3:08 pm - Çərşənbə axşamı Oktyabr 20, 4770

TƏBRİK EDİRİK

Zöhrə Qaraqızı (Məhəmmədova)

Zöhrə Qaraqızı (Məhəmmədova)

Zöhrə Qaraqızı (Məhəmmədova) gözəl təhsil işçisi, bir neçə şeirlər kitabının müəllifidir. “Əfsanə” və “Mənim nağıllı dünyam” şeir kitabları ilə geniş oxucu rəğbəti qazanıb. Zöhrə müəllimin iri həcimli “Sevgi payı” kitabı isə bu günlərdə “Elm və təhsil” nəşriyyatında işıq üzü görəcək. Bir neçə gündən sonra müəllim- şairə Zöhrə Qaraqızının yeni kitabının təqdimatına və eyni zamanda, ad günü mərasiminə toplaşacağıq. Öncədən Zöhrə xanımı “Çıraq” şeiri ilə təbrik edir, ona təhsildə və bədii yaradıcılıq yollarında uğurlar diləyirəm.

ÇIRAQ

Müəllim şərəfini qoruyar, saxlar,
Dəniztək kükrəyər, bulaqtək çağlar.
Bir həzin nəğməyə döndükcə səsi,
İsidir otağı ilıq nəfəsi.

Keçmişdən boylanıb, sabahı görər.
Gələcək nəsilə könlünü verər.
Şagirdlər onun meyvəsidir, barıdır,
Ömrü od ömrüdür, Günəş nurudur.

Səmimi, mehriban, qayğıkeş insan,
Cavabı dostlara can olubdu, can.
Zöhrə müəllimdə ürəyə bir bax,
Vətənə nur yayan çıraqdır, çıraq.

Səməndər MƏMMƏDOV,
Şair- publisist

Filed in: TƏBRİKLƏR

Hələ şərh yoxdur

Şərh yazın