4:14 am - Bazar ertəsi May 29, 2017

Çoxluq anlayışı

HƏSƏNOVA  Şəhla Ramazan qızı,  Binəqədi rayonu 246 saylı məktəb-liseyin  riyaziyyat müəllimi

HƏSƏNOVA Şəhla Ramazan qızı,
Binəqədi rayonu 246 saylı məktəb-liseyin riyaziyyat müəllimi

Çoxluq riyaziyyatın ilk riyazi anlayışlarindan biridir. O müxtəlif obyektlərin (kitabların, dəftərlərin, qoyunların, atların, uiduzların, ədədlərin, fiqurların və s) toplusudur.

Çoxluğu əmələ gətirən obyekt onun elementi adlanır.

Məsələn: həndəsi fiqurlardan ibarət çoxluğu həndəsi fiqurlar çoxluğu adlandirsaq onun elementləri çevrə, dairə, üçbucaq, dördbucaq, prizma, piramida və sairə olar.

Çoxluqlar böyük mötərizələrin köməyi ilə yazılır, latın əlifbasının böyük hərfləri A,B,C,……..,Z ilə işarə olunur.

Məsələn:A={a,b,c,ç}

a-nın A çoxluğunun elementi olması €-daxildir işarəsinin köməyi ilə a€ A kimi, p-nin A çoxluğunun elementi olmaması daxil deyil işarəsi ilə p€A kimi işarə yazılır. Çoxluqlar elementlərinini sayına görə sonlu və sonsuz olur.

Sonlu sayda elementi olan çoxluğa sonlu çoxluq deyilir.

Əlifbamızdakı hərflər və yasəslər çoxluqları {32 hərf, 34 səs } sonlu çoxluqlardır.

Elementlərinin sayı sonsuz olan çoxluğa sonsuz çoxluq deyilir.

Ulduzların, ədədlərin (natural ədədlərin) əmələ gətirdiyi çoxluqlar sonsuz çoxluqlardır.

Natural ədədlərdən ibarət olan çoxluğa natural ədədlər çoxluğu deyilir.

Natural ədədlər çoxluğu N={1,2,3,4….} şəklində yazılır. 1 ən kiçik natural ədəddir, ən böyük ədəd yoxdur. Natural ədədlər çoxluğu sonsuz çoxluqdur.

Heç bir elementi olmayan çoxluq boş çoxluq adlanır və ᴓ işarəsi ilə yazılırş

Məsələn: 7 və 8 arasında yerləşən natural ədədlər çoxluğu boş çoxluğudur (yəni 7 və 8) arasında natural ədəd yoxdur.

Çoxluqların birləşməsi

İki çoxluqdan heç olmasa birinə (və yahər ikisinə) daxil olan elementlərdən təşkil olunmuş çoxluğa bu çoxluqların birləşməsi deyilir.

A={1,2,3,4,5,6} və B={4,5,7,8} çoxluqların birləşməsi A U B={1,2,3,4,5,7,8} çoxluğudur(U- birləşmə işarəsidir.)

Çoxluqların birləşməsini Venn diaqramı vasitəsi ilə əyani şəklində təsvir etmək olar.

İstənilən çoxluğun boş çoxluqla birləşməsi özünə bərabərdir.(A U /O=A)

A U A =A

Çoxluqların kəsişməsi

İki çoxluğun ortaq elementlərindən yaranan çoxluğa bu çoxluqların kəsişməsi deyilir.

Qutuda müxtəlif rəngdə kürələr vardı Vasif qutudan ağ, sarı, mavi rəngli, Elçin mavi, yaşıl, bənönşəyi rəngli kürələr götütdü. Hansı rəngdə kürə uşaqların hər ikisində var? -Mavi, rəngdə uaşqların zövqü eynidir, maraqları kəsişir.

A={a,ı,o,u}-qalın saitlər və B={o,ö,u,ü} -dodaqlanan saitlər şoxluqlarının ortaq elemetlərindən təşkil olunmuş

C={o,u }çoxluğuna A və B çoxluqlarının kəsişməsi deyilir, C= A Ƞ B kimi yazılır.A Ƞ B={o,u}

Çoxluqların kəsişməsini Venn diaqramının köməyi ilə daha aydın şəkildə təsvir etmək olar.

Ortaq elementi olmayan çoxluqların kəsişməsi boş çoxluqdur.

