5:29 pm - Çərşənbə Avqust 16, 2017

Vurma və bölmə

Riyaziyyat- III sinif

Mövzu: Vurma və bölmə

Məzmun standartları:

1.3.4. Vurma əməlində hesablamalarda istifadə edir

1.3.5. 1000 dairəsində ikirəqəmli və üçrəqəmli ədədləri birrəqəmli ədədə vurur və bölür, nəticənın doğruluöunu yoxlayır.

Dərsin məqsədi:

Yuvarlaq ədədlər üzərində vurma və bölmə əməlini yerinə yetirir.

Yuvarlaq ədədləri üzərində vurma və bölmə

qaydasında istifadə edərək misalları həll edir.

İş formaları: Bütun sinif,qrup işi

İş üsulu: Beyin həmləsi.

Resuslar: Dərslik,iş dəftəri, kömpyuter, promethean lövhə, proyektor.

MOTİVASİYA

Şəkil

Şəkil

                                                  2×4=                                2×40 =                         2×400=

Bu vurma əməllərinini yerinə yetirməkdə bizə hansı biliklər kömək edər?

Şagird: Vurma cədvəli və vurma qaydaları.

2×40=80 2×400=800

Vurma əməlləri cədvələ görə yerinə yetirilir. Hər iki vuruqlardakı sıfırlar hasilə əlavə olunur.

MOTİVASİYANI YÖNLƏNDİRƏCƏK SUALLAR:

1.Yuvarlaq ədədlər üzərində vurma necə yerinə yetirilir?

2.Yuvarlaq ədədlər üzərində bölmə qaydası necə yerinə yetirilir?

Tədqiqat sualı:

Toplama və vurma arasında hansı oxşar cəhətlər var?

Şagird: Yerdəyişmə xassəsi .

Toplananların yerini dəyişdikdə hasil dəyişmir.

a+b=b=a+b 5+4=4+5

Vurma əməlində vuruqların yerin dəyişəndə nə dəyişməz?

Şagird: Vuruqların yerini dəyişdikdə hasil dəyişməz.

5×7=7×5

Qruplaşdırma xassəsində toplama və vurma arasında hansı oxşar cəhətlər var?

Şagird: Toplananları istənilən ardıcıllıqla yazmaq olar

24+37+46+23=24+46+37+23

Vuruqları istənilən ardıcıllıqla vurmaq olar

2x75x5=5x2x75

Toplama və vurma arasında daha hansı əlaqə var? Vurma nədir?

Şadird: Vurma eyni toplananlarının cəmidir.

4+4+4+4+4=4×5

Tədqiqatın aparılması:

Vurma və bölməyə aid tapşırıq vərəqləri paylayıram. Mövzuya aid suallar verirəm.

TƏDQİQAT ZAMANI ŞAGİRDLƏRİ MƏQSƏDƏ ÇATDIRMAQ ÜÇÜN YÖNLƏNDİRİCİ SUALLAR:

1.Yuvarlaq ədədlər üzərində vurma əməlini necə yetirdiniz?

2.Cəmi və fərqin ədədə vurulması qaydası necədir?

3.Cədvəldənkənar vurma və bölməni necə yerinə yetiririk?

I işçı vərəqi.

Eyni toplananları vurma ilə əvəz edin və tapşırığı neçə yerinə yetidiyinizi izah edin

25+25+25+25=100

Hər bir a-ya bərabər olan b sayda toplananın cəmi a və b ədədlərinin hasili adlanır.

Məsələni həll edin.

Məslə 2. Yiğılan gilənarları 4 kq səbətlərə yığdılar. Gilənar 8 kq. 40 kq. 400 kq. olarsa neçə səbət lazımdır?

Həlli: 8:2=4 (səbət) 40:4=10 (səbət) 400:4=100 (səbət)

Cavab: 8kq-a 2səbət, 40 kq-a 10səbər, 400 kq –a 100səbət lazımdır.

II işçi vərəqi

Hasili cəm şəklində göstərin.

2×15 = 23×4=

Məsələni həll edin.

Məsələ 2.

Məktəblilər birinci gun 12, ikinci gün bundan 3 dəfə çox ağac əkdilər. Məktəblilər 2 gündə neçə ağac əkdilər ?

Bu məsələni necə həll edərdiniz?

Şagird: 12+(12×3)=48

Eyni toplananın cəmi kimi də göstərmək olar.

12+12+12+12=48

Misalları həll edin.

2×3= 3×20= 3×200=

60:2= 600:6 = 6000:6=

III işçi vərəqi.

Vurmanın xassələrindən istifadə edərək misalları həll edin.

3x4x5= 5×25 =

4x5x6= 12×8=

Məsələ 2. İki şəhərdən qarşı –qarşıya iki avtomobil yola düşdü.

Görüşənədək birinc avtomobil saatda 60 km, ikinci avtomobil isə saatda 70km getdi. 4 saatdan sonra onlar görüşdülər. Şəhərlər arasındakı məsafəni tapın?

İnformasiya mübadiləsi:

Hər qrup öz işinin nəticəsini təqdim edir. Təqdimatlar nömrə ardıcıllığı ilə aparılır. İşlər təqdim olunduqdan sonra lövhədən asılır. Prohethan lövhədə düzgün cavablar açılır.

Məlumatin müzakirəsi:

Müzakirə zamanı şagırdlərə keçdiyimiz mövzu ilə bağlı suallar verilir.

Siz misal və məsələni həll edərkən hansı əməldən istifadə etdiniz?

Vurmanın hansı xassəsindən istifadə etdiniz?

Toplama və vurmanın xassələri arasında hansı oxşar cəhət oxşarlıq var ?

Şagırdlərin cavabları.

1) Vurmanın yerdəyişmə və qruplaşdırma xassəsindən istifadə etdik.

2) Vurma və bölmənin qarşılıqlı əlaqəsinə Venn diaqramını yazdıq.

3) Toplananların yerini dəyişdikdə cəm dəyişmir.

4) Toplananları istənilən ardıcıllıqla toplamaq olar. Vuruqları da istənilən ardıcılliqla vurmaq olar.

Nəticə və ümümləşdirmə

Şadirdlərini cavablarını dinlədikdən sonra belə nəticəyə gəldik ki bir neçə ədədin hasilini və(cəmini) vuruqların yeri dəişə bilərik,qruplaşdırma xassəsinə görə vuruqları (toplananları istənilən ardıçıllıqla toplamaq olar) istənilən ardıcıllıqla vurmaq olar.

Yaradıcı tətbiqetmə:

İş dəftəri üzrə misalları yerinə yetirək.

İki sutundakı ifadələri tutuşdur. Cavabları eyni olan ifadələri birləşdirin.

8x(40-8) 4×37
6x(20+6) 5×43
4x(30+7) 8×32
5x(50-7) 6×26

Şagirdlər tapşırıqları yerinə yetirdikdən sonra səviyyələr üzrə qiymətləndirilir.

Bilik: Vurma və toplamanın xassələriniı bilir.

Dərketmə: Vurma və toplamanın oxşar cəhətlərini izah edir.

Tətbiqtetmə: Vurmanın eyni toprlananların cəmini olduğunu bilir və tətbiq edir.

Təhliletmə: Toplama-vurma, vurma –bölmə arasındakı əlaqənı aydınlaşdırır.

Sintezetmə: Vurma və toplamanın xassələrini tətbiq edir.

Təhminə Atayeva,
İsmayıllı şəhər A.Aslanov adına
2 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi

Filed in: DƏRS -RİYAZİYYAT

Hələ şərh yoxdur

Şərh yazın