3:11 pm - Çərşənbə axşamı Noyabr 24, 2218

İNFORMATİKA FƏNNİNDƏN AÇIQ DƏRS NÜMUNƏSİ

Mövzu: “Dövrlər və naxışlar”

Məzmun xətti 2: Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma.

Standart: 2.2.2. Alqoritmləşdirmə və proqramlaşdırmanın əsas məsələlərinə yiyələndiyini nümayiş etdirir.

2.2.3. Sadə proqramlaşdırma mühitində budaqlanan və dövri alqoritmləri icra edir.

2.2.4. Klaviatura vasitəsilə proqramda səslərdən istifadə bacarıqlarını nümayiş etdirir.

Məqsəd: 1. Sadə proqramlaşdırma mühitində dövri alqoritmləri icra etmək.

2. Sadə proqramlaşdırma mühitində dövri alqoritmlərdən istifadə etməklə müxtəlif naxışlar çəkmək.

3. Sadə proqramlaşdırma mühitində təkrarlamadan istifadə etməklə müxtəlif təsvirlər yaratmaq.

4. Proqramlaşdırma mühitində dövr komandasından istifadə etməklə maraqlı təsvirlər almaq.

Anlayışlar: AlpLogo, alqoritm, dövrlər, iç-içə dövrlər, naxışlar.

Dərsin tipi: Ümumilləşdirici, yeni bilik verən.

İş formaları: Qruplarla iş.

İş üsulları: Müzakirə, beyin həmləsi.

İnteqrasiya: Riyaziyyat.

Resurslar: İş vərəqləri, dərslik, İKT.

Dərsin gedişi: Salamlaşmaq. Qruplar təqdim edilir. Liderlər müəyyənləşdirilir.

Motivasiya: Müəllim şagirdlərlə salamlaşıb dərsə gəlməyənləri qeydə aldıqdan sonra sual-cavabla sinifdə fəal mühit yaradır.

Şəkil

Şəkil

Müəllim:

– Uşaqlar, bu təsvirlər hansı fiqurların təkrarlanmasından alınıb?

Şagirdlər:

– Üçbucaq.

– Kvadrat.

– Çevrə.

Müəllim:

– Təsvirdə neçə üçbucaq var?

Şagirdlər:

– Üç

Müəllim:

– Təsvirdə neçə kvadrat var?

Şagirdlər:

– Dörd.

Müəllim:

– Təsvirdə neçə dairə var?

Şagirdlər:

– Səkkiz.

Müəllim:

– Dövrü göstərmək üçün hansı komandadan istifadə olunur?

Şagirdlər:

– “Təkrarla” komandasından.

Müəllim:

– Dövr komandasından nə üçün istifadə olunur?

Şagirdlər:

– Təkrarlanan hərəkətləri yerinə yetirmək üçün.

– Proqramın uzunluğunu azaltmaq üçün.

– Mürəkkəb təsvirlər almaq üçün.

Müəllim:

– Bağanın dönmə bucağını necə müəyyən edirik?

Şagirdlər:

– İki ədədi elə seçmək lazımdır ki, onların hasili 360 olsun.

– 360 ədədini təkrarlamaların sayına bölməklə dönmə bucağını müəyyənləşdiririk.

Müəllim iç-içə dövrlər haqqında şagirdlərə məlumat verir və nümunələr göstərir. Bir dövr başqa dövrün içində yerləşərsə belə dövrlər iç-içə dövrlər adlanır.

Nümunə:

İlkin vəziyyət sil

qələmineni 3

qələminrəngi 5

bağanıgizlə

qələmiendir

təkrarla 10 [təkrarla 5 [irəli 200 sağa 72] sağa 36]

Bu proqramın icrasından sonra bağa iş sahəsində görünmədən, qələmin eni 3, rəngi çəhrayı olmaqla, beşbucaqlının çəkilməsini 10 dəfə təkrarlayacaq. Bağa növbəti beşbucaqlını çəkdikdən sonra 36 dərəcə sağa dönür.(360:10=36)

Tədqiqat sualı: AlpLogo proqramlaşdırma mühitində dövr komandasınn əhəmiyyəti nədir və ondan istifadə etməklə müxtəlif mozaika və naxışları necə yaratmaq olar?

Şagirdlər 4 qrupa bölünür və qruplar üzrə tapşırıqlar verilir. (15 dəq.)