C={a,ı,o,u} D={ə,i,ö,ü} olduqda C Ƞ D =/O

İstənilən çoxluğun boş çoxluqla kəsişməsi boş çoxluqdur. Özü ilə kəsişməsi özünə bərabərdir. C Ƞ C= C
Bərabər çoxluqlar. Alt çoxluq

Bir – birindən yalnız elementlərinin düzülüşünə ilə fərqlənən çoxluqlar bərabər çoxluqlardır. Məsələn, C={3,5,7,9} çoxluğu D={7,3,5,9} çoxluğuna bərabərdir. (C=D)

Əgər iki çoxluqdan birinin bütün elementleri o biri çoxluğa daxildirsə, onda birinci çoxluğa ikinci çoxluğun alt çoxluğu deyilir.

Cüt ədədlər çoxluğu natural ədədlər çoxluğunun alt çoxluğur. Cüt ədədlər çoxluğunu A={2,4,6,8,10…………} natural ədədlər çoxluğunu N={1,2,3,4,5,6,7,8,9,10….}

Bərabər çoxluqlardan biri digərininalt çoxluğudur.

MÖVZU: Venn diaqramının tətbiqi ilə məsələ həlli

Standartlar: 1.1.4.İki sonlu çoxluğun birləşməsini və kəsişməsini tapır.

Dərsin tipi: İnduktiv.

İş formaları: Fərdi,cütlərlə.

İş üsulları: Müzakirə, beyin həmləsi.

İteqrasiya: Həyat bilgisi, Azərbaycan dili, Çoxluqlara aid mövzular.

Resurslar: Dərslik, iş vərəqləri, kompyuter, proyektor.

Şagird bacarıqları:

1.Müəyyən qanunauyğunluqlara əsasən verilmiş çoxluqları yazır.

2.Çoxluqların kəsişməsini və birləsməsini tapır.

3.İki çoxlugun kəsişməsini və birləşməsini Eyler- Venn diaqramları ilə təqdim edir.

Sinifə daxil olub salamlaşıram və əhvallarını soruşuram. Sinif numayəndəsinin sinif davamiyyəti haqqindakı məlumatı dinləyirəm. Ev tapşirıqlarına nəzarət edib başa düsmədikləri başa salıram.Keşmiş dərsə aid sual-cavab edirəm.

Sonra onlara “HƏYAT” adlı hekayə oxuyuram

Tanrı yaratdığı varlıqları müxtəlif çoxluqlarda yerləşdirərək həyat kürəsini nizamladı. Zamanla çoxluqlar birləşərək böyümək, kəsişərək ortaq gəlib zamana hakim olmaq istədilər. Lakin nə qədər genişlənsələr də dairəvi məkanin elementi olaraq təkrarlanan zamandan asılı oldular. Birləşdikdə fərqli elementlərdən, kəsişdikdə yalnız ortaq elementlərdən ibarət olduqlarrından həyatın, günəşin, torpağın, havanın, suyun bir hissəsi oldular.

Sonra sinifə aşağıdakı suallarla müraciət edirəm;

Hekayədən çoxluqların kəsişməsi və birləşməsi haqqında hansı nəticə çıxartdınız? Fikirlər müxtəlif olur, hər fikirə hörmətlə yanaşıb və fikirləri ilə bölüşürəm.

Davamı olaraq heyvanlar, quşlar, rəqəmlər, həriflər olan çoxluqlar şəkillərini təqdim edirəm.tapşırıqlar verirəm.

1. Rəqəmlərdən və ya həriflərdən ibarət çoxluqların birləşməsini və kəsişməsini yazırlar .

2. İnternetdən və kitablardan öyrəndikləri məlumatlara əsasən heyvanları müəyyən qanunauyğunluqlara görə (məsələn, ət yeyən və ot yeyən) çoxluqlara ayırırlar.

Onlarında birləşməsini və kəsişməsini tapırlar.

Tədqiqat sualı: Çoxluqlara aid məsələləri Eyler- Venn diaqramında təsvir etməklə həll etmək olarmı?
Tədqiqatın aparılması:Azəri cizgi filimləri nümayiş etdirirəm.

1.Tülkü həccə gedir.

2.Tık-tık xanim.

