3:11 pm - Bazar Noyabr 24, 1811

«QARA YANVAR»

BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Yer yiyəsiz olanda, millət başsız olanda,
Düşmən qansız olanda necə müsibət olar?
Belə qiyamət olar:
-İnsan oğlu şəhid olar,
torpaq qanla suvarılar!
Millət oyansın deyə, ayağa qalxsın deyə,
Şəhid olub oğullar.
İnsanların qəlbində daim sağdır
şəhid olan oğullar.
Tarix üçün abidədir daşlaşan,
heykəlləşən oğullar,
Vətən üçün qurban gedən oğullar!
Yerdə qalmaz şəhid qanı.
Bu qan mütləq alınacaq,
yatmışlar da oyanacaq.
Unutmayaq:
– Yatmır şəhid anaları!!!
Odsuz-ocaqsız yanır,
Bacılar qara bağlayır!!!
Sızıldayır, ağlayır!!!
Bəy otağı bağlı qalıb,
Gəlininsə bax, əlləri xınalı!!!
Ataların əlləri göydə qalıb.
Qurban deyib bircə qola analar!!!
Bala deyə zar-zar ağlarlar!!!
Uşağın nə günahı var?
Qocanın nə günahı?
Şəhid olan alimin nə günahı?
Yerdə qalmaz vallah ahı
bu günahsız millətin!
Öz haqqını alacaqdır millətim.
Şəhidlərin qarşısında öz borcunu verəcək,
Ya da şəhid olacaqdır millətim!!!
Yaşamağa layiq olan millətim!!!
Yaşayacaq, yaşadacaq millətim!!!
Yumruq tək birləşəcək!!!
Əzəcəkdir O, düşmənin başını!!!
Şəhid olan torpağının O, yiyəsi olacaqdır!!!
Azad olan Qarabağda
nakam ölən oğullarçün,
O, toy-büsat quracaqdır!!!
Şərq ilə Qərb arasında qapı olan,
Dünya üçün Böyük İpək yolu olan,
Sinəsində şəhidlərin qanı olan,
Məmləkətdir Azərbaycan!!!
Müstəqildir Azərbaycan!!!
Gələcəyi daha parlaq,
daha uca Azərbaycan!!!
Dünya böyük mərkəzində Azərbaycan!!!
İgidlərin can verib, can!!!
Azərbaycan, Azərbaycan!!!
Qoca Şərqin qapısısan!!!
Başını dik tut Vətən!!!
Başın sağ olsun Vətən!!!
Qurbanı vardan vermisən,
Sonsuz deyilsən Vətən!!!
Zaman-zaman sınanmısan!!!
Sınaqlardan sən üzüağ çıxmısan!!!
Bu gün də sınaqdasan!!!
Bu sınaqdan çıxacaqsan,
intiqamın alacaqsan!!!
Torpağının sən yiyəsi olacaqsan!!!.
Övladına arxa-dayaq!!!
Sən dünənsən, həm də sabah.!!!
Daha nurlu gələcək bil ki, sənin sabahın,
Odlar yurdu diyarım !!!
Mənim Azərbaycanım!!!

08.01.91.

 

Nə yaxşı ki, günahsız olan xalqın
Ahı yerdə qalmadı!
Dağıldı, tarimar oldu, SSRİ qalmadı!
Şəhidlərin arzuları gözlərində qalmadı!
Bir zaman endirilmiş bayraq yerdə qalmadı!!!
Müstəqil olsun Vətən, bax əsrin əvvəlində!
Müstəqil olan Vətən, buna imkan yarandı!
Şəhid oldu bunun üçün oğullar!!!
Qurban getdi oğullar!!!.
Bakının mərkəzində onların xatirinə
Bir abidə yaranmış, «Şəhidlər Xiyabanı» adlanmış!!!
Qanlı cinayətlərə şahidlər xiyabanı!
Millətin yaddaş yeri, insan üçün and yeri!
Şəhidlərin gor yeri, müqəddəs ruhlar yeri!!!
Şəhidlər Xiyabanı, Şəhidlər Xiyabanı!!!

08.01.91. saat 22:00

VƏTƏN ŞƏHİDLƏR ÜÇÜN

Şəhidlərin çərçivəsində İlham ilə Fərizə,
İlqar ilə Larisa, Mehman da, Rauf da var.
Ölənlərin içində üç görkəmli alim var!
Meydanda olan da var, evində olan da var!
Lənkəranda, Neftçalada olan da var!
Gələn qoşun içində xüsusi qrup da var.
İntiqamın alırdı!!!
Günahsız olanları, silahsız olanları,
Rastına çıxanları qırırdı, intiqamın alırdı!!!
Buna imkan yaradanlar var idi!
Düşməndən alçaq olanlar da var idi.
Bu millətdən bilin, deyillər onlar.
Ermənidi, ya da ondan dönmədi!
Bax, görürsünüz heç birisi ölmədi.
Onlar yoxdu Vətənçün!
Şəhidlər var Vətənçün!
Vətən də var Şəhidlər üçün!!!

