7:55 am - Çərşənbə Noyabr 22, 2017

Çağrışaqədərki hazırlıq fənninin tədrisinə diqqət artırılmalıdır

Şəhriyar HƏSƏNOV,  Quba rayonu,  D. İsmayılov adına Çiçi kənd tam  orta məktəbin Gənclərin Çağrışaqədərki  Hazırlıq fənn müəllimi

Şəhriyar HƏSƏNOV,
Quba rayonu,
D. İsmayılov adına Çiçi kənd tam orta məktəbin Gənclərin Çağrışaqədərki Hazırlıq fənn müəllimi

Hər bir ölkənin inkişaf səviyyəsi dəyərləndirilərkən ilk növbədə onun müdafiə qüdrəti və gücü ilə şərtləndirilir. Bu baxımdan hər bir vətəndaş əqli, fiziki və mənəvi cəhətdən “Çağrışaqədərki hazırlıq” üzrə zəruri bilik və bacarığa malik olmalıdır. Orta ümumtəhsil məktəblərində “Çağrışaqədərki hazırlıq” fənninin tədrisi prosesində şagirdləri xalqına, vətəninə, tarixinə, adət ənənələrimizə sonsuz məhəbbət hissi bəsləmək, hər an vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə etmək lazımdir.

Fənnin məqsədini ifadə edən respublikanın müdafiə qüdrəti, Azərbaycan Respublikasının konstitutsiyası və qanunlarından irəli gələn vəzifələri, Nazirlər Kabinetinin qərarları, Azərbaycan Silahlı Qüvvələrinin vəzifələri, onların xüsusiyyəti və əhəmiyyəti, hərbi xidmətin vətəndaşlar üçün şərəfli vəzifə olması, Silahlı Qüvvələrin nizamnamələrinin tələblərindən irəli gələn vəzifələri, əsgərlərin yerləşməsi həyat tərzi və xidməti, fövqəladə hallarda mühafizə qaydaları və tibbə dair bilik və bacarıqlar əsasında təhlükəsizliyi təmin etmək və müdafiə qabiliyyətini, səhiyyə və ekologiya mədəniyyəti formalaşdırmaq kimi tədris materiallarının məzmunu ilə bağlı zəruri bilik və bacarıqların şagirdlər tərəfindən mənimsənilməsini təmin etməyə dair səy göstərirəm.

Azərbaycan hərb tarixindən şagirdlərə məlumat verərək qeyd edirəm ki, qəhrəmanlığa, sərkərdəlik məharətinə görə görkəmli şəxslər Cavanşir, Babək, Şah İsmayıl Xətai, Cəfərqulu ağa Bakıxanov, Əsəd bəy Talışxanov, Səmədbəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski, Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil Məmmədov və s. böyük fədakarlıqlarına görə daim yaşayacaqlar. Ulu öndər Heydər Əliyev milli ordumuz haqqında demişdir: “Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu respublikamızın milli təhlükəsizliyini əhalimizin əmin- amanlığını və mühafizəsini təmin etmək üçün ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır.” Şagirdlərdə Vətənə məhəbbət və iradə, mətinlik yaradan bu fikirlər tərbiyə işimizin əsasını təşkil edir.

Dərs dediyim şagirdlərə müasir Azərbaycan Ordusunun qurucusu, Heydər Əliyev trəfindən 1998- ci il mayın 22- də imzalanan fərmanla 1918- ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yarandığı gün 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan edilməsini tarixi hadisə kimi şərh edirəm. Silahlı qüvvələrin büdcəsinin artması Azərbaycan Prezidenti ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı olaraq qeyd olunmalıdır. Nəticədə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş maddi- texniki baza əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş hərbiçilərin sosial şəraiti yaxşılaşdırılmışdır.

Fənnin tədisi keyfiyyətini yüksəltmək üçün məzmun xətlərinə daxil olan aşağıdakı tərkib hissələrin təlim nəticələrinin reallaşmasıdır.

1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları;
2. Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı;
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları.

