3:11 pm - Çərşənbə Noyabr 24, 2134

Azərbaycan ordusu

Mövzu: “Azərbaycan ordusu”

Standart: 2.3.1.

Məqsəd: Dövlətin ərazisinin, sərhədlərinin qorunmasında ordunun rolu.

Məzmun xətti: Fərd və cəmiyyət.

İnteqrasiya: tarix, Azərbaycan dili.

İş forması: kollektivlə iş.

İş üsulu: beyin həmləsi.

Resurslar: Əsgər paltarları, oyuncaq avtomatlar, orduya həsr olunmuş videolar.

Motivasiya: Şagirdlər dərsin ordudan bəhs etdiyini tapırlar. Müəllim sual işarəsinin yerinə Azərbaycan ordusu sözünü yazır. Şagirdlərlə birlikdə əsgər marşına qulaq asır və mahnını əsgər paltarı geyinmiş uşaqlarla oxuyuruq.

Şəkil

Şəkil

Beyin həmləsi üçün uşaqlarla kiçik bir krassvord həll edirik.

Şəkil

Şəkil

1. 6 yaşımız tamam olanda gedirik.

2. C

3. C2. Cənub qonşumuz.

4. Yaz fəslində açan ilk yabani çiçək.

5. Dərs danışmaq üçün çıxırıq.

6. Adı heyvan adı ilə bağlı yabanı dərman bitkisi.

7. Müstəqillik günümüzü qeyd edirik.

8. Şimal qonşumuz.

9. Məktəbdə oxuyuruq.

10. Axşamlar göydə seyr edirik.

Sonra şagirdlərə belə bir sualla müraciət edirəm.

Ordu nədir? Ordu nə üçün lazımdır?

Şagirdlər müxtəlif cür fikirlər söyləyirlər və BİBÖ cədvəlində bilmək istədiklərini yazırlar. Sinifdəki iyirmi beş şagirdi beş qrupa bölürəm: Vətən, Torpaq, Ordu, Əsgər, Fədakar. Şagirdlər adları haqqında məlumat toplayır, araşdırma aparıb təqdim edirlər.

Müəllim şagirdlərə nə üçün torpağa “Ana-torpaq” deyilir? – deyə müraciət edir. Şagirdlərdən çox maraqlı cavablar gəlir. Bəzilərinin fikrincə, torpaqdan yoğrulmuşuq, torpaq bizi qidalandırır, rahat yaşamamızı təmin edir.

Torpağım anasız qalmasın deyə,

Torpağın qoynuna köçür analar.

Müəllim şagirdlərə H.Arifin bu şeirini söyləyir.

Ulu Dədə Qorqud demişdir: Torpağı qorumadın əkib-becərməyə dəyməz, əkib-becərmədin, qorumağa dəyməz. Nə demək istəyirdi Dədə Qorqud bu müdrik kəlamıyla? Şagirdlər düşünür və fikir yürüdürlər ki, torpağı qorumadan əkib-becərməyin mənası olmaz. Əkib-becərmədin qorumağın mənası olmaz. Deməli, torpağı qorumaq, keşiyində durmaq, əkib-becərmək bizə Ulu Dədə Qorquddan keçmişdir.

Şagirdlər Venn diaqramında milli ordunun dünənini və bu gününü müqayisə edirlər:

Milli Ordu bu gün Milli Ordu dünən

Şəkil

Şəkil

Qrupların suallarını paylayıram.

1. Torpaq qrupu – Ordu hansı ehtiyacdan yaranır?

2. Vətən qrupu – Nə üçün ordumuz Milli Ordu adlanır?

3. Əsgər qrupu – Polislərlə ordunu müqayisə et.

4. Ordu qrupu – Nə üçün Azərbaycan xalqı işğal olunmuş torpaqlarını dinc yolla almağın tərəfdarıdır?

5. Fədakar qrupu – Milli Ordunun dünəni və bu günü haqqında danış.

Qruplara cavablarını təqdim etmək üçün beş dəqiqə vaxt verilir. Şagirdlər musiqi sədaları altında əməkdaşlığa başlayırlar. Cavablarını bitirdikdən sonra onların təqdimatı dinlənilir və qiymətləndirilir. Qruplar əməkdaşlığa, araşdırmaya, dinləməyə, nizam-intizama və təqdimata görə qiymətləndirilir.

Şəkil

Şəkil

Sonra şagirdlərə cütlərlə işləmək üçün işçi vərəqləri paylanılır. Onlar bugünkü dərsdən öyrəndikləri, yeni və maraqlı məlumatları cədvələ doldururlar. BİBÖ cədvəlinin milli qəhrəmanlar haqqında öyrəndim sırası doldurulur və təqdim olunur. Müəllim şagirdlərin cavablarını dinləyir, ən geniş və maraqlı cavabları qiymətləndirir. Hər bir şagird bir milli qəhrəmanın adını çəkir, milli qəhrəmanlarla daima torpağımızın keşiyində duran mərd, məğrur, qürurlu, fədakar əsgərlərimzi müqayisə edir. Dərsin sonunda əsgər paltarı geyinmiş şagirdlər “And içirik” mahnısını ifa edirlər.

Şəkil

Şəkil

Ev tapşırığı: Milli qəhrəmanlar haqqında esse yazmaq.

Şəfa Məmmədova,
Ağdaş şəhəri, M.Şeyxzadə adına İnternat tipli
Texniki-Humanitar və Təbiət Fənləri Təmayüllü
Gimnaziyanın həyat bilgisi müəllimi

Filed in: DƏRS NÜMUNESİ HƏYAT BİLGİSİ

Hələ şərh yoxdur

Şərh yazın