4:03 am - Bazar ertəsi May 29, 2017

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş riyaziyyat dərsi

Azərbaycan təhsili ilə bağlı keçirilən islahatlar bu gün hamımıza məlumdur. Bu islahatlar təhsilin bütün sahələrini əhatə edir.Bu islahatlar nəticəsində biz müəllimlər bütün çətinliklərdən çıxış yolu tapmaqğa vasitələr axtarırıq. Buna görə də lazımi bacarıqlar formalaşdırmalı, inkişafda olan dünyamızın gələcəyini daha da işıqlandırılmasında böyük rolu olan, parta arxasında əyləşən bugünkü şagirdlərimizin hansı yönümdə tərbiyə alması, hansı nəticələri qazanması, hansı biliyə və bacarığa yiyələnməsi böyük əhəmiyyətə malikdir.

Fəal təlimlə tədris olunan dərsdə müvəffəqiyyət əldə etmək, qoyulmuş motivasiyanın düzgünlüyündən çox asılıdır. Motivasiya olaraq müəllim müxtəlif vasitələrdən istifadə edir. Bu zaman şagird marağı güclənir, şagird düşüncəsi formalaşır.

Şagird inkişafınn izlənilməsi və dəyərləndirilməsi, onların ümumi inkişafına və təlimin səmərəliliyinə təkan verərək, təlim fəaliyyətini təkmilləşdirir. Şagirdələr fəallaşarsa, özlərini şəxsiyyət kimi hiss edirlər. Şagirdlərin fəaliyyətinin izlənilməsi vacib şərtlərdən biridir. İzlənilmədə əsas məqsəd uşaqların əsasən ehtiyaclarını üzə çıxarmaqla onların inkişaf dinamikası haqqında düzgün qərarlar verilməsi vacibdir. Şagird hansı səviyyədədir və bu səviyyəni artırmaq üçün hansı yollar mənə kömək edəcək deyə düşünməklə yüksək nəticələr əldə etmək olar.

Araşdırmalara əsasən deyə bilərəm ki, şagirdlərin dərsin məzmununu əhatəli və faydalı şəkildə öyrənmələri yaxşı planlaşdırılarsa, daha aydın məqsədli dərs təşkil etmək olar. Dərslər nə qədər aydın, əhatəli aparılarsa, bir o qədər şagird tərəfindən sevilər, maraqla öyrənmə baş verər.

Hər bir müəllim fənnin tədrisinə həmişə ümumi hazırlaşmalıdır, fənlə bağlı biliklərini dərinləşdirməlidir. Müəllim öyrənməyə, araşdırmağa özündə bir ehtiyac hiss edərsə, bir aclıq duyarsa, qarşısındakı şagird həmişə bu aclıqdan qidalanacaqdır. Dərsdə keyfiyyətli plan tərtib etmək üçün müəllim şagirdlərlə tədris olunacaq mövzuya maraq yaratmaq, onları dərsin gedişinə cəlb etmək məqsədi ilə maraqlı motivasiya düşünməli, şagirdlərin fərziyyələr irəli sürməsini stimullaşdırmaq üçün onlara bir-birindən maraqlı olan yönəldici suallar hazırlamalı, həmin fərziyyələrin yoxlanılması, tədqiqatı üçün tapşırıqlar, iş vərəqləri tərtib etməlidir. Həmçinin şagirdlərin yaradıcılığı üçün şərait yaratmalı, qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir. Sinifdə şagirdlər mövzunu yaxşı mənimsəsin deyə müəllim şagirdləri tədqiqat aparmağa xüsusilə həvəsləndirməlidir. Şagird düşünərək hansı qərarı verəcəyinə əmin olmalıdır.

