6:07 pm - Çərşənbə axşamı Dekabr 12, 2017

Biologiya fənnindən dərs nümunəsi

Mövzu: “Yoluxucu xəstəliklər”

Standart: 3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri və onların əlamətlərini fərqləndirir.

Məqsəd: 1. Yoluxucu xəstəlikləri sadalayır.

2. Yoluxucu xəstəliklərə yoluxma yollarını müəyyən edir.

3. Müxtəlif yoluxucu xəstəliklərdən qorunma yolları

haqqında öz tövsiyələrini verir.

İnteqrasiya: H.b: 4.1.1. f.t: 2.1.2.

Dərsin tipi: İnduktiv.

İş forması: Kollektiv, kiçik qruplarla iş.

İş üsulu: Klaster, cədvəl, beyin həmləsi.

Resurslar: Yoluxucu xəstəliklər və onlardan qorunma yolları haqqında paylama materialları, flipçat, marker, kompüter, proyektor.

Dərsin gedişi:

Motivasiya: Ayxanın 6 yaşı tamam idi. O, məktəbə getmək üçün sentyabrın 15-ni səbirsizliklə gözləyirdi. Valideynləri onun bütün məktəb ləvazimatlarını almışdılar. Lakin sənədlərini məktəbə apardıqda müdir onları qəbul etmədi. Müdir dedi:

– Sizin övladınızın “sağlamlıq haqqında arayış”ı yoxdur.

– Sizcə, bu sənədə nə üçün ehtiyac var?

Şagirdlərin cavabları lövhədə yazılmaqla yoluxucu xəstəliklərlə bağlı fikri əsas götürüb, tədqiqat sualımı verirəm:

– Yoluxucu xəstəliklər hansılardır və onlardan necə qorunmaq olar?

I QRUP

Şəkil

Şəkil

Şəkil

Şəkil

II QRUP

1. Aşağıdakı vasitələrin hansı ilə virus birbaşa qana keçə bilər?

Şəkil

Şəkil

2. Əgər siz tibb işçisi olsaydınız, əhalinin yoluxucu xəstəliklərdən qorunması üçün hansı profilaktik tədbirləri görməyi planlaşdırardınız?

________________________________________________________________________________________________________________________________

III QRUP

Şəkil

Şəkil

Məktəbə yaxın yerdə dönər satılır və sinif yoldaşlarınız da onu alıb yeyirlər. Belə halda hansı xəstəliyə yoluxma ehtimalı daha çoxdur?

Siz onlara necə məsləhət verərdiniz və nə üçün?

________________________________________________________________________________________________________________________________

Şəkil

Şəkil

IV QRUP

Şəkil

Şəkil

Gecənin yarısı idi. Otağı çirk qoxusu öz əsarəti altına almışdı. Gecənin qaranlığından və otaqdakı çirklilikdən istifadə edən milçək və digər böcəklər çirkli qablar üzərində “şənlik” keçirirlər. Şənliyi həyata keçirən bu evin dayimi sakinləri olan qarışqa və tarakanlar idi.

Şəkil

Şəkil

Şənlikdə öz ayaqlarında minlərlə xəstəliyin mikrobunu daşıyan milçəklər daha fəal iştirak edirlər. Onlar gah açıqda qalmış meyvə-tərəvəz üzərində gəzir, gah da axşamdan qalma yemək qalıqlarının içində “rəqs edirdilər”. Şənliyin musiqi ifaçıları ağcaqanadlar idi.

Yuyulmamış, üstü açıq saxlanılan ərzaqlardan istifadə etsək hansı xəstəliklərə yoluxarıq?

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

İnformasoyanın müzakirəsi və mübadiləsi: Hər bir qrup öz təqdimatlarını edir və müəllimlə birlikdə fikir mübadiləsi aparılır.

Nəticə və ümumiləşdirmə: Söylənilən fikir və fərziyyələr bir yerə toplanılaraq ümumi nəticəyə gəlinir. Bu mərhələdə klaster üsulundan istifadə edirəm.

Şəkil

Şəkil

Yaradıcı tətbiqetmə: İnsanların yoluxucu xəstəliklərdən qorunma yollarına aid plakat hazırlamaq.

Şəkil

Şəkil

Ev tapşırığı: Peyvəndlərin kəşfi ilə bağlı məlumat toplamaq.

Aynurə Orucova,
Gəncə şəhəri 22 saylı tam orta məktəbin biologiya müəllimi
Orucova-2000@mail.ru

Filed in: DƏRS NÜMUNƏLƏRİ - BİOLOGİYA

Hələ şərh yoxdur

Şərh yazın