5:34 pm - Çərşənbə Avqust 16, 2017

TƏBRİK EDİRİK

Yaşar Saday oğlu İbadov

Yaşar Saday oğlu İbadov

Yeni eranın özünəməxsus xüsusiyyətlərindən biri dünyanın güc, qüvvə tətbiq etməklə deyil, ağıl və intellektlə idarə olunacağının proqnozlaşdırılmasıdır. Təsadüfi deyil ki, XXI əsr BMT tərəfindən «İntellekt əsri – təhsil əsri» elan olunmuşdur. Bütövlükdə XXI əsr ağlın, intellektin təntənəsi əsri, eyni zamanda “İnformasiya əsri”dir. Azərbaycan Təhsil Problemləri İnstitutu nəzdində 2003-cü ildən «Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasında fəaliyyət göstərən “Psixogigiyena və Tibbi-Psixoloji Diaqnonostika” Alternativ psixologiya elminin müəllifi, tibbi-biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadovun elmi tədqiqat işləri, əldə etdiyi uğurlar dunyanın aparıcı ölkələrinin yüksək mükafatlarına layıq görülmüşdür. Bu sıraya yeni bir mükafat da əlavə olundu.

Bu günlərdə ”Avropa Nəşr Mətbu Evi’’ mükafatı komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc mütəxəssislərin hazırlanmasında səmərəli fəaliyyətinə, dünyada ilk dəfə Alternativ psixologiya elminin yaradılması, praktik tətbiqi, təkminləşdirilməsi, bəşəriyyət təkamülünün yeni mərhələsinə insan şəxsiyyətinin uyğunlaşması, qrafik simvolların dilinə orjinal yanaşma sahəsində apardıği uğurlu elmi tədqiqatlarına, dərs vəsaitlərinin, gənclərdə vətənpərvərlik hislərinin aşılanmasında və alternativ psixologiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərə görə Yaşar Saday oğlu İbadov “Ən yaxşı vətənpərvər” medalı ilə təltif olunmuşdur. Hörmətli alimimizi bu münasibətlə təbrik edir və ona işlərində yeni uğurlar arzulayırıq.

Filed in: TƏDBİRLƏR

Hələ şərh yoxdur

Şərh yazın