4:45 am - Şənbə İyul 22, 2017

BAKI TÜRK ANADOLU LİSEYİ 2016-2017 TƏDRİS İLİ ÜÇÜN ŞAGİRD QƏBULU ELAN EDİR

1. Liseyə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində hazırda 8-ci sinifdə oxuyan şagirdlər qəbul edilə bilər.

2. Liseydə təhsil müddəti 4 ildir.

3. Lisey Türkiyə Cümhuriyyəti Milli Eğitim Bakanlığı və Azərbaycan Təhsil Nazirliyinin ortaq dövlət məktəbidir. Təhsil pulsuzdur.

4. Qəbul imtahanı TEST üsulu ilə aparılır.

5. İmtahanda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənlərindən suallar düşür.

6. İmtahana müraciət:

18.04.2016-cı il tarixindən 20.05.2016-cı il tarixə dək həftənin I,II,III,IV,V günləri saat 9oo–16oo arasındadır.

7. Lazım olan sənədlər:

Üzərinə 3×4 sm ölçüdə şəkil yapışdırılmış və oxuduğu məktəbin direktoru tərəfindən möhürlə təsdiq olunmuş arayış (möhür şəklin üzərinə vurulur), əlavə bir şəkil və yaş kağızının surəti.

8. İmtahan 22.05.2016-cı il tarixində saat 1000-da liseydə keçiriləcək. (saat 09:00-da liseydə olmalı)

9. İmtahana gələrkən:

A) İmtahana buraxılış vərəqini

B) 2 ədəd sadə qara karandaş və yazı pozanı gətirin.

10. İmtahanın nəticələri 02.06.2016 tarixindən etibarən liseydə və liseyin saytında elan olunacaq.

11. Liseyə qəbul olunanlar 22-30 iyun 2016-cı il tarixlərində qeydiyyatdan keçməlidirlər.

12. İmtahan qeydiyyat haqqı 10 AZN.

Liseyin ünvanı: Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi,77 (Nizami metrosu ilə Təzə bazarın arası) TEL: 594-95-57/498-83-36 Faks: 594-43-02 www.btal.meb.k12.tr

Filed in: ELANLAR

Hələ şərh yoxdur

Şərh yazın