4:41 am - Şənbə İyul 22, 2017

“P p” hərfi və səsi

Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona itibar edir.

Bir Azərbaycan müəllimi kimi mənim də məqsədim gələcək üçün hərtərəfli inkişaf etmiş, məntiqi düşünən, sərbəst və tənqidi nəticə çıxarmağı, problemli situasiyadan çıxış yolu tapmağı yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik, vətənini sevən, onun müdafiəsinə hər an hazır olan şəxsiyyətlər hazırlamaqdır. Bu baxımdan 1-ci sinifdə apardığım dərs nümunəsini sizlərlə paylaşmaq istəyirəm.

Mövzu: ““P p” hərfi və səsi”.

Standart:

2.2.1. Kiçikhəcmli mətnləri düzgün tələffüz edir.

3.1.3. Şəkilə uyğun cümlələr qurub yazır.

1.2.1. Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.

Məqsəd:

1. Sözləri hecalarla və bütöv oxuyur.

2. Şəkildə gördüyü varlığın adını yazır.

3. Verilmiş mövzu üzrə şifahi təqdimat aparır.

Dərsin tipi: induktiv.

İş forması: Kiçik qruplar və kollektiv iş.

İnteqrasiya: h-b; riy.

Resuslar: dərslik, iş vərəqləri, proyektor.

İnternet resusları: kompüter, proyektor, Pover Point.

Qiymətləndirmə üsulu: Şifahi və yazılı təqdimat.

Qiymətləndirmə vasitəsi: meyar cədvəli.

Dərsin gedişi: Salamlaşma.

Motivasiya: Aşağıdakı şeir parçalarını səsləndirirəm:

Yaraşıqlı yarpaqlar,
Atlas geyimli dağlar.
Gündən-günə saralır,
Göylər tez-tez qaralır.

Solur güllər, çiçəklər,
Tez-tez çaxır şimşəklər,
Güclü yağışlar yağır,
Küçələrdən sel axır.
Mirmehdi Seyidzadə.

Şagirdlərə sual verirəm: Bu şeirdə hansı fəslin əlamətləri təsvir olunur?

Şagirdlərlə birlikdə fəsillər müzakirə olunur. “Payız” sözü hansı səslə başlayır? Şagirdlər tərkibində “p” səsi olan sözləri deyir.

Tədqiqat sualı: “P p” səsinin hansı xüsusiyyətləri var? “P p” səsi necə səsdir?

Dərsliklə iş aparılır, diqqət “p” hərfinin çap və əl yazısı şəklinə yönəldilir. “Papaq”, “kirpi”, “turp” sözlərinin hərf sxemi araşdırılır, lövhədə verilmiş sözlər oxunur.

Tədqiqatın aparılması: Tədqiqatı aparmaq üçün qruplarla iş aparılır. Şagirdlər 3 qrupa bölünür, qrup daxilində lider seçilir. Qruplara tapşırıq və iş vərəqləri paylanılır.

Şəkil

Şəkil

Şeiri oxuyun və ona uyğun şəkil çəkin.

Şəkil

Şəkil

Misalların cavablarını tapıb uyğun yazsan, Azərbaycanın şəhərlərindən birinin adını alarsan.

Şəkil

Şəkil

Cədvəldəki hərfləri rəngli fiqurların altında yaz və cümləni oxu.

İnformasiya mübadiləsi: Qruplar öz işlərini təqdim edirlər.

İnformasiya müzakirəsi və təşkili: Qrupların işi müzakirə olunur.

Müzakirə sualları: “P p” necə tələffüz edilir? “P p” səsi sözün hansı hissəsində işlənilir?

Yaradıcı tətbiqetmə: “Tap görüm” oyunundan istifadə olunur. Şəkildəki varlıqların adlarının tərkibində “p” hərfi olanı tapıb cavablandırın.

Şəkil

Şəkil

Şagirdlər tapşırığı yerinə yetirirlər. Fəal şagirdlər ulduz kartlarla qiymətləndirilir.

Ümumiləşdirmə və nəticə: “P p” hərfi samit səsdir. “P p” səsi sözün əvvəlində, ortasında və sonunda işlənir.

Ev tapşırığı: Tərkibində “p” səsi olan sözlər tapıb şəkillərini çəkin.

Zülfiyyə Süleymanova,
Bərdə şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Filed in: DƏRS ANA DİLİ

Hələ şərh yoxdur

Şərh yazın