3:11 pm - Cümə Noyabr 24, 2090

SƏHRALIQDAKI ŞƏHƏRLƏR

Zülfiyyə Süleymanova,  Bərdə şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Zülfiyyə Süleymanova,
Bərdə şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Təsviri incəsənət fənni şagirdlərin estetik dünyagörüşünü və hissiyyat aləmini inkişaf etdirmək, hadisələri bədii təsvir vasitəsi ilə ifadə etmək bacarıqlarını mənimsədilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ətraf aləmdə baş verən hadisələrin zənginliyi və rəngarəngliyinin şagirdlərə bədii təsvirlər (görüntülər, obrazlar) vasitəsilə əyani şəkildə aşılanması onlarda gerçəkliyi daha dərindən dərk etməyə şərait yaradır.

Bir müəllim kimi mənə etibar olunmuş xalqımızın gələcəyi olan körpə fidanların istedad və bacarıqlarını üzə çıxarmağa və inkişaf etdirməyə səy göstərirəm. Bu məqsədlə informatika, texnologiya, təsviri incəsənət fənlərini çox maraqlı qururam. Bu cür dərslərdən birini sizlərlə bölüşmək istəyirəm.

Fənn: Dekorativ tətbiqi sənət (aplikasiya).

Mövzu: “Səhralıqdakı şəhərlər”.

Alt standart: 1.1.2; 2.1.1; 2.2.6; 2.2.7.

Məqsəd:

1. Səhralıqdakı şəhərlər obrazının insanlara təsvirini nümunələr əsasında şərh edir.

2. Orta Asiya şəhərlərinin memarlıq və dekorativ sənətini əsas xüsusiyyətlərinə görə şərh edir və münasibət bildirir.

İnteqrasiya: həyat bilgisi, texnologiya, informatika.

İş forması: kiçik qruplarla iş.

İş üsulu: beyin həmləsi, müzakirə.

Resurslar: Müəllim üçün Metodik vəsait, dərslik, kompüter, Pover Point, proyektor, Orta Asiya şəhərlərinin memarlıq nümunələrin təsvirləri.

Şagird üçün: dərslik, sadə və rəngli karandaş, akvarel boya, qayçı, yapışqan.

Qiymətləndirmə: meyar cədvəli.

D Ə R S İ N G E D İ Ş İ

Motivasiya: Proyektor vasitəsi ilə lövhə üzərində şəkilləri şagirdlərə göstərib (qızmar günəş, dəvə, səhralıq, kaktus, kərtənkələ) müraciət edirəm:

– Nəyə görə xalqlar bir-birindən fərqlidir?

– Bu nədən asılıdır?

– Gördüklərinizə harada rast gəlmək olar?

Şagirdlər tərəfindən fərziyyələr dinlənilir.

Tədqiqat sualı: Səhralıqdakı şəhərlərin obrazını yaratmaq üçün nə etmək lazımdır?

Şagirdlər dərslikdə səh.65-66-da olan məlumatla tanış olurlar.

Tədqiqatın aparılması: Tədqiqatı aparmaq üçün şagirdlər qruplara bölünür, onlara qrup adları verilir və qrup daxilində lider seçilir. Qruplara tapşırıq və iş vərəqələri paylanılır.

İnsanların yaşayış tərzinə aid nümunələr təsvir et (insanlar, dəvə və s. Sadədən mürəkkəbə doğru).

Şəkil

Şəkil

Səhralıq şəhərlərin obrazını yaradın.

Şəkil

Şəkil

Səhradakı şəhərlərin ticarət köşklərini təsvir edin.

Şəkil

Şəkil

Orta Asiya xalqlarının çay süfrəsini təsvir edin.

Şəkil

Şəkil

İnformasiya mübadiləsi: Hər qrup işini təqdim edir və digər qruplar suallar, təriflər və təkliflər üsulundan istifadə edərək onların işlərini müzakirə edirlər. Qrupların təsvir etdikləri rəsm əsasında “Panno” yaradılır.

Məlumatın müzakirəsi və təşkili:

1. Səhralıqdakı şəhərlər nə üçün nağıldakı saraylara bənzədilir?

2. Sizin fikrinizcə onları bu qədər gözəl edən nədir?

3. Onların rəsmini çəkən zaman hansı təsvir qaydalarını nəzərə aldınız?

Yaradıcı tətbiqetmə:

Şərq şəhəri haqqında kiçik həcmli ESSE yazmaq tapşırılır.

Ümumiləşdirmə və nəticə: Müzakirə əsasında biz belə bir nəticəyə gəldik ki, səhradakı şəhərlər möhkəm dayanır və böyüməkdə davam edir, çünki su var. Karvan yollarının istiqaməti bura yönəldilib və buna görə də şərq bazarı izdihamlı və səs-küylüdür. Şəhərin meydan divarlarında memar dekorativ-tətdbiqi sənətin daş oymalarla və ya mozaika üsullarından istifadə edərək zəngin gözəlliklər yaratmışdır. Əgər siz də memar olsaydınız, necə bina tikərdiniz?

Qiymətləndirmə: Qrupların işi meyarlar əsasında qiymətləndirilir.

Şəkil

Şəkil

Ev tapşırığı: Rəngli kağızlardan qədim Şərq şəhərinin siluetini kəs və vərəqə yapışdır. Tikililərin üzərindəki oyma naxışları flomasterlə bəzə. Ön planda izdihamlı və səs-küylü ticarət meydanını – bazarı çək.

Filed in: DƏRS NÜMUNƏSİ TƏSVİRİ İNCƏSƏNƏT

Hələ şərh yoxdur

Şərh yazın