Tədqiqat prosesində qruplarla iş zamanı müəllim, sinfin fəaliyyətinə uyğun olaraq təlim forması seçir. Bu zaman müəllim üçün hansı metodlardan istifadə edəcəyi aydın olur. Müəllimin hər dərs müxtəlif metodlardan istifadə edəcəyi şagird üçün inkişafdır. Daim yeniliklər gözləyən şagird həmin dərsdə aldığı biliyi bacarığa çevirmək üçün hazırdır. Təlim prosesinin dəyərləndirilməsi şagirdlərin nəyi bacara bilər və nəyi üzə çıxararaq fikrini izah edə bilməsidir. Burada da inkişafı düzgün istiqamətləndirmək yenə müəllimlərin üzərinə düşür. Şagird inkişafının dəyərləndirilməsi onların əldə etdikləri nailiyyət haqqında topladıqları məlumatların ümumiləşdirilərək nəticəyə gətirib çıxartmasıdır.

Müasir dərs fəal təlimlə İKT avadanlıqlarından istifadənin kombinə edilməsidir. Yeni təlim texnalogiyalarından istifadə edərək, təhsil alanı tədqiqata sövq etmək, hazırkı dövrün tələblərinə uyğun dərs nümunəsidir. Yeni nəticələr əldə etmək üçün müəllimin də öz üzərində çalışması vacib amillərdəndir. Belə ki, müəllim çoxlu sayda kurslarda, layihələrdə iştirak edərsə, tədris etdiyi fənnin keyfiyyəti də yüksək olacaqdır. Hər öyrəndiyi yeniliyi öz dərslərində tətbiq edəcəkdir. Buna görə də gələcəyimizin daha da şəffaf, savadlı olması üçün bu gün müəllim hazırlığına, müəllim inkişafına yönələn tədbirlər xüsusilə xoşa gələndir.

Arzuladığımız kimi dərslərlə sinif otağına daxil olarıqsa, əlbəttə ki, sinif-dərs pedaqoji prosesin özəyi olacaqdır. İnkişafetdirici və tərbiyəedirici funksiyasına malik olan dərslər ümumbəşəri mahiyyətlidir. Ötən illərə nəzər salsaq, bir daha görərik ki, illər bir-birini əvəz etsədə, dərslər öz funksiyasını qorumuşdur. Hər zaman dərsimiz inkişafetdirici, əhəmiyyətli olmuşdur. Hər zaman məqsəd keyfiyyətli dərslər təqdim etməkdən ibarət olmuşdur.

Hazırkı təhsil sistemimiz isə yeniliklərlə zəngindir. Bu sistem bizə Azərbaycan üçün vətənpərvər, savadlı bir şəxsiyyət yetişdir deyir. Təbii ki, belə dərs şagirdlərdə öyrənmə marağının yaranmasını stimullaşdıracaq və gücləndirəcək. Bu tipdə olan dərslər təlim tapşırıqlarını böyük stimulla yerinə yetirməyə səbəb olacaqdır.

Bəzi vacib amillər var ki, dərs zamanı onlar yaranmalıdır. Sağlam, qarşılıqlı ünsiyyətə əsaslanan bir mühitin yaranması mütləqdir.

İnkişafetdirici, öyrədici mühitin yaradılması, materialları tamamilə mənimsəyərək, biliklərin əldə olunması vacib amillərdən biri olmalıdır.

Məncə dərs dioloji qaydada təşkil olunarsa, daha gözəl nəticələr, xüsusilə fərqlilik yaranar.

Əldə olunan biliklərin yaradıcı tətbiqetməyə, təcrübəyə yönəldilməsi də xüsusilə vacibdir.

Şagirdlərlə apardığım hər dərs mənə yeni kəşflər bəxş edir. Şagirdlərimin fəallığını görmək, onlarda yaradıcılıq aşkar etmək nə böyük səadətdir. Şagird nailiyyəti, gündəlik izlənmənin müsbət nəticələri təhsilin keyfiyyətli olmasına zəmin yaradır.

