3:11 pm - Bazar ertəsi Noyabr 24, 2025

İnsan ürəyi

Hər zaman  anlamaq çətindir səni,

Sirli bir dünyasan, insan ürəyi.

Gah sevinc kök  salır, gah da ki, kədər

Hansına  sirdaşsan, insan ürəyi!?

 

Bəzən coşub daşır, nəğmə deyirsən.

Yadından çıxırmı dünyanın qəmi?

Bəzən dərd çox olur, lap kiçilirsən,

Küsürsən hər şeydən, insan ürəyi!

 

Deyirlər, şüşədir, sınsa yapışmaz

Məyər şüşəsənmi, insan ürəyi?!

Deyirlər, dəmirdir, yoxsa çəkəmməz,

Bu qədər dərdləri, insan ürəyi!

 

Yox, yox!! Nə dəmirdir, nə dəki, şüşə,

Dəmirdən gələrmi eşqimin səsi?!

Nəyimə lazımdır tez sınan  şüşə,

De  varmı  oxşarın, insan ürəyi?!

 

Yumruq boyda ətdə bax bir mənaya

Orada yerləşir bu yer kürrəsi.

Sən isə sığmırsan bu gen dünyaya,

Ey insan ürəyi, insan ürəyi!

 

Malik Rəcəb

20.10.73

Filed in: ŞEİR, ŞEİR

Hələ şərh yoxdur

Şərh yazın