4:45 am - Şənbə İyul 22, 2017

Coğrafiya dərslərinin tədrisində interaktiv təlim metodlarından istifadə

Sadıq  Sadıqov, Qəbələ  rayonu, Vəndam  qəsəbəsi,   1  saylı  tam orta məktəbin coğrafiya  müəllimi, respublikanın  qabaqcıl  təhsil  işçisi, “Ekologiyanın Qorunmasına  Kömək” İctimai Birliyinin sədri

Sadıq Sadıqov, Qəbələ rayonu, Vəndam qəsəbəsi, 1 saylı tam orta məktəbin coğrafiya müəllimi, respublikanın qabaqcıl təhsil işçisi, “Ekologiyanın Qorunmasına Kömək” İctimai Birliyinin sədri

Coğrafiya fənni üzrə 3 məzmun xətti müəyyənləşdirilmişdir. Müəyyən olunmuş məzmun xətlərinin köməyi ilə şagirdlərin şüurunda əhatə olunduqları təbiətin vahid, bütöv obrazı yaradılır. Şagird əvvəlcə yaşadığı Yer kürəsini bir planet kimi öyrənir. Onun Günəş və öz oxu ətrafında hərəkətinin coğrafi nəticələrini araşdırır, sonra Yer kürəsinin quruluşu, relyefi, coğrafi təbəqəsi, təbiəti, iqtisadiyyatı, əhalisi, sərhədlər haqqında müəyyən biliklər alır və bu bilikləri kontur xəritə, atlas, qlobus və digər məzmunlu xəritələr üzərində tətbiq edir, diaqramlar qurur, statistik göstəricilərdən istifadə edir, cədvəllər çəkir.

VIII sinif üçün nəzərdə tutulmuş coğrafiya dərsliyində yeni coğrafiya fənn proqramı (kurikulumu) məzmununa daxil olan bütün məzmun standartları reallaşdırılmışdır.

Mövzu: “Daimi və mövsümü küləklər”

Alt standart: 2.1.3.

Mən mövzunu keçərkən əvvəlcə dərsin məqsədini şagirdlərə açıqlayıram:

• İqlim əmələ gətirən amilləri və dünyanın iqlimində baş verən dəyişikliklərin izahını verirəm.

• Daimi və mövsümü küləklərin təsiri altında olan əraziləri xəritədə göstərirəm.

Sonra beyin həmləsi üsulu ilə motivasiya yaradıram. Bunun üçün daimi və mövsümü küləklərə aid videosüjet və plakat nümayiş etdirirəm.

Cədvəl

Cədvəl

Daha sonra şagirdləri 4 qrupa bölürəm. Onlara ayrı-ayrılıqda aşağıdakı sualları verirəm:

1. Daimi küləklər hansılardır?

2. Mövsümü küləklər necə baş verir?

Həmçinin lövhədə BİBÖ üsulundan istifadə etməklə diaqram qururam. Mövzu barəsində əvvəlki biliklərinə dair siyahı tərtib etməyi tapşırıram. Sütunlarda aşağıdakı bölmələri qeyd edirəm.

Şəkil

Şəkil

Sonra şagirdlərə bu mövzu ilə əlaqədar bilmək istədiklərini 2-ci sütunda qeyd etməsini tapşırıram: Yer səthinin qeyri-bərabər qızmasını, materik və okeanlar üzərində müxtəlif atmosfer təzyiqi sahələrinin olması nəticəsində havanın bir yerdən başqa yerə hərəkəti baş verir. Daimi küləklər hərəkət zamanı istiqamətini dəyişir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində yaranan meyletmə – Korlois qüvvəsinin təsiri ilə üfiqi istiqamətdə hərəkət edən hava axınları şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyil edirlər. Odur ki, onların əlavə bilmək istədiklərini soruşuram.

Şəkil

Şəkil

Sonra şagirdlərə mövzuya uyğun olaraq nəyi öyrəndiklərini bilmək üçün sualla müraciət edirəm: Təzyiq sahələrinin yaranması necə baş verir?

Passat küləkləri tropik enliklərin yüksək təzyiq sahələrindən ekvatorial alçaq təzyiq sahələrinə doğru əsir. Tropik enliklərin yüksək təzyiq sahələrindən mülayim enliklərin alçaq təzyiq sahələrinə doğru (450-600 enliklərə) əsən küləklərə isə qərb küləkləri deyilir. Qütblərin yüksək təzyiq sahələrindən mülayim enliklərdəki alçaq təzyiq sahələrinə doğru şimal yarımkürəsində şimal-şərq küləkləri, cənub yarımkürəsində cənub-şərq küləkləri əsir.

İl ərzində materiklər və okeanlar qeyri-bərabər qızır, fəsillər üzrə onların üzərində atmosfer təzyiqi sahələri yerini dəyişir. Bu musson küləklərinin yaranmasına səbəb olur. Yayda quru tez qızdığına görə onun üzərində alçaq təzyiq sahəsi yaranır. Nəticədə hava axınları okeandan quruya yönəlir. Buna yay mussonu deyilir. Qışda Avrasiya üzərində yüksək təzyiq sahəsi yaranır, bu halda hava axınlarının istiqaməti materikdən okeanlara yönəlir və qış mussonu yaranır.

Yeni mövzunu mənimsəmək üçün “Fikirlər/anlayışlar xəritəsi” üsulundan istifadə edirəm. Bunun üçün şagirdlər dərslikdəki mövzunun ayrı-ayrı hissələrini oxumaqla məzmununu blok-sxem şəklində qruplaşdırırlar.

Şəkil

Şəkil

Xəritə üzərində tapşırığı yerinə yetirmək üçün şagirdlər dünyanın siyasi və fiziki xəritələrindən istifadə edirlər. Şagirdlər daimi və musson küləklərinin təsiri altında olan əraziləri uyğun olaraq qruplaşdırıb cədvəldə yazırlar.

Şəkil

Şəkil

Tapşırıqlar yerinə yetirildikdən sonra qruplar iş vərəqlərini nümayiş etdirir, informasiya mübadiləsi aparırlar. Sonra qiymətləndirmə apararaq ev tapşırığı verirəm.

Filed in: DERS-COĞRAFİYA

Hələ şərh yoxdur

Şərh yazın