4:44 am - Şənbə İyul 22, 2017

“Mexaniki hərəkət”

Samirə Bünyatova, Suraxanı rayonu, N.Salamov adına 97 nömrəli tam orta məktəbin fizika müəllimi

Samirə Bünyatova, Suraxanı rayonu, N.Salamov adına 97 nömrəli tam orta məktəbin fizika müəllimi

Sinif: 6a

Mövzu: “Mexaniki hərəkət“

Standart:

1.1.3. Hərəkəti növlərinə görə qruplaşdırır.

1.1.4. Müxtəlif xarakterli təbiət hadisələrinə dair müşahidələrini təqdim edir.

3.1.2. Sadə təcrübələr aparır, nəticələrini təqdim edir.

Məqsəd:

1. Cisimlərin hərəkətinin qarşılıqlı təsirlər nəticəsində baş verməsi haqqında ilkin təsəvvürləri şərh edir.

2. Təbiət və məişətdə rastlaşdığı müxtəlif hərəkətləri şərh edir.

3. Mexaniki hərəkətin növlərini təsnif edir.

4. Mexaniki hərəkətə aid sadə təcrübələr aparır.

İş forması: kollektiv iş, qruplarla iş.

İş üsulu: beyin həmləsi, BİBÖ, müşahidə, araşdırma, modelləşdirmə, təqdimat.

İnteqrasiya: c-2.1.6; riy-3.1.1; tex-1.2.3; B-1.1.1; inf-1.2.3; b-4.1.1; c-2.1.3; riy-4.1.1; riy-4.2.1.

Resurslar: iş vərəqləri, müşahidə vərəqləri, “Hərəkətlə bağlı videoçarx”, “Fizikadan multimedia diski”, Prometean lövhə, kompüter.

Dərsin gedişi:

Motivasiya: İki hissədən ibarətdir. Əvvəl şagirdlərə hərəkətlə bağlı videoçarx təqdim olunur. İkinci mərhələdə tapşırıq 2 yerinə yetirilir.

Müəllim: Bu şəkillər arasında hansı əlaqə var?

Şagirdlərin cavabları lövhədə yazılır. Şagirdlərin cavabı yoxlanılır və lövhədə «hərəkət» sözü yazılır.

Müəllim: Şagirdlərə suallarla müraciət edilir:

M: Materiya nədir?

M: Materiyanın neçə növü var?

M: Materiyanın ən mühüm xassələrindən biri hansıdır?

M: Hərəkət dedikdə nə başa düşürsünüz?

Tədqiqat sualı: Təbiətdə baş verən hadisələr nədən asılıdır?

Tədqiqatın aparılması: Dərsin bu mərhələsində şagirdlər qruplara bölünür və qrup liderləri seçilir. Qrup liderləri seçdikləri alimlərin adlarını müəyyən edirlər. Alimlərin həyat və yaradıcılığı haqqında qısaca məlumat verilir.

I qrup: Nəsrəddin Tusi.

II qrup: Əbülhəsən Bəhmənyar əl-Azərbaycani.

III qrup: Lev Landau.

Prometean lövhədə zərflərə toxunaraq hər qrup lideri öz suallarını müəyyən edir.

Nəsrəddin Tusi.

Günəşin hərəkəti nəticəsində nə baş verir?

Əbülhəsən Bəhmənyar əl-Azərbaycani.

Ayın hərəkəti nəticəsində hansı hadisəni hiss edirik?

Lev landau.

Böyük su dövranı necə baş verir?

Suallara hazırlaşmaq üçün vaxt verilir. Lövhədə şagirdlər üçün “Koroğlu” uverturası səsləndirilir.

Hər qrup lideri öz işini təqdim edir.

Araşdırma 2 yerinə yetirilir.

Hərəkəti təsvir edə bilirikmi?

