6:00 pm - Çərşənbə axşamı Dekabr 12, 2017

İngilis dili fənninin kreativ tədrisi

Mən, Nəsibova Turanə Mustafa qızı, Bakı Modern Məktəbinin İngilis dili departamentində ibtidai sinif müəllimiyəm. Uşaqlıqdan arzum müəllim olmaq idi. Bu arzuma çatdığım üçün özümü xoşbəxt hesab edirəm. Bu sahədə müəyyən qədər pedaqoji təcrübəyə nail olmuşam. İndi isə mən dərs zamanı sinifdə istifadə etdiyim tədris metodlarından danışmaq istəyirəm. Bu tədris metodları aşağıdakılardır:

1. Vizual öyrənən şagird- bu şagird gördüklərini daha yaxşı yadda saxlayır və qavrayır.

2. Eşitməklə öyrənən şagird- bu şagird eşitdkilərini diqqətlə yadda saxlayır və qavrayır.

3. Kinestetik öyrənən şagird- bu şagird təcrübə aparmaqla, müəyyən maket düzəltməklə, rəsm çəkməklə, nəyə isə toxunmaqla daha yaxşı qavraya bilir.

1. Vizual öyrənən şagirdlər. Onlar üçün xüsusi posterlər hazırlayıb sinif otağının divarından asıram. Məsələn: əgər bu gün mən xüsusi və ümumi isimlərdən dərs keçirəmsə, uşaqlar üçün rəsmli, sözlü poster hazırlayıb onu sinif otağının divarından asıram. Bu poster ən azı bir ay divarda qalmalıdır. Beləliklə, şagird hər gün keçilən mövzunu poster şəklində görür və daha yaxşı yadda saxlayır. Şagirdlərim üçün hazırladığım posterləri sizə göstərmək istəyirəm.

2. Eşitməklə öyrənən şagirdlər- dərslərdə təqdim olunmuş mətni eyni vaxtda hamılıqla birlikdə ucadan oxuyurlar.

nlar müxtəlif mahnılara qulaq asır, iş vərəqlərində boş qalan yerləri müvafiq sözlərlə doldururlar.

3. Kinestetik öyrənən şagirdlər- bu şagirdlər müxtəlif təcrübə yolları ilə öyrəndiklərini daha yaxşı qavrayırlar.

Məsələn, hansı maddələr suda daha yaxşı həll olur: şəkər tozu suda tam həll olur, dəniz qumu isə suda həll olmur.

Bundan başqa digər fərdi metodlar haqqında sizlərlə fikirlərimi bölüşmək istərdim.

Şəkil

Şəkil

Mutimediya elementlərindən istifadə edərək dərs demək:

1. Planşet –Şagirdlər orada onlayn oyunlara daxil olur və müxtəlif testlər, tapşırıqlar yerinə yetirirlər.

2. Şagirdlər beynəlxalq oyunlara qoşularaq 1-ci, 2-ci və 3-cü yerlər uğrunda yarışaraq sertifikat qazanırlar. Onlar bu oyunların olduğu saytlara həm məktəbdə, həm də evdə daxil ola bilərlər.

3. Lüğətdən istifadə etməklə dərs demək. Şagirdlər verilən tapşırıqlarda bilmədikləri sözləri lüğətlərdən istifadə etməklə taparaq iş dəftərlərinə yazırlar və öyrənirlər.

4. Oyunlardan istifadə etməklə tədris üsulu. Bu üsul daha çox korporativ tədris üsuluna aid edilir, çünki şagirdlər qrup halında işləyirlər. Belə bir oyunu misal göstərmək olar. Oyun aşağıdakı kimidir:

Üç sifət (Three adjectives)

1-ci addım: Bir şagird kiçik kağız parçası üzərində özünü ifadə edən üç sifət yazır. Bütün kağızlar toplanılır.

2-ci addım: Müəllim və ya şagirdlər kağızları ardıcıl olaraq oxuyurlar. Kağızlar oxunduqca qrup şəklində əyləşən şagirdlər kağızlarda yazılanların kimə aid olduğunu müəyyənləşdirməyə çalışırlar. Kağızlarda yazılanlar təxmini olaraq kimə aid olması müəyyənləşsə də, yazı müəllifi olan şagird bacardıqca özünü anonim aparmalıdır.

5. Klasterlərdən və qrafiklərdən istifadə edərək dərs demək.

6. İş vərəqlərindən istifadə edərək dərs demək .

7. Hər bir şagirdə fərdi dərs demək üsulu.

8. İstedadlı uşaqlarla fərdi iş.

9. Dərsi zəif qavrayan uşaqlarla fərdi iş.

10. Dörd növ yazı növündən istifadə etməklə dərs tədrisi :

a) İzahedici yazı

b) Təsviredici yazı

c) İnandırıcı yazı

d) Sərbəst yazı

İndi isə mən bu yazı növlərini sinifdə necə istifadə etməyim haqqında fikirlərimi sizinlə bölüşmək istərdim.

a) İzahedici yazı:

• Bu yazı adətən hər hansı bir işin gedişi zamanı baş verən hadisəni izah edir.

• Bu yazı adətən faktlardan ibarət olur.

