3:16 pm - Bazar ertəsi Yanvar 19, 9085

Fəal dərsin quruluşunda bəzi problemlər

Biz bilirik ki müəllim gündəlik dərs planı hazırlayarkən mövzunu standarta uyğunlaşdırmalıdır. Standartı müəyyən etdikdən sonra məqsəd çıxarılır. Standart və mövzudan alınan məqsəd şagirdə uyğun olmalıdır. Dərsin məqsədi şagirdə uyğundursa həmin dərs nəticəyönümlü olacaq. Şagirdi təlimə cəlb etmək üçün müxtəlif maraqlı üsullardan istifadə olunmalıdır. Forma və üsulların seçilməsi fənlərin xüsusiyyətlərindən asılıdır.

Müəllim şagirdi təlimə cəlb etmək üçün motivasiyanı düzgün qurmalıdır. Bilirik ki,motivasiya üçün müxtəlif suallar və videolar göstərilir. Bəzən müəllimlər motivasiyanı o qədər mürəkkəb edirlər ki,dərsin böyük bir hissəsi ona sərf olunur. Motivasiya sinifin səviyyəsinə uyğun olmalıdır.İndi sizə bir dərs nümunəsi təqdim edəcəm. Bu dərs nümunəsinin üzərində sizə bu problemləri izah etməyə çalışacam.

Mövzu: Dünya okeanı

STANDARTLAR:

2.1.5. Dünya okeanında baş verən fiziki-kimyəvi və dinamik prosesləri təhlil edir.

2.1.6. Okean sularının xüsusiyyətləri ilə baglı hesablamalar aparır.

Məqsəd:

1.Okean sularının enliklərə görə temperaturunu və duzluluğunu müəyyən edir.

2.Okean sularının hərəkət istiqamətlərini tapır.

3.Duzluluğa və dərinliyə aid hesablamalar aparır.

Təlim forması: Kollektivlə iş, qruplarla iş

Təlim üsulu: Beyin həmləsi, müzakirə

Resurslar: Dərslik,internet,iş vərəqləri

Dərsin birinci mərhələsi motivasiya ilə başlayır. Burada müəllim elə bir suallarla müraciət etməlidir ki,şagirdlər düşünməyə məcbur olsunlar. Motivasiya şagirdin öz bacarığı və qabiliyyətini həyata keçirməsinə imkan verən,onun inkişaf xüsusiyyətlərinə müvafiq olmalıdır.

Tədqiqat sualı: Okean sularının duzluluğunun,temperaturunun dəyişməsində hansı qanunauyğunluqlar var?

İkinci mərhələdə motivasiyadan sonra artıq tədqiqata başlamaq olar.Tədqiqat işi bütün siniflə, qruplarla, cütlərlə və fərdi ola bilər.Tədqiqat aparmaq üçün müxtəlif suallar verilir.Bu suallar vaxt aparmamaq üçün sadə olur. Bu suallar müxtəlif iş vərəqləri üzərində həyata keçirilir. İş vərəqlərində verilən tapşırıqlar birbaşa problemin həllinə kömək edir.

Məlumat mübadiləsi:

Məlumat mübadiləsində qruplara ayrılıqda iş vərəqləri üzərində tapşırıqlar verilir.Tapşırıqlar əldə olan məlumatlara əsaslanmalıdır.Çünki vaxt baxımından məlumatların toplanması çox zaman tələb edir. Bəzən bir çox müəllimlər tapşırıqları elə verirlər ki, müzakirəyə vaxt qalmır. İş vərəqləri üzərində hazır cədvəllər olur və şagird vaxt itirmədən cədvəli doldurur.

I Qrup: Dünya okeanında enliklər üzrə duzluluğu və duzluluğa təsir edən amilləri cədvəldə qeyd edin:

Ekvatorial            Tropik           Mülayim                Qütb                      Duzluluğa təsir edən amillər

II Qrup: Okeanda suyun hərəkətini və bunu yaradan səbəbləri müəyyənləşdirin və cədvəli doldurun.

