7:53 pm - Bazar Sentyabr 24, 2017

Coğrafiya fənnindən dərs nümunəsi

Heyrət Vəliyev, Gədəbəy rayonu Habil Allahyarov adına Soyuqbulaq kənd tam orta məktəbinin və Pirbulaq kənd ümumi orta məktəbinin coğrafiya müəllimi

Heyrət Vəliyev,
Gədəbəy rayonu Habil Allahyarov adına Soyuqbulaq kənd tam orta məktəbinin və Pirbulaq kənd ümumi orta məktəbinin coğrafiya müəllimi

Mövzu: “Böyük şəhərlərin böyük problemləri”.

Standart:

3.2.5. Ətraf mühitdə çirklənməyə məruz qalmış ərazilərin fotoalbo- munu hazırlayır.

Məqsəd:

1. Ətraf mühitin çirklənməsində insanların fəaliyyətinin təsirini təhlil edir.

2. Şəhər və kənd yaşayış məntəqələrinin problemlərinin səbəblərini və onların aradan qaldırılmasına aid fərziyyələrini irəli sürür.

İş formaları: kollektivlə və qruplarla iş.

Təlim üsulları: beyin həmləsi, müzakirə, təqdimat.

İnteqrasiya: b-3.2.1.

Resurslar: dərslik, video fraqmentlər, internet resursları.

Dərsin tipi: induktiv.

Dərsin gedişi:

Dərs başlayır.

Motivasiya:

Müəllim tıxac, su və digər problemləri özündə əks etdirən slayd və ya video material (www.youtube.com/wach?v=0PM1-sDLjcc sayıtdan götürmək olar.) təqdim edir. Sonra müzakirə üçün suallar verir:

1. Filmdə və ya slaydda hansı problemlərdən bəhs olunur?

2. Hansı böyük şəhərlərdə olmusunuz?

3. Onların hansı problemini müşahidə etmisiniz?

Fərziyyələr dinlənildikdən sonra tədqiqat sualını səsləndirir.

Tədqiqat sualı: Böyük şəhərlərdə hansı problemlər yaranır və onlar hansı nəticələrə səbəb olur?

Tədqiqatın aparılması:

Tədiqiqat iki mərhələdə aparılır.

1. “Beyin həmləsi” metodundan istifadə edərək lövhədən şəhər və kənd əhalisinin qaşılaşdığlı problemlərin siyahısı tərtib edilir. Suallar verilir və bunun əsasında da hər iki siyahı müqayisə olunur.

Hansı problemlər kəndlər üçün səciyyəvidir? Onlar nə ilə əlaqədardır?

Hansı problemlər şəhərlər üçün səciyyəvidir? Onlar nə ilə əlaqədardır?

2. Qruplar ayrılır və tapşırıqlar verilir.

I Qrup. Şəhərlərdə tıxac probleminin yaranma səbəbləri, onun nəticələri və problemlərin həlli yollarını araşdırmaq.

Şəkil

Şəkil

II Qrup. Şəhərlərdə zibil probleminin yaranma səbəbləri, onun nəticələri və problemlərin həlli yollarını araşdırmaq.

Şəkil

Şəkil

 

 

III Qrup. Şəhərlərdə mənzil probleminin yaranma səbəbləri, onun nəticələri və problemlərin həlli yollarını araşdırmaq.

 

Şəkil

Şəkil

 

IV Qrup. Şəhərlərdə təmiz su probleminin yaranma səbəbləri, onun nəticələri və problemlərin həlli yollarını araşdırmaq.

Şəkil

Şəkil

Məlumatın mübadiləsi və müzakirəsi: Cütlər işlərini təqdim edir. İşlər müzakirə olunur, yaranan suallar araşdırılır. Müzakirə zamanı şagirdlərin fikirləri ətraf mühitin çirklənməsinə və bunun insanın təsərrüfat fəaliyyətinin nəticəsi olduğuna yönəldilir.

Ümumiləşdirmə və nəticə: Müəllim və şagirdlər nəticə çıxarır:

• Böyük şəhərlərdə əhalinin sayının çox olması xeyli miqdarda problemlərin yaranmasına səbəb olur.

• Küçələrdəki tıxaclar, məişət tullantıları, işləməyən kanalizasiyalar ətraf mühitin çirklənməsinə səbəb olur, bu da insanın sağlamlığına mənfi təsir edir.

Yaradıcı tətbiqetmə: esse yazmaq.

Qiymətləndirmə: Qiymətləndirmə meyarları (təhliletmə, fikiryürütmə) əsasında hazırlanmış analtik rubrikə əsasən aparılır.

Filed in: DERS-COĞRAFİYA

Hələ şərh yoxdur

Şərh yazın