7:53 am - Şənbə Sentyabr 23, 2017

İnsan üçün təhlükəli olan qurd xəstəlikləri

Mövzu: “İnsan üçün təhlükəli olan qurd xəstəlikləri”

Standart: 2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini sadalayır.

3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri və onların əlamətlərini fərqləndirir.

Məqsəd: 1. İnsanlarda və heyvanlarda qurd xəstəliklərinin yaranması səbəblərini sadalayır.

2. Parazit qurdların insan orqanizmində törətdiyi xəstəlikləri və onların əlamətlərini fərqləndirir.

İş formaları: Fərdi iş və qruplarla iş.

İş üsulları: Əqli hücum, cədvəllə iş.

İnteqrasiya: H.b-4.1.1. Azərbaycan dili-1.2.1.

Resurslar: Dərslik, PPT təqdimat, iş vərəqləri, marker, paylama materialları və s.

Dərsin gedişi:

Motivasiya: Sinfi təşkil edib, dərsin davamiyyəti yoxlayıram. Elə bu vaxt sinfə məktub gəlir. Məktubu açıb oxuyarkən məlum olur ki, bu məktəbin bu gün dərsə gəlməyən şagirdidir. O, məktəb yoldaşlarından kömək gözləyir. Məktubda deyilir: “Mən bu gün biologiyadan açıq dərsimizin olduğunu bilirdim. Amma özümü elə halsız hiss edirəm ki, bu gün dərsdə iştirak edə bilmədim. Siz mənə kömək etməlisiniz. Mən gündən-günə arıqlayıram… ürəyim bulanır.

Özümü elə halsız hiss edirəm ki…… Elə bilirsiniz ki, bu yağlı xörəkdən və ya soyuqdəymədəndir. Limon və mürəbbəli isti çay içib, hər şeyin qısa müddətdə keçəcəyini gözləyirəm. Amma yenə sağalmıram…. Mənə kömək edin. Əlamətlərimi sizin üçün sadalayıram. Qarnımda ağrılar, ürəkbulanma və qusma, yatarkən ağzımdan selik axma, dişlərimi qıcama, halsızlıq, iştahsızlıq və s. kimi hallar məni narahat edir”.

Uşaqlar biz məktəb yoldaşımıza kömək etməliyik. Gəlin, araşdıraq görək yoldaşınızı narahat edən hansı xəstəlikdir?

Tədqiqat sualı: Parazit qurdlar insanlarda hansı xəstəlikləri əmələ gətirir? İnsan özünü qurd xəstəliklərindən necə qoruya bilər?

Yönəldici suallar:

İndiyədək öyrəndiyimiz qurdların hansı parazitdir? Onlar hansı tipə və sinfə aiddir? Parazitlik dedikdə nə başa düşürsünüz? Parazit qurdlar niyə təhlükəlidir?

Tədqiqatın aparılması:

Şagirdləri qruplara ayırır və iş vərəqləri paylayıram.

İş vərəqi 1.

Qaraciyər sorucusunun həyat fəaliyyətini əks etdirən tsiklə baxaraq cədvəli yazın.

Cədvəl

Cədvəl

Verilənlərin içərisindən parazit qurdların uyğunlaşmalarını seçin.

1. Dəridə kirpikciklərin olması.

2. Yapışmağa xidmət edən orqanların olması.

3. Sahib dəyişməklə gedən inkişaf.

4. Bədən səthi ilə tənəffüsün olması.

5. Cinsiyyət sisteminin yaxşı inkişaf etməsi.

İş vərəqi 2.

Öküz soliterinin həyat fəaliyyətini əks etdirən tsiklə baxaraq cədvəli yazın.

Cədvəl

Cədvəl

Qurdların zərərli və təhlükəli təsirlərini qeyd edərək mətn qurun.

İş vərəqi 3.

İnsan askaridinin həyat fəaliyyətini əks etdirən tsiklə baxaraq cədvəli yazın.

Cədvəl

Cədvəl

Mətndə verilmiş səhvləri düzəldin.

Yetkin askarid oksigenli, sürfə isə oksigensiz mühitdə yaşayır. Onlar hermafroditdirlər. Dişi fərddə 1 yumurtalıq, erkək fərddə isə 2 toxumluq olur.

Qrup 4. Exinokkokun həyat fəaliyyətini əks etdirən tsiklə baxaraq cədvəli yazın.

Məlumat mübadiləsi: Şagirdlər təqdimat edərək fikir mübadiləsi aparırlar.

Cədvəl

Cədvəl

Məlumat müzakirəsi:

Şagirdlərə parazit qurdlarla əlaqədar videoizah göstərilir. Videoizaha diqqətlə baxdıqdan sonra iş vərəqlərində harada səhvə yol verdiklərini soruşuram. Onlar səhvləri üzərində iş aparırlar.

Nəticə və ümumiləşdirmə:

“Parazit qurdlarla mübarızə aparmaq üçün nə etməliyik? Onlardan necə qorunmaq lazımdır?” başlığı altında siyahı tərtib edilir.

Dərsin sonunda dərsdən qalan şagirdimizə cavab məktubu yazırıq.

HƏKİM “QURD” DEYƏCƏK…

“Bütün şübhələrdən xilas olmaq üçün sənə həkim-pediatr lazımdır. İlk əvvəl müayinədən keç, USM-yə get, analizlər ver. Yalnız bundan sonra orqanizmdə baş verən anlaşılmazlıqların səbəbini öyrənə biləcəksən. Həkim orqanizmində yaşayan yabanı canlılardan, parazitlərdən xəbər verəcək.”

KİMLƏR RİSK ALTINDADIR?

Hisə verilmiş ət məhsulları yeyənlər.

Dönər, çipsi və başqa hazır qidaları sevənlər.

Yuyulmamış meyvə yeyənlər.

Təmiz havada az gəzənlər.

FAKTLAR…

Əgər ailənin hansısa üzvündə qurd aşkarlanıbsa, bütün ailə risk altındadır.

Parazitlər öz varlıqlarını hiss etdirmədən, illərlə orqanizmdə yaşaya bilirlər.

Hətta kipriklərimizdə də parazitlər yaşayır.

Üz dərisində olan qurdlar istifadə etdiyimiz kosmetik vasitələrlə qidalanırlar.

Ev tapşırığı: Parazit qurdlar haqqında internetdən əlavə məlumat toplayın.

Cədvəl

Cədvəl

Refleksiya: Uşaqlar, biz bu gün nə öyrəndik? Öyrəndiklərimizin bizə nə kimi əhəmiyyəti var?

Ülviyyə Məhərrəmova,
Gəncə şəhəri, İ.Məmmədov adına 27 nömrəli
məktəb-liseyin biologiya müəllimi

Filed in: DƏRS NÜMUNƏLƏRİ - BİOLOGİYA

Hələ şərh yoxdur

Şərh yazın