Hərəkətdə olan yelləncəkdəki qızın (a), velosipedçinin (b), avtomobolin (c) müxtəlif vəziyyətlərdəki fotoları təsvir edilmişdir. Bu fotoşəkillər hər 0,3 saniyədən bir, ardıcıl olaraq çəkilmişdir.

Fotoşəkillərə diqqətlə baxın, onlar arasında oxşar və fərqli cəhətləri müəyyən edin.

Nəticəni müzakirə edin:

Qızın, velosipedçinin və ya avtomobilin hansı əlamətlərinə görə hərəkət etdiklərini söyləyə bilərsiniz?

Bu hərəkətlər bir-biririndən nə ilə fərqlənir? Fotoşəkillərə əsasən, yelləncəkdəki qızın, velosipedçinin və avtomobilin yerlərinin ardıcıl dəyişmələrinə nə qədər vaxt sərf etdiklərini hesablayın.

Məlumat mübadiləsi və müzakirəsi:

Şagirdlərin iş vərəqində “Nəticəni müzakirə edək” hissəsindəki suallar müzakirə edilib cavablandırılır.

1. Yelləncəkdəki qız 1,2 saniyə ərzində hərəkətdə olmuşdur. 0,3x 4=1,2 san.

2. Velosipedçi 2.4 saniyə ərzində hərəkətdə olmuşdur. 0,3×7=2,1 san

3. Avtomobil 0,6 saniyə ərzində hərəkətdə olmuşdur. 0,3×2=0,6 san.

İş vərəqləri yığılır və lövhədən asılır.

Müəllim: Deməli zaman keçdikcə cisimlər başqa cisimlərə nəzərən vəziyyətini dəyişir. Buna mexaniki hərəkət deyilir. Mexaniki hərəkətə dair videoçarx təqdim olunur.

Şagirdlərə “Mexaniki hərəkətin növləri” animasiya təqdim edilir.

Hesablama cismi, hesablama sistemi haqqında videoçarx təqdim olunur və müəllim suallar verir:

1. Mexaniki hərəkət nəyə deyilir?

2. Mexaniki hərəkətə misallar göstərin.

3. Nə zaman cisim sükunətdədir? Sükunətin nisbiliyinə dair misallar göstərin.

4. Hesablama sistemi nədir? Bu anlanlayışa nə daxildir?

5. Maddi nöqtə nəyə deyilir?

6. Hansı şəraitdə cismin ölçülərini nəzərə almamaq olar?

7. Trayektoriya nədir və onun hansı növləri var?

Ümumiləşdirmə və nəticə: Dərsin bu mərhələsində şagirdlərin fikirləri ümumiləşdirilir və onlarla birlikdə nəticə çıxarılır.

1. Mexaniki hərəkət cismin vəziyyətinin digər cisimlərə nəzərən dəyişməsidir.

2. Mütləq sükunətdə olan cisim yoxdur.

3. Sükunətdəki hər bir cismi təşkil edən bütün zərrəciklər hərəkət edir.

4. Hərəkət müxtəlif xətlər üzrə baş verir.

5. Trayektoriya formasına görə əyrixətli və düzxətli olur.

6. Hərəkəti təsvir etmək üçün onun trayektoriyasını bilmək kifayət deyil.

Yaradıcı tətbiqetmə: Şagirdlərə cihazlar təqdim olunur. Sualların cavabları uyğun xanalarda qeyd edilərək doldurulur. Şaquli vəziyyətdə qırmızı xananın içərisində “trayektoriya” sözü alınır.

“Nə öyrəndiniz” hissəsində verilən tapşırıqda “kloz (gizli söz)” sözü boş yerlərə uyğun olaraq yerləşdirilir.

Qiymətləndirmə meyarları:

Şəkil

Şəkil

• şərhetmə;

• təsnifetmə;

• təcrübə aparma.

Ev tapşırığı: “Hərəkətsiz kainat necə olardı?” adlı esse hazırlamaq

Filed in: DƏRS NÜMUNƏLƏRİ - FİZİKA

Hələ şərh yoxdur

Şərh yazın