• Bu yazı adətən xronoloji ardıcıllıqla düzülür.

İzahedici yazı üçün nümunə:

Bir çox insanlar balqabağı payız fəslində yeməyi sevirlər. Onlar bildirirlər ki ,məhz payızda, əsasən Oktyabr ayında balqabaq daha dadlı olur. Bir çox iaşə xidmətləri ilə məşğul olan şirkətlər müştərilər üçün təklif etdikləri menyuya mütləq balqabağı daxil edirlər. Burada sizə beş məhsuldan istifadə edərək balqabaq piroqunun ən asan hazırlanma qaydasını bölüşmək istəyirəm. Əvvəlcə tam əmin olmalısan ki, sənin qarşında piroqun hazırlanması üçün bütün məhsullar var…

b) Təsviredici yazı:

• Bu yazı adətən təbiətin təsvirindən bəhs edir.

• Bu yazı adətən məkanları, hadisələri, insanları və əşyaları təsvir edir.

• Yazını yazan adətən öz şəxsi həyatında nələrlə rastlaşdığını, yəni gördüyünü , daddığını, eşitdiyini, hiss etdiyini təsvir edir.

Təsviredici yazı üçün nümunə:

I Phone 6 ən yüngül telefondur. Displeyi ölçülərinə görə digəri Phonelardan böyük olmaqla yanaşı həmçinin, daha nazik, istifadə üçün rahatdır və aliminiumdan hazırlanmışdır…

c) İnandırıcı yazı:

• Bu yazı növü arqumentlərdən, faktlardan və sübutlardan ibarətdir.

• İnandırıcı yazı növündə mətni yazan onu oxuyanı müəllifin fikirləri ilə razı olmağa məcbur edir.

• Müəllif mütəmadi olaraq oxuculardan xahiş edir ki, yaranmış vəziyyətə uyğun olaraq hərəkət etmək qərarına gəlsinlər.

İnandırıcı yazı üçün nümunə:

Tropik meşələr hündür ağaclardan ibarət, isti iqlimlə və çoxlu yağıntı ilə əhatə olunan meşələrdir. Tropik meşələr Afrikada, Asiyada, Mərkəzi və Cənubi Amerikada yerləşirlər. Dünyada ən böyük sahəyə malik tropik meşələr Cənubi Amerikada yerləşən Amazonka meşələridir.

d) Sərbəst yazı :

• Bu mətndə müəllif yazılı olaraq tarix haqqında və ya hər hansı bir baş vermiş hadisə haqqında danışır.

• Bədii yazılarda müxtəlif sürətlər və dialoqlar var

• Bədii yazılar müvafiq lakonik başlanğıcdan, fasilələrdən və sonluqdan ibarətdir

Sərbəst yazı üçün nümunə:

Murad: “Sən haradansan?”

John: “Mən Nyu-Yorkdanam”.

Murad: “Nə gözəl. Mən də üç il əvvəl Nyu-Yorkda universitetdə təcrübə keçmişəm.”

11. Dərsin layihə üzərində qurulması metodu ilə tədrisi. Nümunə olaraq aşağıdakı dərsi misal göstərmək istərdim.

 Bu layihə “Tumdan Ketçupa qədər” adlanır. Layihənin məqsədi ketçupun bizim süfrəyə necə gəlib çatmasını açıqlamaqdır. Daha doğrusu süfrəmizə çatana qədər ketçup hansı yolu keçibdir?

 İngilis dilinin Həyat bilgisi fənni ilə inteqrasiyası. Məqsəd biz yediyimiz ketçupun içərisində həqiqətən pomidorun olub olmamasının müəyyənləşdirilməsidir.

 Layihə iki ay ərzində baş tutur

Suallar:

1. Sağlam həyat tərzi nədir?

2. Toxum sizə tarladan necə çatır?

3. Yaxşı pomidoru necə seçmək olar

ədər su, günəş işığı və gübrə lazımdır?

5. Pomidor yeməyin faydası nədir?

Dərs zamanı istifadə olunan vəsaitlər, linklər:

 Dərslik, iş vərəqləri

 Rəngli kağızlar, karandaşlar, yapışqan, qayçı, A4 formatlı kağızlar, dibçək, torpaq, pomidor tumları, Smart lövhə, İnternet.

 http://www.freshforkids.com.au/veg_pages/tomato/tomato.html

 http://www.hbavenues.com/activitySelect.asp?unit=18

 Şagirdlər toxumları qablarda əkirlər. Yetişəndən sonra pomidorları götürüb öz ketçuplarını düzəldirlər və beləliklə şagirdlər yediyimiz ketçupun içərisində pomidorun olmasını sübut edirlər.

Dərs üçün hazırladığım xüsusi poster:

Şəkil

Şəkil

Ümid edirəm ki, təqdim etdiyim tədris metodlarımı siz də bəyənəcəksiniz.

NƏSİBOVA Turanə Mustafa qızı,
Bakı Modern Məktəbi İngilis Departamenti Sinif rəhbəri / İbtidai sinif

Filed in: DƏRS NÜMUNƏLƏRİ - XARİCİ DİL

Hələ şərh yoxdur

Şərh yazın