10:02 pm - Cümə Yanvar 20, 2017

Ümumiləşdirici dərs

ƏLİYEVA Flora Firuddin qızı, Bərdə şəhər Akademik Z.Əliyeva adına Texniki Fənlər Təmayüllü Məktəb-Liseyin ibtidai sinif müəllimi , “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

ƏLİYEVA Flora Firuddin qızı,
Bərdə şəhər Akademik Z.Əliyeva adına Texniki Fənlər Təmayüllü Məktəb-Liseyin ibtidai sinif müəllimi , “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

(Riyaziyyat IV sinif)

Mövzu: Ümumiləşdirici dərs

Standart: 3.2.

Həndəsi fiqurların xassələrini bilir və onlardan çalışmaların həllində istifadə edir.

Standart: 4.2.8.

Sahə və perimetrin tapılmasına aid məsələləri həll edir.

Standart: 3.1.

Istiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlər əsasında həll edir.

Məqsəd:

1. Həndəsi fiqurların xassələrini bilir və onlardan çalışmaların həllində istifadə edir.

2. Sahə və perimetrin tapılmasına aid məsələləri həll edir.

3. Fəza fiqurunu quraşdırır .

4.Miqyasa görə şəkildə, planda təsvir olunanların real ölçülərini müəyyən edir.

5. Kompüterdə müxtəlif proqramlarda işləyir.

Dərsin forması: Kiçik qrupla iş

İş üsulları: Beyin həmləsi, müzakirə, təqdimat

İnteqrasiya:

İnformatika: 3.3.2. Kompüterdə müxtəlif proqramlarda işləyir.

Texnologiya: 4.1.2. Müstəvi və həcmli fiqurların hissələrinin təsvirini çəkərkən sadə dizayn bacarıqları nümayiş etdirir .

Texnologiya: 4.1.3. Çəkilmiş ayrı – ayrı hissələri birləşdirməklə əşyanın tam şəklini çəkir.

Azərbaycan dili: 2.1.2..Öyrəndiyi yeni sözlərin mənasını izah edir.

Resurslar: Dərslik, iş vərəqləri, kompyuter, proyektor, rəngli kağızlar, fəza fiqurları və s.

Qiymətləndirmə formaları: Qrup.

Qiymətləndirmə üsulları: Holistik qiymətləndirmə cədvəli üzrə (qrup).

Qiymətləndirmə meyarları:

– Həndəsi fiqurların xassələrini bilir və onlardan çalışmaların həllində istifadə edir

– Perimetrə və sahəyə aid hesablama və qrafiki bacarıqları əhatə edən məsələləri həll edir

– Əməkdaşlıq edir

– Təqdimat

– Yekun

Dərsin gedişi: Buzsındırmanı reallaşdırmaq üçün slaydda Qalileo Qalileyin kəlamı göstərilir.

Şəkil

Şəkil

Motivasiya: Krossvordu həll edin.

Şəkil

Şəkil

1. 3 tərəfi və 3 bucağı olan həndəsi fiqur ?

2. Qırmızı planetin adı.

3. Santimetr hansı kəmiyyətin ölçü vahididir ?

4. Destimetrdən böyük olan uzunluq vahidi ?

5. 27 ədədi neçə rəqəmli ədəddir ?

6. Həcmin ölçü vahidi ?

7. Çıxma əməlinin nəticəsi ?

8. Şəffaf olmayan sulu boya ?

9. Qarşı tərəfləri bərabər, bucaqları düz olan dördbucaqlı ?

10. Cismin mərkəzindən keçən xəttin onu 2 eyni hissəyə bölməsi necə adlanır ?

11. Elmlərin şahı ?

12. Saz, tar, kamança necə alətlərdir?

13. Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər necə adlanır ?

14. Toxunmaqla və ya əl vasitəsi ilə alınan informasiya növü?

15. Dil vasitəsilə qəbul olunan informasiya?

16. 38 ədədində 8 rəqəmi hansı mərtəbədə yerləşir ?

17. Təsvirləri yaradan insan ?

18. Həndəsi fiqurların sahəsi hansı hərflə işarə olunur ?

Şəkil

Şəkil

Krossvordu həll edərkən mövzunun adı açıqlanır – Ümumiləşdirici dərs:

Sual: Həndəsi fiqurların xarakterik xüsusiyyətləri hansılardır?

Qruplar “Qızıl qaydalar” və “ Qiymətləndirmə meyarları “ ilə tanış olurlar.

Qruplara tapşırıqlar verilir.

Şəkil

Şəkil

Şəkil

Şəkil

 

İnformasiya mübadiləsi:

Tədqiqat başa çatdıqdan sonra şagirdlər görülən işi təqdim edirlər.

Məlumat mübadiləsi aparılır (təqdimata əsaslanaraq).

Qruplar qiymətləndirilir.

Şəkil

Şəkil

Bundan sonra şagirdlərə Paint və World proqramlarında tapşırıqlar verilir.

Şagirdlərə test tapşırıqları verilir.

Şəkil

Şəkil

Testlər üzrə qiymətləndirmə aparılır.

Nəticə:

Şəkil

Şəkil

Yaradıcı tətbiqetmə.

Şəkil

Şəkil

Şagirdlər cədvəli üzrə işləyirlər.
Qiymətləndirmə aparılır.

Şəkil

Şəkil

 

 

Şəkil

Şəkil

 

Şəkil

Şəkil

Filed in: DƏRS -RİYAZİYYAT

Hələ şərh yoxdur

Şərh yazın