3:08 pm - Çərşənbə axşamı Oktyabr 20, 4820

Biologiyada yenilik – “Labdisk” avadanlığı

Bu gün müxtəlif sahələrdə informasiya və yeni texnologiya ilə işləmək çox böyük fayda verir. Qeyd etmək lazımdır ki, təhsil sistemində yaranan yeniliklər bu sahədə inkişafa təkan verir.

Şəkil

Şəkil

Artıq 2010 – cu ildən ölkəmizdə təhsildə İKT – ili elan edilmişdir. Bu gün şagirdlər dərslikdəki mövzulara maraqla yanaşmırlar. Bu günkü dərsi İKT- siz təsəvvür etmək mümkün deyil. İKT bacarıqlarının zənginləş- dirilməsi, bacarıqların təhsil sisteminə inteqrasiyası mühüm əhəmiyyət kəsb edir.

“ İKT- nin təhsilə tətbiqi” adlanan istiqamət şagirdlərdə dərsə marağı gücləndirir. Bu istiqamətdə düşünürəm ki, hər bir müəllim öz peşəkarlığını artırmalıdır. Şagird – müəllim münasibətlərinin formalaşdırılmasında kompüterdən istifadə önəmli rol oynayır.

Bu gün Edumedia şirkəti tərəfindən əksər məktəblər “Globilab” proqramı ilə işləyən “Labdisk” avadanlıqları ilə təmin edilmişdir. Dünyanın bir çox şəhər məktəbləri bu avadanlıqlardan xeyli vaxtdır ki, istifadə edirlər.

Qurğu 14 sensordan ibarətdir, quraş- dırma 2 dəqiqə çəkir.

Sevindirici haldır ki, artıq məktəb- lərin bir çoxu “ Labdisk” cihazı ilə təmin edilmişdir.

“ Labdisk” xüsusi ilə ibtidai və orta məktəblərdə təbiət elmləri üçün nəzərdə tutulur. Bu cihaz tam bir laboratoriya kimi fəaliyyət göstərir. Üstünlüyü ondan ibarətdir ki, məktəbdə olan avadanlıqlarla inteqrasiya olunur. Bu isə dərs zamanı yüksək fəallığı təmin edir. Avadanlıqların köməyi ilə şagirdlər sınaq işlər aparmaq , qısa müddətdə nəticələr əldə etmək imkanı qazanırlar. Həm də bu avadanlıqdan istənilən məkanda işləmək mümkündür.

Cihaz çox yüngüldür və kiçik ölçüyə malikdir.

Bu cihaz bizə dərsi daha maraqlı, yaradıcı etməyə imkan verir. Onun köməyi ilə:

• Şagirdlərin yaradıcılıq qabiliyyəti yüksəlir

• Tədqiqatçılıq qabiliyyəti artır

• Tez bir zamanda laboratoriya işləri aparmağa imkan verir.

Labdiskin əsl imkanlarını görmək üçün, bir neçə sınaq təcrübələri təqdim etmək istərdim:

I təcrübə

Şirin içkilərin pH- turşuluq səviyyəsinin ölçülməsi

Resurslar: Adi su, distillə olunmuş su, mineral su, koka- kola, fanta, Labdiskin xarici sensoru

* Seçilən sensorlar

* Nümunə götürmə tempi : 10/san

*Nümunələrin sayı : 1000

*Eksperimentin müddəti : Təxminən 2 dəq

* Kommunikasiya : Bluetooth simsiz əlaqəyə üstünlük verilir.

* Məlumatların təhlili: Müxtəlif mayelərin turşuluq səviyyəsini ölçmək üçün markerlərdən istifadə ilunur.

əticədə qrafik alınır. Daha çox turşuluq olduğunu müəyyən edilir. Turşuluq səviyyələri müqayisə edilir.

II- təcrübə

Toxumlarda cücərmədən əvvəl və cücərmə zamanı əmələ gələn karbon qazının ölçülməsi:

Resurslar:

*Qapaqlı plastik konteyner

* USB kabeli

* Karbon qazı sensoru

* 30 cücərmiş lobya toxumu

* 30 cücərməməş lobya toxumu

* Hermetikləşdirmə leseti

Sensordan istifadə qaydası

1. Globilab proqram təminatı

2. Karbon qazı sensorunu Labdisk avadanlığının ümumi çıxışına birləşdirin

3. Əgər karbon qazı zondundan ilk dəfə olaraq istifadə edirsinizsə, Labdis- ki AC/DC adapterinə birləşdirilir və zondun 24 saat ərzində qızmasına imkan yaradır.

4. Sensorun konfiqurasiyasını quraraq, dəq/ nümunə sürəti ilə 100 nümunə üzrə karbon qazını ölçün.

5. Sonra qaçan adam işarəsinə basmaqla ölçməyə başlayır.

6. Əl işarəsinə basmaqla Labdiski dayandırın.

Nəticədə 2 qrafik alınır. Hər 2 halda olan toxumlarda karbon qazı konsentrasiyasının necə dəyişdiyini görərik

Ən yüksək və ən az karbon qazı göstəriciləri arasında fərqi qeyd edin.

Bu təcrübənin sonunda şagirdlər unutmamalıdırlar ki, bütün hüceyrələr tənəffüs edir. Xüsusi ilə də , cücərmə zamanı bu proses daha sürətli gedir.

Orqanizmlərdə karbon qazı konsentrasiyasında artım qeyd olunur.

Düşünürəm ki, bu avadanlığın köməyi ilə keçilən dərslər daha yadda qalan olur və o , biologiya dərslərini rəngarəng edir.

Aygün CAVADOVA,
82 nömrəli tam orta məktəbin
biologiya müəllimi,
Rəqəmsal laboratoriyada avadanlığın tədrisi üzrə təlimçi, metodbirləşmə sədri

Filed in: DƏRS NÜMUNƏLƏRİ - BİOLOGİYA

Hələ şərh yoxdur

Şərh yazın