11:34 am - Şənbə Sentyabr 23, 2017

YARADICI TƏHSİL VƏ KREATİV MÜHİT

Aytac RZAYEVA, Xətai rayonu 24 nömrəli orta məktəbin informatika müəllimi

Aytac RZAYEVA,
Xətai rayonu 24 nömrəli orta məktəbin informatika müəllimi

Müasir təhsil mühiti daim dəyişməkdə və yeniləşməkdədir. Şagirdlərimiz multimedia dünyasında inkişaf etməlidirlər.

Texnologiya elə sürətlə inkişaf edir ki, müəllimlərin yeni rəqəmsal alətlərlə ayaqlaşması bir az çətinlik törədir.

Şagirdlər bizdən bir neçə addım irəlidədirlər. Onlar mobil telefonlardan, çatdan rahat istifadə edir, YouTube-da video görüntülər yerləşdirir, bloqlarlar yaradaraq, Facebook-un imkanlarından istifadə edərək öz dostları ilə əlaqə yaradırlar və s. Bu səbəbdən müasir texnologiyaların köməyi ilə şagirdləri tədris prosesində daim məşğul saxlamaq və öyrənmə prosesini cəlbedici formada həyata keçirmək üçün Azərbaycan müəllimlərinin təlim prosesinə yaradıcı və rəqəmsal yanaşması vacibdir.

Biz müəllimlər şagirdlərimizi düzgün istiqamətləndirərək elə yönəltməliyik ki, sagird bu imkanlardan istifadənin yalnız əyləncə məqsədi ilə deyil, həm də bilik və bacarıqlarını artırmaq üçün zəruri olmasını dərk etsin.

Həmçinin müəllimlər şagirdlərimizdə daha böyük maraq oyadaraq bu günün sinif otaqlarında və gələcəyin iş yerlərində onları İnformasiya kommunikasiya texnologiya alətlərindən düzgün istifadə yollarına yiyələnləndirməlidirlər. Şagirdlərimizi XXI əsrin tələblərinə cavab verən müasir iş yerlərinə tam hazırlıqlı şəkildə hazırlamalıyıq.

Artıq XXI əsrdə yalnız yazıb-oxuya bilməyən insanlar savadsız hesab olunmayacaqlar. Bu siyahıya həmçinin öyrətməyi və yenidən öyrənməyi bacarmayanları da aid etmək olar.

Uşaqların demək olar ki, necə təhsil alacaqları barəsində öz seçimləri yoxdur. Əksər hallarda onlar sinif otaqlarına yığılır və onlara nə etmək və nə zaman etmək lazım olduğu müəllim tərəfindən deyilir.

Bugünkü şagirdi texnologiyanın vasitəsilə fikirləşməyə, təsəvvür, tətbiq, analiz etməyə, xatırlamağa, fikir mübadiləsinə və yaradıcılığa həvəsləndirmək zəruridir . Bunları yalnız şagirdlərin İKT barədəsində bildikləri ilə biz müəllimlərin yaxşı təhsil barədə bildiklərimiz arasında körpü yaratdıqdan sonra etmək olar.

Web 2.0 On-line alətlər

İnternetdə tədris prosesi üçün kifayət qədər on-line alətlər mövcuddur ki, onların köməyi ilə texnologiyanı müasir sinif otaqlarına gətirərək şagirdləri dərs prosesində aktiv iştirak etməyə həvəsləndirmək və xarici mühit ilə əlaqə yaratmasına kömək etmək olar. XXI əsrin bilik və bacarıqlarını özündə əks etdirən Web 2.0 On-line alətlərin köməyi ilə istifadəçi passiv izləyicidən aktiv iştirakçıya çevrilir.

Hazırda tədris prosesində istifadə etdiyim bir neçə Web 2.0 On-line alətlərlə sizi də tanış etmək istərdim:

– http://www.wordle.net

Sizin daxil etdiyiniz, bir-biri ilə əlaqəli olan sözlər əsasında söz toplusu yaradan alətdir.

Şəkil

Şəkil

Nümunə:

– http://www.creaza.com

4 yaradıcı alət – ideyalar xəritəsi yaradan alət, cizgi filmi yaradan alət, video və audio alətlər.

– http://classtools.net

öyrədici oyunların, yoxlayıcı sualların və diaqramların hazırlanması aləti

– http://edu.glogster.com

Online İnteraktiv posterlər hazırlamaq üçün alət

Nümunə:

http://aliyarzaderaya.edu.glogster.com/azerbaijan-novruz/

– http://shwup.com

Foto və video göruntülərdən ibarət təqdimatların hazırlanması.

Bunların hamısı yaradıcı dərslərin hazırlanmasına biz müəllimlərə olduqca yardımçı olur. Dərslərimdə Prometan İnteraktiv lövhələrin köməkliyindən də istifadə edirəm. Elektron lövhə şagirdlərə psixoloji maneəni aşmağa, lövhə qarşısında qorxu və utancaqlığı dəf etməyə də imkan yaradır. Onunla işləyərkən şagird asanlıqla və çəkinmədən öz bacarıqlarını nümayiş etdirir. Bu zaman sinifdə laqeyd şagird qalmır, bütün fənlər əlçatan və maraqlı görünür, şagirdlər üçün oxumaq maraqlı olur, qavramaları görərək daha da güclənir, diqqəti toplamaq qabiliyyəti artır, materialı daha yaxşı başa düşərək yadda saxlayırlar.

Adi lövhədən fərqli olaraq elektron lövhədə işləyərkən müəllimin daha geniş iş sahəsi və əvvəlki yazdıqlarına bir idarəedici düymənin köməyilə qayıtmaq imkanı var. Bu vaxta qənaət etməyə və dərsi daha effektiv qurmağa imkan yaradır. Həmçinin bu lövhə müəllimiin pedaqoji axtarışları üçün geniş diapazon açır. Adi lövhə ilə qurulan dərsdə şagirdin aktiv iş fəaliyyəti dərsin 15-20%-ni təşkil etdiyi halda, elektron lövhənin köməyilə qurulan dərslər bu vaxtın 75-80%-ə qədər yüksəlməsinə imkan yaradır.

 

Filed in: DƏRS NÜMUNELERİ İNFORMATİKA

Hələ şərh yoxdur

Şərh yazın