Növbəti dərsimiz, şagirdlərimlə öyrənmə prosesi haqqında fikirlərimi sizlərlə bölüşmək qərarına gəldim. Dərsimiz ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində baş tutmuşdur. Buna görə də qrupumuzun liderləri Ulu Öndərimizə xas olan xüsusiyyətləri öz qruplarına ad olaraq seçmişdirlər. “Lider”, “Bilikli”, “Öndər”, “Yenilikçi”, “Zəfər” qrupları Azərbaycanın şah əsəri olan bu dahi şəxsiyyətə böyük məhəbbətlərini bir daha tərənnüm etdilər.

Şəkil

Şəkil

Dərs prosesində təlim strategiyasına düzgün əməl olunmalıdır. Məzmundan qiymətləndirməyə qədər, strategiya düzgün qurulmalıdır. Şagirdlə-müəllim arasında qarşılıqlı hörmət, etibar yaranarsa, bu da dərsin inkişafetdirici olmasının əsas şərtlərindən biridir.

Motivasiya prosesindən başlayaraq, qiymətləndirməyə qədər şagird nailiyyəti meyarlara əsasən qiymətləndirilməlidir.
Dərsə maraqlı motivasiya ilə başladıq. Şagirdlər arasında keçirilən sorğu onlarda fəallığı artırdı. Sorğuda sinfi təşkil edən 30 nəfər şagird iştirak edir. Şagirdlər bu sorğuda çox fəal iştirak edirlər. Dərsimiz İTE Azərbaycan təşkilatının Mentorluq üzrə nümayəndəsi Arzu xanım Hüseynovanın və digər fənn müəllimlərinin iştirakı ilə keçirdi.

Şəkil

Şəkil

“Öndər” komandasının kapitanı Elşən Salamov öz qrupunda bacarığı ilə seçilən şagirdlərdən biri olmuşdur. Elşən Ulu Öndərimizin 93-cü ildönümünə həsr olunmuş riyaziyyatdan bilik yarışmasının qalibi olmuş, məktəb rəhbərliyi tərəfindən I yer mükafatı ilə təltif olunmuşdur. Öndər adının mənasını böyük sevgi ilə izah edərək Elşən Salamov bütün qrup üzvlərinin geniş məlumatlı olduqlarını izah etdi. Təqdimatda verilən vaxt uğurla başa çatdı. “Öndər” komandasının digər üzvləri Vasif Abaslı, Nizami Nəzərəliyev, Nigar Abbasova, Leyla Cəlilova, Uğur Abbasov dərsin ilk anlarından fəallıq göstərdilər. Tapşırığın öhdəsindən bacarıqla gəldilər.

Şəkil

Şəkil

“Lider” komandasının kapitanı Zeynəb Süleymanlı seçilən komanda rəhbərlərindən biridir. O, digər yoldaşları – Solmaz Məhərrəmova, Sübhan Şükürlü, Xədicə Hüseynova, Riyad Hacıyev, Amin Qasımlı ilə birlikdə liderliyə xas olan ideyalar irəli sürürdülər. Zeynəbin təqdimatı zamanı “Lider” adının izahını verməsi, şagirdlərimizdə, övladlarımızda vətənə, rəhbərə sonsuz sevgi hissinin olmasını tərənnüm edirdi. Eyni zamanda lider olaraq Zeynəb Süleymanlı qrup üzvləri ilə əməkdaşlığı da yüksək səviyyədə bacara bildi.

“Bilikli” komandasının kapitanı Aygün Qurbanova xüsusil fərqli bir şagirddir. Gözəl nitqi, səlis danışıq qabiliyyəti Aygün üçün xarakterik əlamətdir. O, digər komanda üzvlərindən Ruslan Nəcəfli, Nəzrin Nəzərəliyeva, Nurlan Bəkirli, İsmayıl Veyisov, Məleykə Əmrahlı ilə verilən tapşırığın öhdəsindən məharətlə gəldilər. İş vərəqlərində verilmiş tapşırıqları həll edərək informasiya mübadiləsi apardılar.