09.01.91. saat 13:00

AND İÇMƏK

Gülərsən, gülə bilsən, göz yaşın silə bilsən.
Başını dik tutarsan intiqamın ala bilsən.
Bilin, günahkar olarıq!
Günahlara biz batarıq nəticə çıxarmasaq!
Olanları yaddaşlarda yaşatmasaq!
Torpaqları qaytarmasaq!
Şəhidlərçün Qarabağın mərkəzində
Biz abidə yaratmasaq.!!!
Odsuz-ocaqsız yanar şəhidlərin yataqları!
Heç zaman bağışlamaz bizi şəhid ruhları!
Biz yumruq tək düyünlənib
Bir məqsədçün birləşək!!!
Namussuzluq ləkəsini üstümüzdən biz silək!!!
Bir olmaqçün gəlin, bu gün and içək!!!
Daha nurlu sabahlara,
Alnı açıq, gəlin, üzüağ gedək.!!!

09.01.91. saat 12:00

AĞILAR

Əziziyəm laylalar,
Bayatılar, laylalar.
Ağı üstə deyiləcək
Bu gün burda laylalar.

Zülümlə böyütdüyüm,
Ərsəyə yetirdiyim,
Toyunu görmədiyim
Balam laylay, a laylay.

Gəl, ağlama sən hələ,
Qoy ağlayım mən belə,
Təzəcə toy etmişdim,
İli olmayıb hələ.

Demə üzü bərk mənə,
Ürəyi kövrək mənə.
Dözümümə heyrət et –
Qəbri qoşa qazıram,
Sən gücünə heyrət et.

Bu oğlan nə gözəldi,
Baxan ilham alardı.
Xiyabanda siz bilin,
İlham, ilk sırada yatandı.

Əzizimiz belə olmaz,
Qan olmaz, qada olmaz.
Görüşə çağırdın məni,
Görüş yeri belə olmaz.

Ah-nalə belə olmaz,
Bəy evi belə olmaz.
Gəlinin yatan yeri
Daş olmaz, torpaq olmaz.

Əziziyəm anası,
Şəhid bəyin anası.
Odsuz-ocaqsız yanır,
Göyə qalxır naləsi.

Əzizim baxmaq olmaz,
Yaşı saxlamaq olmaz.
Şəhidin balasının
Üzünə baxmaq olmaz.

Daşdı, daş.
Torpaqdakı yaşdı, yaş.
Gözəl, cavan oğlanlar,
Torpağa yaraşdı bax.

Gül dənizi, olardı gül dənizi.
Toylar üçün gül dənizi,
Küçələrdə gül dənizi.
Yollar boyu gül düzülür,
Düşmən heyrətə gəlir.

Gəlin necə incədir,
Bəyin ürəyincədir.
Xiyabanda İlhamla
Qoşa olan Fərizədir.

Körpədir balam mənim,
Körpə İlqarım mənim.
Fələk gözümdə qoydu
Allah, muradım mənim.

Gözün aydın ay ana
Muştuluğun verənə.
Bircə qolu tapılıb
Yusifinin ay ana.

Laylasını asta çalaq,
Gəlin, muğam üstə çalaq,
Yanıq Kərəm üstə çalaq,
Yanıqlı layla çalaq.

Bəy bacısı,
Qardaşa qurban bacısı.
Bağlı qalıb bəy qapısı,
Yaş içində bəy bacısı.

Gəlin, gəlin, ay gəlin,
Nə xoşbəxtsən ay gəlin.
Bəylə qoşa yatırsan
Xiyabanda sən gəlin.

Hər tərəf gülə bələnir,
Gül nədir, ağı deyilir
Bu cansız cavanlara,
Bu günahsız qalanlara.
Ağlar gördük gülləri, əyilmişdi qəddləri.
Güllələnmiş qəddləri, didilmiş cəsədləri
Gəlib görən ağladı:
Göydə quşlar, yerdə güllər ağladı.

Allahın dərgahında hamı birdi deyirlər,
Yoxdur millət, din fərqi söyləyirlər.
Xiyabanda birgə yatır şəhidlər.
Yoxdur burda din fərqi,
İnsanlar bunu görürlər.

10.01.91. saat 09:30

ŞƏHİD OĞULLAR DOĞULUR

Baş verən necə müdhiş, necə ağır cinayət!
Cinayətdən çıxış yolu xəyanətdir!
Necə olsun, partladılsın?
Dağıdılsın televiziya, qoy efir də susdurulsun!
Bilinməsin bu cinayət!.
Həmin günlər bircə ümid Tanrıya,
Bir də, bir Mirzə Xəzərə qaldı.
Mirzə Xəzər eşidirsən?
Eşitdir sən, bütün dünya gərək bilsin;
Tökülür qan, didilir can,
Dinc əhali olur güllə-baran!!!.

11.01.91. saat 11:00

Zulfiyyə Vəliyeva AMİ-nin “Təhsildə Araşdırmalar və İnnovasiyalar “ Mərkəzinin əməkdaşı Respublikanın Əməkdar Müəllimi

Zulfiyyə Vəliyeva
AMİ-nin “Təhsildə Araşdırmalar və
İnnovasiyalar “ Mərkəzinin əməkdaşı
Respublikanın Əməkdar Müəllimi

Filed in: ŞEİR

Hələ şərh yoxdur

Şərh yazın