2:19 pm - Cümə İyun 23, 2017

“Sahələrin ölçülməsı” mövzusunun tədrisi

HƏSƏNOVA Şəhla Ramazan qızı, 246 saylı məktəb- liseyin riyaziyyat müəllimi

HƏSƏNOVA Şəhla Ramazan qızı, 246 saylı məktəb- liseyin riyaziyyat müəllimi

Mövzu: Sahələrin ölçülməsı

Standart:

4.1.1. Ölçmənin nəticəsinin ölçü vahidindən və ölşmə alətindən asılılığını başa düşür,ölçmədə bunları nəzərə alir.

4.2.1. Ölçmələr aparmaqla bəzi fiqurların sahələrini hesablayır. Təlimin nəticələri:

Ölçmənin nəticəsinin ölçü vahidindən və ölçmə alətindən asılılığını başa düşdüyünü nümayiş etdirir.

Ölçmələr aparmaqla bəzi fiqurların sahələrini hesablayır.

İş forması: kollektiv və cütlərlə iş

İş üsulu:beyin həmləsi,müzakirə

Resurs: dərslik, iş vərəqləri, paletka hazirlamaq üçün şəffaf material, paletka, qayçı, xətkeş.

Şəkil

Şəkil

Dərsin gedişi:

Əvvəcə paletka haqqında məlumat verim. Paletka hazırlamaq üçün bizə şəffaf (bir qədər qalın klyonka) material və qayçı lazım olur. Bu paletkanı hazırlamaq üçündə vaxt lazımdır. Buna görə də, paletkanın hazırlanması əvvəlki dərslərdə olur və dəqiq ölçü götürülür. Paletkanın necə hazırlanmasını, istifadəsini öyrədirəm və hər hansı fiqurun üzərində nümayiş etdirirəm.

Şagirdlərdə mənim öyrətdiyim şəkildə cüt və ya fərdi tərtib etdiyim iş vərəqlərdə təsvir edilmiş fiqurların sahələrini paletka vasitəsilə təyin edirlər. Şagirdlərə onu da söyləyirəm ki, bəzən paletka ilə fiqurların sahəsi ölçülməsinin nəticəsinin dəqiq olmadığını da nəzərə almaq lazımdır. Bəzən də sahəni təxmini müəyyən edir.

Bütün bu məlumatlar şagirdlərə catdırılır. Çünki şagird öncədən bu məlumatları bilir.

Şəkil

Şəkil

Artıq dərs başlanır. Həmişəki kimi əvvəlcə şagirdlərlə salamlaşıram. Keçmiş dərsdən sual cavab edirəm. Düzbucaqlının və kvadratın tərifini, perimetrinin və sahəsinin necə tapıldığını, düsturlarını xatirladıram. Sinifdə 20 şagird olduğunu bilərək

Şəkil

Şəkil

Şəkil

Şəkil

bu iş vərəqlərini paylayıb cütlərlə sahələrini ölçməsini tapşırıq verirəm. Bir şeyi də nəzərə alaq ki, iş vərəqlərini şagirdlərin bilik səviyyəsinə uyğun paylayıram. Ölçmə işləri başa çatdıqda əlavə məlumatları da söyləyirlər. Məsələn; bayrağın hər bir rənginin sahəsi ölçülür, ümumi sahəsini hesablayır və rənglərin mənasını açıqlayır. Sonra isə kəmiyyətlərin vahidlərinin çevrilməsini, karusel kimi bir cütlukdən digər cütlüyə ötürməklə hərə sahələri bir ölçü vahidləri ilə ifadə edirlər.

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

Sonra kollektiv olaraq bütun şagirdlərə bu modeldə olan fiqurdakı kvadratların sahəsini ölçüb, sahələrin cəminin hesablanmasını tapşırıram. Burada da ölçü vahidlərininin çevrilməsi təkrarlanır. Sonda da paletkanın köməyi ilə bu fiqurun sahəsinin ölçülməsini tapırlar.

Ev tapşırığı olaraq hər bir şagirdin evlərinin sahəsini, hər bir otaqların ayrı -ayrı sahələrini, yemək stulunun və süfrəsinin sahəsinin ölçülməsini tapşırıram və qiymətləndirirəm.

Filed in: DƏRS -RİYAZİYYAT

Hələ şərh yoxdur

Şərh yazın