Şimala doğru                                             Cənuba doğru hərəkət                     Cərəyanı yaradan 

hərəkət edən cərəyanlar                              edən cərəyanlar                                  səbəblər

III Qrup: Okeanda olan üzvi aləmin şəraitinə və yaşadığı yerə görə cədvələ uyğun qruplaşdırın

Məlumatın müzakirəsi: Qrup nümayəndələri hazırladıqları işi təqdim edirlər. Bu mərhələ ən mürəkkəb mərhələdir. Burada şagird bütün bilik və bacarıqlarını cəmləşdirir. Əldə olunan biliklər sistemləşdirilir və əlaqələr aşkarlanır.

Plankton                                     Nekton                            Bentos

Nəticə və ümumiləşdirmə:

Okeanda duzluluğun enliklər üzrə dəyişir. Duzluluğa temperatur , buxarlanma qabiliyyəti , çaylar və s.təsir edir. Cərəyanların əmələ gəlməsi və istiqamətinə yerin öz oxu ətrafında fırlanması , materiklərin yerləşməsi və daimi küləklərin təsiri böyükdür . Coğrafi enliklərdən asılı olaraq üzvi aləm dəyişir və onların paylanmasında temperaturun, duzluluğun, okean cərəyanlarının və s. təsiri böyukdür.

Bu mərhələdə nəticələr çıxarılır. Əgər bundan qabaq olan mərhələlər qaydasında olarsa nəticə çıxarmaq asan olur. Nəticənin alınmasını əsasən şagird həyata keçirir. Müəllim bütün qazanılmış biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədi ilə suallar qoyur. Bu suallar vasitəsi ilə bütün informasiyalar sistemləşir. Şagird əldə etdiyi biliklərlə irəli sürülən fərziyələri tutuşdurur.

Yaradıcı tətbiqetmə(ev tapşırığı): Xəzər dənizinin Azərbaycan Respublikası üçün əhəmiyətini
araşdırın və fikirlərinizi esse formasında yazın.

Bu mərhələdə şagirdlərə sual,test və esse formasında tapşırıqlar verilə bilər.Lakin vaxt qısa olduğundan test sayı və sual az olmalıdır.

Qiymətləndirmə: Qiymətləndirmə mərhələsində konkret olaraq meyarlar təyin edilməlidir. Bizim bu dərsimiz qrup işi olduğuna görə qrupların fəaliyyətinə meyarlar tətbiq etmişik. Bu meyarların sayını artırmaq olar. Lakin digər iş formaları ilə dərs keçildikdə birbaşa mövzu üzrə qiymətləndirmə meyarları olur. Qiymətləndirmə bütün dərs boyu aparılmalıdır.

Şəkil

Şəkil

Dərsin sonunda isə qiymətlər ümumiləşdirilməlidir.
Qruplarla iş formasında sizə cədvəl təqdim edirik. Bu cədvəldə dörd meyar əks olunub. Qruplar üzrə siniflərdən asılı olaraq bal, qiymət və müxtəlif şəkilli qiymətləndirmə aparmaq olar. Yekunda qruplar üzrə qiymətləndirmə aparılacaq.

Mehman Əlİyev
Beləsuvar şəhər Milli Qəhrəman M.İbrahimov
adına lisey-məktəb kompleksinin
coğrafiya müəllimi

Filed in: DERS-COĞRAFİYA

1 şərh var: to “Fəal dərsin quruluşunda bəzi problemlər”

  1. Solmaya Ə.
    7 Dekabr 2017 at 13:34 #

    Hörmətli Mehman müəllim sizin məqalənizi oxudum. Mövzunuz bu günün tələblərinə uyğun seçilmişdi. Dərsin mərhələləri ardıcıllıqla verilib. Bizə məlumdur ki, verilən hər bir standartlar dərs zamanı reallaşmalıdır. Amma məqsəddə və 2.1.6. Okean sularının xüsusiyyətləri ilə baglı hesablamalar aparır standartı heç bir tapşırıqda öz əksini tapmır. Yaxşı olardı ki, hər qrupa bir məsələ veriləydi. Onda məqsədə nail olardınız. Birinci verdiyiniz standart reallaşır. Bir də mövzu fəal dərsin problemləri olduğu halda biz heç bir problem görmədik. Siz dərsin qurluşunu və təlim prosesində onun tətbiqini yaxşı göstərmisiniz.Sağ olun ki. bu gün müəllimlərə kömək üçün bu cür məqalələrlə çıxış edirsiniz.

Şərh yazın