3:11 pm - Cümə Noyabr 24, 2637

Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini necə tədris edirəm?

Artıq bir neçə ildir ki, ölkəmizdə təhsil islahatı uğurla həyata keçirilir. Bu prosesdə, təbii ki, müəllim aparıcı simadır.

Dərsləri Kurikulum təhsil konsepsiyası əsasında qurmaq, yeni dərsliklərlə işləməyi öyrənmək, dərsin, təhsilin şagirdyönümlü və nəticəyönümlü olduğunu nəəzərə almaq müəllimin ümdə vəzifələrindəndir. Yüksək nəticələr əldə etməyin optimal yollarından biri də yeni təlim texnologiyalarını (interaktiv təlim metodlarını) dərindən mənimsəmək, dərs prosesində bu metodlardan və İKT-dən istifadə etməkdir. Bunu nəzərə alaraq, dərslərimi günün tələbləri səviyyəsində qurmağa, yeni təlim texnologiyalarından mütəmadi olaraq istifadə etməyə çalışıram.

Məlumdur ki, mənəvi zənginlik, dönməz əqidə və məslək sahibi olan ləyaqətli vətəndaşlar tərbiyə etmək, milli birlik və bəşəri dəyərləri özündə yaşadan gənclər yetişdirməkdə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin üzərinə daha çox yük və məsuliyyət düşür. İnsanı ali yüksəkliyə ucaldan milli qürur, vətəndaşlıq dəyanətidir. Həmişə nəzərə almalıyıq ki, işğal altında olan torpaqlarımızın azad edilməsi, müstəqil dövlətimizin, xalqımızın taleyini həll edən gənclik yetişdirmək onların milli vətənpərvərlik ruhunda tərbiyə olunmasından çox asılıdır.

Həmkarlarımla paylaşmaq istədiyim bu dərs nümunəsi mövzusuna görə qeyd etdiyim problem baxımından çox səciyyəvidir.

Sinif: VI.

Fənn: Azərbaycan dili.

Mövzu: “B.Vahabzadənin “Bayraq” şeiri”.

Standart: 2.1.2. Şeirdə rast gəldiyi obrazlı ifadələrin mənasını izah edir.

2.2.1. Nəzmlə yazılmış mətndə obrazlı ifadələrlə verilmiş sətiraltı informasiyanı müəyyənləşdirir və izah edir.

4.1.4. Mətndəki orfoqrafik və qrammatik səhvləri redaktə edir.

İş forması: Qruplarla iş, kollektivlə iş.

İş üsulları: Venn diaqramı, əqli hücüm, müzakirə, layihə.

İnteqrasiya: Tarix, rəsm.

Resurslar: Dərslik, şəkillər, iş vərəqəsi, rəngli karandaş, proyektor.

Dərsin gedişi:

Motivasiya: Şagirdlərin diqqəti ekranda əks olunan aşağıdakı şəkillərə yönəlir.

Şəkil

Şəkil

Təzə mövzuya keçid almaq üçün şagirdlərə tədqiqat sualı verirəm: Verilmiş şəkilləri bir-biri ilə əlaqələndirən nədir?

Şəkil

Şəkil

Münasib cavablar alındıqdan sonra isə şagirdlərə B.Vahabzədənin “Bayraq” şeirini təqdim edirəm.

Tədqiqatın aparılması üçün şagirdlərə aşağıdakı suallar verilir və bütün dərs prosesində onlar bu suallara cavab tapmağa yönləndirilir:

Şəkil

Şəkil

1) Bayrağın dövlət üçün əhəmiyyəti nədir?

2) B.Vahabzadənin “Bayraq” şeirinin əsas ideyası və əhəmiyyətini nədə görürsünüz?

Tədqiqatın aparılması və müəyyən nəticəyə gəlinməsi üçün şagirdləri dörd qrupa ayırır və hər qrupa iş vərəqlərində yazılmış tapşırıqları paylayıram. Qrupun liderləri növbə il gəldiyi qənaətlərin təqdimatlarını edirlər.

Şəkil

Şəkil

Tədqiqat prosesində şagirdlər belə bir nəticəyə gəlirlər:

1. Bayraq dövlətin varlığını tanıdan atributlardan biridir.

2. B.Vahabzadə bu şeirdə bayrağı müstəqil dövlətimizin mühüm rəmzi kimi qiymətləndirir. Tariximizin qədimliyindən bəhs edən şair bugünkü müstəqilliyimizin xalqımızın, əsgərlərimizin apardığı mabarizələr sayəsində bərqərar olduğundan bəhs edir. Şair bayrağı əsgər silahıyla bir görür. Bayrağın müqəddəsləyindən, enməzliyindən danışır.

Tapşırıqlar yerinə yetirildikdən sonra şagirdlərə əlavə maraqlı məlumatlar da verilir. Bunun üçün layihə metodundan istifadə edərək sinfin bir neçə fəal şagirdinə bayraq mövzusunda yazılmış başqa şeirləri tapmağı və təqdim etməyi tapşırıram. İndi onlar öz axtarışlarının nəticələri haqqında sinif yoldaşlarına məlumat verirlər. Daha sonra isə dövlət tərəfindən təsis edilmiş “Bayraq” ordeninin mahiyyətini əks etdirən təsvirlər monitorda əks olunur.

Şəkil

Şəkil

Dərsin sonunda isə şagirdlər qiymətləndirilir və ev tapşırığı slaydda göstərilir.

Şəkil

Şəkil

Ruhəngiz Qəribova,
Bakı Slavyan Universiteti Məktəb-Lisey Komleksinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Filed in: DƏRS ANA DİLİ

Hələ şərh yoxdur

Şərh yazın