Cizgi filimlərindən 1-ci və 2-ci filimlərdəki hansı personajlar iştirak etdiyini sorusuram. Onlar cizgi filimlərə A və B çoxluqları kimi baxıb yazırlar. Sonra tülkünün hiyləgərliyini əks etdirən hər iki cizgi filimdə birlikdə neçə personal olduğunu soruşuram. Bu işi çoxluqların birləşməsini Eyler-Venn diaqramında təsvir etməklə yerini yetirmələrini tapşırıram. Şagirdlər verilənləri Venn diaqramında təsvir etməklə cizgi filmindəki personajları müəyyənləşdirirlər.

Diqqəti məsələ həllinə yönəltmək üçün şagirdlərə fərdi yanaşır və onlara iki variantda hazırladığım iş vərəqlərini paylayıram. Onlarda tapşırıqları işləyərk həm çoxluqların birləşməsini və kəsişməsini tapır,həm də müxtəlif şəkillərə uyğun məsələləri Venn diaqramın köməyi ilə həll edirlər.

İş vərəqləri paylayıram:

1. Çoxluqların birləşməsini yazın və Eyler- Venn diaqramında təsvir edin.

A=(heyvanlar) B=(quşlar)

2. Azərbaycanın işğal olunmuş rayonların adlarından ibarət iki sonlu çoxluq yazıb, çoxluğun kəsişməsini tapın və Eyler-Veen diaqramında təsvir edin.

3. Rəqəmlədən və həriflərdən ibarət iki və daha çox sonlu çoxluq yazın və kəsişməsini tapın və Eyler-Venn diaqramında təsvir edin.

4. Azərbaycanın işğal olunmuş rayonlarının adlarından ibarət iki sonlu çoxluq yazıb,çoxluğun birləşməsini tapın və Eyler-Veen diaqramında təsvir edin.

Tapşırıqların yerinə yetirilməsinə ayrılan vaxt bitdikdən sonra hər qrupdan bir şagird işləri təqdim edir. Müzakirə aparırıq, səhv və düzgün cavablar müəyyənləşdiririk.

Eyler-Veen diaqramında məsələlərin həlli üçün aşağıdakı nəticəyə gəlirik.

1)Əvvəlcə hər iki şoxluğa aid olan elementləri diaqramların kəsişdikləri hissədə yerləşdirməliyik. Elementləri diaqramda nöqtələrlə, işarələrlə, rəqəmlərlə və s.göstərmək olar.

2) Fərqli elementləri diaqramların kəsişmədikləri hissələrdə qeyd edirik. Bu zaman diaqramın bütün hissələrindəki elementlərinin sayına bərabər olur.

Yaradıcı tətbiqetmə:

Müzakirələrdən sonra ümumi sinifə hazirladığım iş vərəqlərini paylayıram.

İş vərəqi:

Sinifdəki 28 şagirddən hər biri ya Səməd Vurğunun,ya da Bəxtiyar Vahabzadənin heç olmasa bir şerini əzbər bilir. Yalnız Səməd Vurğunun şerini bilənlər 20 nəfər, Bəxtiyar Vahabzadənin şerini bilənlər isə 16 nəfərdir. Şagirdlərdən neçəsi həm Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin şerlərini əzbər bilirlər.

Vaxt tamam olduqdan sonra şagirdlər öz işlərini təqdim edir. Müzakirələr yekunlaşır.

Evə tapşıriq verirəm ,əlavə olaraq şagirdlərə evdə xoşladıqları meyvə və tərəvəzlər haqqında internetdən məlumat toplamağı, yoldaşı ilə ortaq zövqləri(1 nəfərlə) müəyyənləşdirməyi tapşırıram.

Qiymətləndirmə:

Qruplarin fəaliyyətini qiymətləndirmək üçün həm mövzu ilə bağlı, həm də meyarlar əks olunmuş qiymətləndirmə cədvəlindən istifadə edirəm.

Qiymətləndirmə

Qiymətləndirmə

Ev tapşırığı verilir, qiymətləndirmə aparıldıqdan sonra sagollaşıram.

Filed in: DƏRS -RİYAZİYYAT

2s şərh var: to “Çoxluq anlayışı”

  1. 12 Dekabr 2016 at 16:57 #

    men coxluq haqqda bilmek isterem

    • 12 Dekabr 2016 at 16:58 #

      mene basa sala bilersniz bu coxluqu

Şərh yazın