4:05 am - Bazar ertəsi May 29, 2017

Mənim şagird dostum

Musa Mirzəzadə

Musa Mirzəzadə

Atalarımız yaxşı deyib “Dost dosta tən gərək, tən olmasa gen gərək”, “Dost dar gündə tanınar və s. Bu atalar sözləri yəqin ki, hamımıza tanışdır. Dostluq sözünə sinonim olaraq, bir neçə söz göstərmək olar; Qardaşlıq, birlik, etibarlıq və s. Mən bu sözləri boş yerə demədim. Mən indi sizə dostluqdan danışacağam.

Mirzəzadə Musa mənim ən yaxşı dostlarımdan biridir. O, Masallı rayonu Mahmudavar kəndində yaşayır. O, 6- cı sinifdə oxuyur. Onun təsviri incəsənət, texnologiyaya, yaradıcılığa böyük marağı var. Bunu mən deyil, onun düzəltdiyi, yaratdığı əşyalar deyir. Musa mənim qohumumdur. Mən Musanı uşaqlıqdan tanıyıram. Ailəsi də gözəl ailədir. Musa həm də yaxşı qardaşdır. Bir bacısı var. Kənd yerində yaşayan uşağın belə istedadlı olması yəqin ki, qeyri- adidir. Musa kompyuter işlərində də fəaldır. Dərslikdə olmayan məlumatları internetdən əldə etməyi xoşlayır. Ev təsərrüfatı haqqında maraqlı biliklərə malikdir. Onun idmana da böyük həvəsi var. Yaxşı futbol oynayır. Mən də futbolu çox sevirəm. Bəzən Tofiq Bəhrəmov adına Respublika stadionunda futbol oynamağa gedirəm. Yay tətilində mən Musagildə oluram. Kənd otluq yer olduğu üçün qazona bənzəyir və burada oynamaq maraqlıdır. Mən həm də musiqiçiyəm. Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Ağdam musiqi məktəbin tar şöbəsinin 3- cü sinifində oxuyuram. Mən hərdən şeir də yazıram. Onlardan birini sizlərə təqdim edirəm:

Dostluq nə deməkdir, bilirsənmi sən?

İsa Səttarov, Bakı şəhəri Namiq Fərəczadə  adına 100 nömrəli məktəbin  6a sinif şagirdi

İsa Səttarov,
Bakı şəhəri Namiq Fərəczadə
adına 100 nömrəli məktəbin
6a sinif şagirdi

Qardaşlıq, səadət, məhəbbət demək.
Sənin ki dostun əgər, belə deyilsə,
Sənin dostun deyildir, o insan demək.

Musanın babası əməkdar müəllimdir. Məktəb də tarix müəllimi işləyir. Musanın ən böyük arzusu babası kimi olmaqdır. Mən bir dost kimi Musaya dəstək olur, ona gələcək işlərində uğurlar arzulayıram. İnşallah arzusuna çatar.

Filed in: TƏBRİKLƏR

Hələ şərh yoxdur

Şərh yazın