Hər bir məzmun xəttə müvafiq didaktik tələblər fənn üzrə müəyyən olunmuş fəaliyyət xətlərinin inteqrasiyası nəticəsində həllini tapır. Bura daxildir problemin müəyyənləşdirilməsi və həlli ünsiyyət qurma; əlaqələndirmə; mühakiməyürütmə və əsaslandırma, tətbiqetmə. Konseptual sənəddə (kurikulumda) qeyd olunan bu fəaliyyət xətləri “Çağırışaqədərki hazırlıq” fənninin məzmununa müvafiq biliklərin əldə edilməsi yollarını müəyyənləşdirməklə şagirdlərin düzgün istiqamətlənmələrini təmin edir.

Filed in: DƏRS NÜMUNƏSİ ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ

2s şərh var: to “Çağrışaqədərki hazırlıq fənninin tədrisinə diqqət artırılmalıdır”

  1. Ceyhun
    7 Oktyabr 2016 at 17:57 #

    Oxudum. Sizi təbrik edirəm daha böyük nəaliyyətlər arzulayıram.

  2. Məhəmməd Rzayev
    23 İyun 2017 at 20:00 #

    GÇH fənninin məktəblərdə tədrisində köklü dəyişiliklər olmalıdır. Əlbəttə bu məsələyə yanaşma birmənalı deyil. Belə ki bəzi insanların düşüncəsinə görə məktəblərdə GÇH fənninin tədrisinə son qoyulmalıdır və bunu iki amillə əsaslandırırlar:
    – birincisi, məktəbblərin tədris-maddi bazası yetərli deyil (ya çox zəifdi, yaxud da ümumiyyətlə yoxdur);
    – ikincisi, GCH fənni üzrə mənimsəmə səviyyəsi çox aşağıdır (bunu çağrışçıların ümumi səviyyəsi də göstərir) və məktəblərdə bu fənnin tədrisi çox acınacaqlı vəziyyətdədir.
    Digərləri isə hesab edir ki GÇH fənni tədris edilməli, lakin tədris proqramı əsaslı şəkildə dəyişdirilməlidir.
    Hər iki tərəfin arqumentləri əsaslıdır. Lakin tariə diqqət etmək lazımdır. Belə bir sual çıxa bilər.GÇH fənni həmişə olubmu? Əlbətə xeyir. Azərbaycanın da daxil olduğu SSRİ-də bu fənn 1938-ci ildən tədris olunur. SSRİ-nin müəyyən dövründə N.Xruşovun təşəbbüsü ilə 5 -6 il bu fənn məktəblərdə tədris olunmayıb və yalnız L. Brejnevin hakimiyyəti zamanı GÇH fənnini tədrisinə yenidən başlanılıb və həmin dövrlərdə “İbtidai hərbi hazırlıq” fənni kimi tədris olunub. 1991-ci ildən isə GÇH fənni kimi tədris olunur. Sovetlər dövründə bu fənnin tədrisinə Müdafiə Nzirliyi məsuliyyət daşıyırdı və ona az-ççox diqqət ayrılırdı. İndi isə cavabdeh təşkilat, demək olar ki yoxdu və ona görö tədri-maddi baza da yoxdur. Yalandn özümüzü alddırıqq və nəticə də yoxdur.
    Tam orta təhsil səviyyəsində təmayülləşməni nəzərə alaraq və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili məqsədilə bu fənnin 7-9 siniflərdə keçirilməsi daha səmərəli ola bilər. Onun əsas vəzifələrindən biri isə gənclərin hərbi liseylərə və ali hərbi məktəblərə təşviqetmək olmalıdıır. Sual oluna bilər. Azərbaycanda hər il 100-120 min nəfər orta təhsil və tam orta təhsil pillərini bitirir. Bəs nə üçün liseylərə və ali məktəblərə təhsil almağ müraciət edənlər çox azlıq təşkil edir (təxminən 1 % və dah az) və müraciət edənlər isə kimlərdir, hansı sosial təbəqəni təmsil edirlər, onların arasında deputatların, orta və yüksək səviyyəli məmurların, oliqarxların və iş adamlarının, siysətçilərin övladları varmı? Əlbəttə düşünmədən demək olar ki xeyir. Belə olan halda da vəziyyət acınacaqlı olacaqdır. Ona görə də bu sahədə ən azı orta müddətli rəhbər sənəd hazırlanmalıdır və bu sənəddə bütün məsələlər öz əksini tapmalıdır. Əlbəttə müzakirələr davam edə bilər.

Şərh yazın