3:11 pm - Cümə axşamı Noyabr 24, 1994

Gündəlik dərsin planlaşdırılması

Fənn: coğrafiya.

Sinif: VIa.

Standart: 2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə və prosesləri təsvir edir.

2.1.2. İri relyef formalarını kontur xəritədə qeyd edir.

Mövzu: “Vulkanlar və qeyzerlər”

Məqsəd: 1. Vulkanın elementlərini sadalayır, vulkan prosesini təsvir edir.

2. Vulkanın quruluşunun sxemini çəkir.

3. Vulkanları kontur xəritədə qeyd edir.

İnteqrasiya: kimya 1.1.4., texnologiya 2.1.1.

İş forması: kollektivlə iş, qruplarla iş.

İş üsulu: beyin həmləsi, müzakirə, Venn diaqramı

Resurslar: dərslik, xəritələr, iş vərəqləri, videoçarxlar, vulkan maketi.

Motivasiya: Vulkan, palçıq vulkanı və qeyzerləri özündə əks etdirən A3 formatında şəkillər nümayiş olunur və şagirdlərdən bu şəkillərdə nə gördükləri soruşulur.

Tədqiqat sualı: Vulkan elementləri hansılardır və vulkan prosesi necə baş verir?

Tədqiqatın aparılması: Şagirdlər 4 qrupa ayrılır.

Məlumatın mübadiləsi və müzakirəsi: Qrup liderləri öz təqdimatlarını təqdim edir və müzakirə olunur.

Şəkil

Şəkil

Şəkil

Şəkil

Nəticə və ümumiləşdirmə: Vulkan elementləri sadalanır, vulkan prosesi təsvir olunur.

Yaradıcı tətbiqetmə: Hər bir qrup plastilindən vulkan fiquru hazırlayır.

Ev tapşırığı: Müxtəlif mənbələrdən istifadə edərək vulkan haqqında maraqlı məlumatlar toplayın.

Şəkil

Şəkil

Aynurə Cəfərova,
Mingəçevir şəhəri, Dilqəm Nağıyev adına 9 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Filed in: DERS-COĞRAFİYA

1 şərh var: to “Gündəlik dərsin planlaşdırılması”

  1. Qonaq
    20 Sentyabr 2017 at 00:04 #

    səhvlər var…. vı sinifdə kimyaya inteqrasiya olmaz…. onlar kimya keçmir… məqsədlərdə qeyzerlər qabardılmayıb…. yalmız vulkan haqda məqsəd qoyulub…..

Şərh yazın