11:43 am - Cümə Yanvar 20, 2017

İngilis dilindən dərs nümunəsi

Tofiqə Məmmədova 1983-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər Universitetinin ingilis dili fakültəsini bitirmiş, 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif edilmişdir. 2011-ci ildə keçirilən “Ən yaxşı müəllim” müsaqibəsinin qalibi olmuşdur. 2012-ci ildə ABŞ Dövlət Departamentinin və Beynəlxalq Tədqiqatlar Mübadilələr Şurası (IREX) tərəfindən həyata keçirilən (TEA) proqramının qalibidir. Proqram qalibi kimi Kaliforniya Dövlət Universiteti, Çikoda təcrübə mübadiləsində olmuş, ölkəmizi layiqincə təmsil edərək diplom və sertifikatlarla təltif olunmuşdur. O, bir sıra beynəlxalq konfransların, seminarların iştirakçısı olmuş, çoxlu sayda diplom və sertifikatlara layiq görülmüşdür. ABŞ Sülh Korpusu (TEFL), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Sülh Korpusu (SPA) Kiçik Layihələrə Yardım, Britaniya Şurasının English Global Products (EGP), English Teachers Training Online (ETTO) Teaching English-Primary Essentials layihələrinin iştirakçısıdır. Respublikamızda gedən təhsil islahatlarında, müəllim peşəkarlığının artırılmasında yaxından iştirak edir. Tofiqə müəllim Azərbaycan, ingilis dili Müəllimlər Birliyinin (Az.ETA) Bərdə şöbəsinin yaradıcısı və rəhbəridir. İngilis Dili Müəllimlərinin Beynəlxalq Assosiasiyasının (IATEFL) üzvüdür. 2012-ci ildə Kenterberi, Kent Universitetində Pilgirms “Müəllimlər üçün ingilis dili” kursunu müvəffəqiyyətlə bitirib diplom almışdır. Müəllimlərin peşəkarlıq fəaliyyətinin təkmilləşməsində fəal iştirak edir, bir sıra metodiki məqalələrin müəllifidir. Azərbaycan müəllimlərinin XIV qurultayının nümayəndəsidir. O, Bərdə şəhər Milli Qəhrəman E.Kərimov adına 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışımışdır. Direktor işlədiyi müddətdə məktəb möhtərəm prezidentimiz İlham Əliyevin 17 dekabr 2014-cü tarixli fərmanı ilə 2013-2014-cü tədris ili üzrə “Ən yaxşı məktəb” müsaqibəsinin qalibi olmuşdur.

Tofiqə Məmmədova V sinifdə “Likes and Dislikes” mövzusunda hazırladığı dərsi sizinlə paylaşır.

Bu gün dünya sürətlə inkişaf edir, dəyişir və qloballaşır. Bu qloballaşma artıq sosial həyatın bütün sahələrinə, eləcə də təhsil sahəsinə dərindən nüfuz edib. Təbii ki, qloballaşma şəraitində təlimin məzmun və keyfiyyətində də dəyişikliklər aparılır. Müəllim bu gün tədris materiallarının müasir tələblər səviyyəsində mənimsədilməsi, nəticəyönümlü olması üçün yeni pedaqoji texnologiyalardan və metodlardan səmərəli istifadə etməli və məqsədə çatmaq üçün daima axtarışda olmalı, peşəkarlıq səviyyəsini artırmalıdır.

Ölkəmizdə elm və təhsil prioritet sahə hesab olunur. Respublikamızda elm və təhsilə, xüsusilə xarici dillərin öyrənilməsinə böyük diqqət və qayğı göstərilir. Müllimlərin dərsi yüksək keyfiyyətli, müasir metodlardan istifadə edərək keçə bilməsi üçün bütün şərait yaradılıb. Bu gün müəllimlərimiz beynəlxalq səviyyəli layihələrdə, proqramlarda, treninqlərdə iştirak edir və xaricdə öyrəndikləri ən yaxşı innovasiyaları təhsilimizə tətbiq edirlər. Mən özüm ABŞ Dövlət Departamenti və İREX təşkilatının həyata keçirdiyi Teaching Excellence and Achievements Program (TEA) proqramının qalibiyəm. Proqram çərçivəsində 2012-ci ildə Kaliforniya Dövlət Universiteti, Çiko-da təcrübə keçmişəm. Proqram çərçivəsində öyrəndiyim innovasiyaları təhsilimizə tətbiq edir və bu bilikləri Bərdə müəllimləri ilə mütəmadi olaraq bir məktəb direktoru kimi, həm də AzETA Bərdə filialının rəhbəri kimi paylaşıram.
V sinifdə tədris edilən “Likes and Dislikes” mövzusunda keçdiyim dərsi sizinlə paylaşmaq istəyirəm.

“LIKES AND DISLIKES”

General time: 45 minutes

Objectives: Talking about likes and dislikes for food.

Structures: “I like ~” “I don’t like~” “What a stink!”. T

arget vocab: cheese, chocolate, rice, French fries, strawberries, bread, ice cream, grapes, pasta, pizza, beans, food, drink, very nice, yummy, yuk.

Content line: speaking, listening, reading, writing.

Content standards: 1.1.2; 2.1.2; 3.1.2; 4.1.2;

The type of the lesson: speaking, listening, reading, writing skills development.

Integration: literature, biology.

Intrasubject: 1.1.2; 2.1.2; 3.1.2; 4.1.2.

Classroom management: Working with the whole class, group work, pair work.

Task type: discussion.

Resources: 1. FLASHCARDS: cheese, chocolate, rice, french fries, strawberries, bread, icecream, grapes, pasta, pizza.

2. WHO IS WHO? ( game cards).

3. GO FISH ( game cards).

Printables: 1. I don’t like cheese song worksheet.

2. Food likes & dislikes worksheets (depending on the level of the students).

3. I don’t like cheese song poster warm up & wrap up lesson sheet.

Reseach question: Which food do you like? Why?

Research analysis: As a whole class students work in groups and speak about food they like.They tell each other about the food they like.

Information exchange: Students do presentation on the topic “Healthy Food”.

Group work:

1. Food and drinks (Cut and paste).

2. Food. Likes and dislikes (Look at the faces and write sentence).

3. What would you like to eat.

4. Crossword.

Summary and revision: Students know how they can ask and answer the questions about their favourite food.

Implementation: Students work in groups and discuss their likes and dislikes.Students get to know the likes and dislikes of everyone in the class.

 

Şəkil

Şəkil

 

Şəkil

Şəkil

Filed in: DƏRS NÜMUNƏLƏRİ - XARİCİ DİL

Hələ şərh yoxdur

Şərh yazın