4:12 am - Bazar ertəsi May 29, 2017

VII sinifdə riyaziyyatdan “Çoxhədli və onun standart şəkli” mövzusunun dərs planı

Mövzu: Çoxhədli və onun standart şəkli

Standart: 2.2.1. Çoxhədlilər üzərində toplama, çıxma və vurma əməllərini yerinə yetirir.

Təlim məqsədi: Çoxhədlini tanıyır və standart şəklə gətirir.

İş forması: kollektivlə iş və qruplarla iş.

İş üsulları: beyin həmləsi, müzakirə

Resurs: dərslik, iş vərəqləri, İKT avadanlıqları.

Dərsin gedişi:

Şəkil

Şəkil

I.Motivasiya: Problemin qoyulması. Dərslikdə verilmiş həndəsi fiqurlar kompyuter vasitəsi ilə ekrana verilir.

Kubun həcmini, kvadrat və düzbucaqlının sahəsini necə müəyyən etmək olar? Alınmış ifadələr nədir? (x3;2×2;x;3)

Bu birhədliləri cəm şəklində yazın. Şagirdlər (x3+2×2+x+3) ifadəsini yazır. Onların alınan ifadə ilə bağlı fikirləri dinlənilir. Sonda şagirdlərin cavablarina əsaslanaraq “Birhədlilərin cəbri cəminə çoxhədli deyilir” tərifi verilir.

Mövzunun adı elan edilir: Çoxhədli və onun standart şəkli.

Tədqiqat sualı: Çoxhədlini standart şəklə necə gətirmək olar?

II.Tədqiqatın aparılması. Sinif şagirdləri 4 qrupa bölünür və adlandırilir: “Zirvə”, “Bilik”, “Yaradıcı” və “Elm”. Hər qrupa iş vərəqləri paylanır. Şagirdlər dərslikdən istifadə etməklə çoxhədlinin tərifini, onun hədlərini, standart şəklini, oxşar hədlərin islahıni və çoxhədlinin dərəcəsini araşdırirlar.

«ZİRVƏ»

1) Coxhədli nəyə deyilir?

2) Çoxhədliləri standart şəklə gətirin və dərəcəsini yazın:

-4p4+21p3+4p4-8p2+7p2

3)

Şəkil

Şəkil

çoxhədlisi haqqında hansı fikri söyləmək olar?

«BİLİK»

1) Standart şəkilli çoxhədli nəyə deyilir?

2) Çoxhədliləri standart şəklə gətirin və dərəcəsini yazın: 2aa²+a²−6a²+a³-a

3)

Şəkil

Şəkil

çoxhədlisi haqqında hansı fikri söyləmək olar?

«YARADICI»

1) Çoxhədlinin dərəcəsi nəyə deyilir?

2) Çoxhədliləri standart şəklə gətirin və dərəcəsini yazın:

8xx5+3xx4-5×2 x3-6xx2

3) a³-bc-7 çoxhədlisi haqqında hansı fikri söyləmək olar?

«ELM»

1) Çoxhədlinin hədləri nəyə deyilir?

2) Çoxhədliləri standart şəklə gətirin və dərəcəsini yazın:

5a∙4b²-0,8b∙4b²-2ab∙3b+b∙b²-1

3)

Şəkil

Şəkil

çoxhədlisi haqqında hansı fikri söyləmək olar?

III.İnformasiya mübadiləsi: Qrup liderləri iş vərəqlərini lövhədən asırlar və cavabları təqdim edirlər.

IV.İnformasiya müzakirəsi: Müzakirə zamanı müəllim aşağıdakı sualları verir:

1) Birhədlilərin cəminə və ya fərqinə necə ad vermək olar?

2) Çoxhədlinin təşkil edən birhədlilərin işarəsi mənfi ola bilərmi?

3) Çoxhədlinin dərəcəsini necə təyin etmək olar?

4) Çoxhədlini standart şəklə gətirmək üçün nə etmək lazımdır?

Ümumiləşdirmə və nəticə: Şagirdlərin diqqəti tədqiqat sualına yönəldilir. Bütün siniflə ümumiləşdirmə aparılaraq aşağıdakılar nəticə şəklində şagirdlərin diqqətinə çatdırılır:

Toplananların işarəsinin nəzərə alındığı cəmə cəbri cəm deyilir. Birhədlilərin cəbri cəminə çoxhədli deyilir.Toplananların işarəsi mənfi də ola bilər.

Toplananların hər biri çoxhədlinin hədləri adlanır. Hər bir həddi standart şəkildə olan və oxşar hədləri olmayan çoxhədliyə standart şəkilli çoxhədli deyilir.

Çoxhədliləri standart şəklə gətirmək üçün birhədliləri standart şəklə gətirib, oxşar toplananları (əgər varsa) islah etmək lazımdır.

Standart şəkilli çoxhədliyə daxil olan birhədlilərdən ən yüksək qüvvəti olan birhədlinin dərəcəsi həm də çoxhədlinin dərəcəsidir.

Dərəcəsi sıfır olan birhədli sərbəst hədd adlanır.

VI Yaradıcı tətbiqetmə. Fərdi iş.Verilmiş çoxhədlinin hədlərini və dərəcəsini yazin:

Şəkil

Şəkil

Birhədlilərin dərəcəsi içərisində ən yüksək olanı neçədir?

Şagirdlər birmənalı 11 olduğunu söyləyirlər. Demək, burada “bu çoxhədlilinin dərəcəsi 11, sərbəst həddi -9-dur” fikri şagirdlərin diqqətinə çatdırılır.

Qiymətləndirmə meyarı: Çoxhədlini standart şəklə gətirmə

Şəkil

Şəkil

Şəkil

Şəkil

Qiymətləndirmə ( qrup işi)

İlhamiyyə Abbasova,
Göygöl rayonu S.Vurğun adına 3 saylı məktəbin riyaziyyat müəllimi

Filed in: DƏRS -RİYAZİYYAT

Hələ şərh yoxdur

Şərh yazın