“Yenilikçi” komandasının kapitanı Həlimə Əmrahova idi. Həlimə gözəl nitq mədəniyyətinə malik olan bir şagirddir. Onun komanda yoldaşları Hacər Əlifli, Ayşən Qədirova, Fidan İsgəndərova, Səid Soltanov, Aqşin Məmmədeminov qrup fəallarından oldular. Təqdimat üçün Hacər Əlifli seçildi. Hacər vətənə, liderimizə, elmə böyük həvəs göstərərək uğurlu təqdimat etdi.

Şəkil

Şəkil

“Zəfər” komandasının kapitanı Asif Qasımlı məktəb üzrə təşkil olunmuş “Bilikli” riyaziyyat yarışmasında II yerlə mükafatlanmışdır. Onun qrupunda çalışan şagirdlərdən Nihad Cəfərli, Aytac Əsədova, Sabir Kərimli, Aysel Səfərəliyev, Yasin Mürşüdlü diqqətlə yanaşmağa çalışırlar. Asif dərsdə fərqlənən şagirlərdən biridir. Onun məntiqi bacarığı, sərbəst düşünmə tərzi və yeni ideyaları çox maraqlıdır. Sakit, düşüncəli görünüşə malik olan bu şagirdimdə gözəl mədəni xüsusiyyətlər vardır.

Çox sevindirici haldır ki, bu gün şagirdlərimiz yeniliklər axtarışındadırlar. Onlar bu dərs boyu riyaziyyat elminə böyük maraqları olduqlarını və öz liderlərini çox sevdiklərini bir daha sübut etdirdilər. Şagirdlərimizin bu ruhda təlim-tərbiyə ilə təmin olunmasında məktəbimizin direktoru Bənövşə xanım Cəfərovanın rolu böyükdür. O, şagirlər arasında olaraq, onlarla daimi ünsiyyətdə olur, lazımi məsləhətlər verir. Sadə, səmimi söhbətləri, bilik mübadiləsi ilə onları dərsə, tərbiyəyə diqqətli olmağa səsləyir.

Şəkil

Şəkil

İnkişafda olan müasir təlim texnologiyalarına geniş yer verildiyi bir dövrdə biliklərin əldə edilməsi və onların yaradıcı tətbiqi, müstəqil fikir yürütmə, tədqiqat aparma bacarığı böyük əhəmiyyətə malikdir. Ona görə də dərsin keyfiyyətinin yüksəldilməsi əsas vəzifə kimi qarşıya qoyularaq, diqqət mərkəzində olarsa, arzu olunan nəticələrə nail olunacaqdır.

Dərs boyu şagirdlər qiymətləndirmə meyarlarına əsasən müəyyən səviyyələr üzrə qiymətləndirilmiş, sonra “Lider” və “Bilikli” komandaları xüsusilə fərqlənmişdir. Qalib komandaların qiymətləri meyarlara uyğun olaraq qırmızı smayliklərlə göstərildi. Dərsin sonunda mövzu tam mənimsənilmiş, verilən tapşırıqlara yaradıcı tətbiqetmə olunmuşdur. Şagidlərin əhval-ruhiyyəsini yüksəltmək məqsədilə ümumi müzakirə üsulundan istifadə olunmuşdur. Dərsin sonunda “Lider” və “Bilikli” komandası bütün tapşırıqların həllində və təqdimatında fərqləndiyinə görə qaliblər elan olunmuşdur.

Yeniliklər bəxş etmək, şagirdlərimizə müxtəlif üsullarla dərs vermək ümdə vəzifəmiz olarsa, şərəflə, ləyaqətlə Ulu Öndər davamçılarını yetişdirəcəyik. Bu dərsimdə şagirdlərim digər günlərdən fərqli bir istedad göstərdilər.

Səadət Ədilova,
Binəqədi rayonu 217 nömrəli tam
orta məktəbin riyaziyyat-informatika müəllimi

Filed in: DƏRS -RİYAZİYYAT

Hələ şərh yoxdur

Şərh yazın