7:50 pm - Bazar Sentyabr 24, 2017

RİYAZİYYATDAN DƏRS NÜMUNƏSİ “Sahənin ölçülməsi”

Şəhla Həsənova,       Bakı şəhəri, Binəqədi rayonu 246 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi

Şəhla Həsənova,
Bakı şəhəri, Binəqədi rayonu 246 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi

Mövzu:“Sahənin ölçülməsi”

Standart:

4.1.1.Ölçmənin nəticəsinin ölçü vahidindən və ölçmə alətindən asılılığını başa düşür, ölçmədə bunları nəzərə alır.

4.2.1.Ölçmələr aparmaqla bəzi fiqurların sahələrini və həcmlərini hesablayır.

Məqsəd: 1. Ölçmənin nəticəsinin ölçü vahidindən və ölçmə alətindən asılığını başa düşdüyünü nümayiş etdirir.

2. Ölçmə aparmaqla bəzi fiqurların sahələrini hesablayır.

İş forması: Kollektiv, cütlərlə iş.

İş üsulu: Beyin həmləsi, müzakirə.

Resurslar: Dərslik, iş vərəqləri, paletka, əlavə vəsait.

Dərsin gedişi:

Proyektorla məktəbli ləvazimatları və həndəsi fiqurlar təsvir olunmuş slaydlar verilir. Sonrakı slaydda ölçülərinə və rənglərinə görə müxtəlif fiqurlar göstərilir. Bu fiqurların bir-birindən nə ilə fərqləndiyini soruşuram. Şagidlərin fikirləri dinlənilir. Beləliklə, yeni mövzunun adı açıqlanır və keçmiş dəslə əlaqələndirilir, sual-cavab aparılır.

Sahələrin ölçülməsi üçün nə etməliyik?

Fiqurun sahəsini alətlərin köməyi ilə ölçmək mümkündür. Belə alətlərin biridə “paletka” adlanır. Bu eyni ölçülü kvadratlara bölünmüş düzbucaqlı formasında nazik şəffaf rəngli alətdir. Paletka sahəsi hesablanan fiqurun üzərinə qoyulur, sahə fiquru örtən kvadratların sayına uyğun olaraq hesablanır. Paletka tərəfi 1mm; 1sm; 1dm və s. olan kvadratlara bölünə bilər. Hər bir halda fiqurun sahəsi paletkanın verildiyi vahidlə ölçülmüş olar.

Müstəvi fiqurların sahəsini necə tapmaq olar?

Əvvəlcə şagirdlərin hansı fiqurun sahəsini hesablanma qaydasını bildiklərini (düzbucaqlı, kvadrat), sonra həndəsi fiqurlar neçə cür və hansılar olduğunu soruşuram. Fiqurların adları sadalanır, şagidlərlə müzakirə aparılır, onların hər birinin fikirləri müzakirə olunur.

Hazırladığım üç fiquru bir-bir nümayiş etdirirəm. Fiqurlar da, rəngləri də müxtəlif olur. Elə bir fiqur düzəldirəm ki, kəsməklə və ucu aralanmadan bir fiqurdan yeni bir fiqur alınsın, hətta fiqurlardan birinin rəngidə dəyişir. Fiqurlar həm əyani, həm də proyektorla göstərilir.

Şəkil

Şəkil

Əvvəlcə trapesiyanı göstərirəm, şagird paletka ilə sahəsini hesablayır. Yuxarı hissədən aralanır, yeni fiqur düzbucaqlı üçbucaq alınır. Onun da sahəsi soruşulur və lövhəyə yapışdırılır.

Davamı olaraq ikinci fiqur göstərilir və yəni kvadrat onunda sahəsi paletka ilə şagird tərəfindən hesablanır, arxa hissədən üçbucaq şəklində qatlanan hissənin yapışqanı açılır və yeni qırmızı rəngdə üçbucaq fiquru alınır.

Şəkil

Şəkil

Yeni alınmış fiqurun da sahəsi kollektiv olaraq hesablanır və lövhəyə yapışdırılır.

Şəkil

Şəkil

Sonda üçüncü fiqur da göstərilir yaşıl rəngdə olan düzbucaqlı üçbucaq, alt hissəsində ona bərabər olan üçbucaq da göstərilir. Sahəsi şagird tərəfindən paletka ilə hesablanır, yenidən ikisi yanaşı qoyulduqda sahəsi böyük bərabəryanlı üçbucaq, əks istiqamətə fırladanda isə kvadrat alınır. Onların da sahəsi şifahi olaraq şagird tərəfindən hesablanır və lövhəyə yapışdırılır.

Şəkil

Şəkil

Yenidən lövhəyə nəzər salınır. Fiqurların rəngi Azərbaycanın bayrağını xatırladır. Rənglərin mənası söylənilir.

Mövzu tam mənimsədilir. İş vərəqləri paylanılır. İş vərəqlərində müxtəlif fiqurlardan, rənglərdən istifadə olunur.

Buna uyğun cütlərlə iş aparılır. İş prosesində şagirdlərin əməkdaşlığı və fəallığı izlənilir. Təqdimatlar müzakirə olunur.

Sonra dərslikdən və əlavə vasaitdən çalışmalar həll edilir. Həll olunmamış çalışmalar ev tapşırığı kimi verilir və meyarlara uyğun qiymətləndirmə aparılır.

Filed in: DƏRS -RİYAZİYYAT

1 şərh var: to “RİYAZİYYATDAN DƏRS NÜMUNƏSİ “Sahənin ölçülməsi””

  1. Ceyran
    27 Yanvar 2017 at 13:28 #

    Çox sağ olun.Başqa dərs nümunələri də olsa çox sevinərəm

Şərh yazın