rusiyanın bir hissəsində səhər olanda digər hissəsində günorta və axşam ola bilir. Onda ölkə saat qurşaqlarını ərazisində olan regionlara əsasən orta bir vaxt təyin etdiyini başa salıram. Amma Çilidə isə qərb və şərq kənarların dərəcələrinin az olduğunu xəritədən şagirdlərə göstərib bu ölkədə bu çətinliyin yaşanmadığını söyləyirəm. Yerin saat qurşaqlarının bölgüsünün aparılması zamanında yaranan çətinlik də 00-cı saat qurşağının haradan başlanması idi. Beynəlxalq razılaşmaya əsasən şagirdlərə bunun haradan başlanmasını öyrədirəm. Onlar orta meridianı 00-cı meridian olmaqla 7,50 ş.uz və 7,50 q.uz arasında yerləşdiyini öyrənirlər və şərqdən qərbə doğru dövr edərək XXIV saat qurşağının 0-ci saat qurşağı ilə üst üstə düşdüyünü təyin edirlər. Bu hissəni öyrədən zaman bununla bağlı olan çalışmaları tamamilə öyrədirəm. Əvvəlcə şərq yarımkürəsində 15 dərəcəyə qalıqsız bölünən uzunluq götürürəm və bu məntəqənin neçənci saat qurşağında yerləşdiyini hesablayıram. Sonra isə eyni əməliyyatı qərb uzunluğu üçün hesablayıram. Ardıcıl olaraq 15 dərəcəyə qalıqla bölünən uzunluqlarla hesablamanı həyata keçirirəm. Müəyyən çalışmanın həllində əksinə hesablamaya dair məsələ nümunələri göstərmək mövzunu daha da möhkəmləndirir. Yəni əgər əvvəl uzunluqları verib sonra saat qurşaqlarını tapırdımsa indi saat qurşaqlarını verib onun hansı uzunluqda yerləşməsinə aid nümunələr aparıram.

Dərsin gedişi zamanı qurşaq vaxtı və yerli vaxt arasında fərqi hesablayırıq. Məntəqələr arasında vaxtı təkcə saat fərqi ilə yox, həmçinin də eyni anda vaxtın saat-dəqiqə ilə verilməsi ilə məsələdə mürəkkəbliyi artırıram və sonra həlli yollarını izah edirəm. Şagirdlərə yaz gecə-gündüz bərabərliyi vaxtı səhər, günorta, axşam və gecə arasında vaxtın bərabər (6 saat) paylandığını başa salmaqla, müxtəlif məntəqələrdə Günəşin çıxma və batmasına dair hesablamları öyrədirəm.  Onlar öyrəndiklərinə əsasən verilmiş məntəqədən Günəşin daha tez və daha gec çıxdığı məntəqələri təyin edə bilirlər. Günümüzdə saatların bir saat irəli və geri çəkilməsini şagirdlər müşahidə etmişlər. Bu səbəbdən belə dəyişməni izah etmək üçün şagirdlərə dekret vaxtını başa salıram. Bu dəyişmənin  günün işığından səmərəli istifadə etmək üçün həyata keçirildiyini söyləyirəm.

Hər hansı  saat qurşağının sərhədlərini hesablamaq üçün daha sadə üsuldan istifadə edirəm. Belə ki, öyrədirəm ki, əvvəlcə saat qurşağının orta meridianını tapıram, sonra isə tapdığım rəqəmin üzərinə 7,50 gəlməklə saat qurşağının şərq sərhəddini, 7,50 çıxmaqla qərb sərhəddini hesablamış oluram (şəkil 5).

Şəkil

Şəkil

  Dərsin bu şəkildə izahı ümidvaram ki, dərsin öyrədilməsində öz köməyini göstərəcəkdir.

Şirinov Afərin Müzəffər oğlu

Mübariz  İbrahimov adına Biləsuvar  lisey-məktəb  

Filed in: DERS-COĞRAFİYA

1 şərh var: to ““YERİN ÖZ OXU ƏTRAFINDA HƏRƏKƏTİ”  DƏRSİNİN  tədrİsİ  METODİKASI”

  1. Aydin Zeynalov
    25 May 2017 at 23:10 #

    Bu hissədə Yerin 360º dönməsi, 1saat müddətində isə 15ºdöndüyü daha doğru olardı?
    Elcə də Rusiyanın qərb və şərq kənarlarının dərəcələrini təyin edib, onlar arasında dərəcə fərqini təqribən hesablayarkən 150º/15º hesabatinı aparmaq düzgündür.
    Təşəkkür edırəm.

Şərh yazın