10:02 pm - Cümə Yanvar 20, 2017

The Seven Wonders of the World

Əliyeva  Gülnarə

Əliyeva Gülnarə

Mən Əliyeva Gülnarə Qamboy qızı 2002 -ci ildə Bərdə şəhər bir saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirmişəm və elə həmin il yüksək balla ADU – nun Roman – German filalogiyası fakültəsinin ingilis dili və ədəbiyyatı ixtisasına qəbul olunmuşam və 2006 – cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişəm. Elə həmin ildən Bərdə şəhər 1 saylı tam orta məktəbdə ixtisasım üzrə ingilis dili müəllimi işləyirəm. İşlədiyim müddətdə öz bilik və bacarığımı və fəaliyyətimi şagirdlərimin dünyagörüşünün forma-laşdırılmasına, onların məntiqi düşün- cələrinin daha da inkişaf etdirilməsinə və tərbiyəvi hisslər aşılanmasına sərf etmişəm.

Mən, kurikulum islahatlarının tələbləri baxımından təcrübəmi daha da artıraraq dərsləri yeni təlim metodları əsasında qurur, İKT vasitələrindən və yaradıcı tətbiqetmə- dən, təlimin müasir forma və üsul-larından istifadə edirəm və bütün dərslərimdə məntiqi pedaqoji tamlığa nail oluram. Bunları sizlərə əyani olaraq göstərmək üçün VIII a sinifində keçdiyim bir dərsin icmalını sizlərlə paylaşmaq istəyirəm.

Dərsin movzusu: The Seven Wonders of the World

Standart: 1.1.2., 2.1.1., 3.1.4.. 4.1.2.,

Məqsəd: 1. Möcüzələrə aid olan şəkilləri tərvir edir.

2. Müasir və qədim möcüzələr haqqında fikirləri bölüşür və müqayisə edir.

Şəkil

Şəkil

3. Mətnləri səkillərlə birləşdirir.

4. Qədim möcüzələr haqqında məlumat axtarır və yazır.

İnteqrasiya:

Ədəbiyyat: 1.1.3., 2.1.1., 2.2.1.

Azərb. Tarixi: 5.1.1., 5.1.3.

Ümumi Tarix: 5.1.1., 5.1.3.

Coğrafiya: 3.1.2.

İş üsulu: Qrup işi, kollektiv iş

İş forması: Təsvir, klaster, müzakərə, Venn diagramı

Resurslar: Şagird kitabı, kompyuter, səkillər, slaydlar, video çarx

Qiymətləndirmə üsulu: Şifahi və yazılı təqdimat

Qiymətləndirmə vasitəsi: Meyar cədvəli

Dərsin gedişi:

Motivasiya: Klaster üsulu ilə müasir möcüzələri slaydlarla göstərərək onları şagirdlərlə təsvir və müzakirə edirik.

Şəkil

Şəkil

Slaydları təsvir etdikdən sonra aşağıdakı sualı verirəm:

What are these constructions? What can you say about these constructions?

Şagirdlərin fikirləri dinlənilir.

Tədqiqat sualı: What do you know about the seven Ancient World Wonders?

Which of them is the top Wonder for you?

Tədqiqatın aparılması:

İlk öncə möcüzələr haqqında video çarxa baxırıq sonra dərslik üzərində iş aparırıq.

Tədqiqat sualına cavab vermək üçün işimizə qruplarla davam etdiririk. Şagirdlər 3 qrupa bölünür, onlara qrup adları verilir və öz aralarında qrup lideri seçirlər. Sonra iş vərəqləri paylanır. Hər qrupa tapşırıq yazılmış iş vərəqləri verilir.

Group: The Flame Towers

1.Match the name of each monument with the pictures

2.Choose the correct modal verbs.

Şəkil

Şəkil

Group : The Eiffel Tower

1.Match the name of each monument with the pictures

Şəkil

Şəkil

2.Fill in the blank with somebody, something, somewhere, anybody anything, anywhere, nobody, nothing, nowhere

Group: The Pyramids

1. Match this information with the correct pictures.

Şəkil

Şəkil

2.To Be or Have Got

İnformasiya mübadiləsi :

Qruplar öz işlərini təqdim edirlər

İnformasiya müzakirəsi və təşkili :

Qrupların işi müzakirə olunur.

Müzakirə sualları:

What are seven wonders of the world?

Why are they considered the wonders?

Who were The Hanging Gardens of Babylon built?

Where is the Statue of Zeus situated?

Sonra kollektiv iş aparırıq. Uşaqlar dərslikdə Azərbaycan təbii möcüzələrinə aid olan mətnləri oxuyur və onları şəkillərlə birləşdirir. Sonra mən aşağıdakı sualları verirəm:

What are these passages about?

What are natural wonders of Azerbaijan?

Şagirdlərin fikirləri dinlənilir.

Yaradıcı tətbiqetmə :

Venn diagramı

Şəkil

Şəkil

What are the differences and similarities between Modern and Ancient Wonders?

Nəticə :

The Students come to conclusion reading out the passages and doing tasks about Azerbaijan, its valuable natural resources. They realize that Azerbaijan is full of natural wonders, its oil,salt, mud volcanoes are very famous all over the world. Now students are knowledgable about Azerbaijani wonders as: Salt Mountain, Burning Mountain, Naftalan and others.

Qiymətləndirmə:

Qrupların işi meyarlar əsasında qiymətləndirilir. Fərdi səkildə isə şagirdlər müşahidə əsasında fəallığına, sual-cavabda iştirakına əsasən qiymətləndirilir.

Ev tapşırığı :

Search and write facts on ancient wonders in Azerbaijan.

Filed in: DƏRS NÜMUNƏLƏRİ - XARİCİ DİL

Hələ şərh yoxdur

Şərh yazın