I qrup: AlpLogo mühitində verilmiş təsviri almaq üçün proqram yazın.

Şəkil

Şəkil

II qrup: AlpLogo mühitində verilmiş təsviri almaq üçün proqram yazın.

Şəkil

Şəkil

III qrup: AlpLogo mühitində verilmiş təsviri almaq üçün proqram yazın.

Şəkil

Şəkil

IV qrup: AlpLogo mühitində verilmiş təsviri almaq üçün proqram yazın.

Şəkil

Şəkil

Məlumat mübadiləsi:
Qrup nümayəndələri öz işlərini təqdim edirlər. Müəllim və şagirdlər nümayəndələrə müxtəlif suallarla müraciət edirlər:

I qrup

sil

ilkin vəziyyət

bağanı gizlə

qələmin eni 4

qələmin rəngi 4

qələmi endir

təkrarla 10 [təkrarla 5 [irəli 100 sağa 72] sağa 36]

II qrup

sil

ilkin vəziyyət

bağanı gizlə

qələmin eni 3

qələmin rəngi 1

qələmiendir

təkrarla 12 [təkrarla 4 [irəli 100 sağa 90] sağa 30]

III qrup

sil

ilkinvəziyyət

qələmiendir

qələmineni 6

qələminrəngi 5

təkrarla 8 [təkrarla 3 [irəli 100 sağa 120] sağa 45]

IV qrup

sil

ilkinvəziyyət

qələmiendir

qələmineni 4

qələminrəngi 2

təkrarla 4 [təkrarla 4 [irəli 50 sağa 90] sağa 90 irəli 50 sola 90]

– Proqramlaşdırma dillərinin əhəmiyyəti nədir?

– Proqram nədir?

– Logo dili neçənci ildə, kim tərəfindən yaradılıb?

– Logo sözü hansı sözdən götürülüb və mənası nədir?

– AlpLogo proqramlaşdırma mühitində komandalar hansı dillərdə yazılır?

– AlpLogo proqramlaşdırma mühitində hansı proqramlaşdırma dilindən istifadə olunur?

– AlpLogo proqramlaşdırma mühitində komandaları icra etmək üçün hansı düyməni basmaq lazımdır?

– AlpLogo proqramlaşdırma mühitində komandalar siyahısına hansı komandalar daxildir?

– AlpLogo proqramlaşdırma mühitində dövr komandasınn əhəmiyyəti nədir?

– İç-içə dövrlərdən nə vaxt istifadə etmək olar?

– Dövr komandasından istifadə etməklə müxtəlif mozaika və naxışları necə yaratmaq olar?

Nəticə və ümumiləşdirmə: 1. Proqram alqoritmin təqdimolunma üsullarından biridir. Proqramlar proqramlaşdırma dillərində yazılır. 2. Proqramlaşdırma prosesində öyrənilən bilik və bacarıqlar şagirdlərin alqoritmik və məntiqi təfəkkürünün inkişafına kömək edir. İstənilən problem və məsələnin həlli alqoritmini düzgün tərtib etməklə onun həllinə nail olmaq olar. Logo dilində proqram yazmaq dünyanın bir çox ölkələrində yaşayan uşaqların sevimli məşğulliyyəti olmuşdur. 3. LOGO dili 1967-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) professor Seymur Papert tərəfindən yaradılıb.

4. LOGO adı qədim yunan sözü olub “logos”dan götürülüb, “fikir”, ”söz” mənasını verir.

5. AlpLogo proqramlaşdırma mühitinin digər proqramlardan ən mühüm fərqi ondadır ki, bu proqramda komandalar Azərbaycan, ingilis və rus dillərində yazıla bilir. 6. AlpLogo proqramlaşdırma mühitində logo proqramlaşdırma dilindən istifadə olunur?

7. AlpLogo proqramlaşdırma mühitində komandaları icra etmək üçün “Çalışdır” düyməsini basmaq lazımdır?

8. AlpLogo proqramlaşdırma mühitində komandalar siyahısına “ilkinvəziyyət”, “sil”, “qəlmiendir”, “qəlmineni”, “qələminrəngi”, “irəli”, “geri”, “sağa”, “yaz” və s. daxildir?

9. Təkrarlanan hərəkətləri yerinə yetirmək üçün dövr komandasından istifadə olunur. Bunun nəticəsində proqramın uzunluğunu azalır, mürəkkəb təsvirlər yaratmaq asanlaşır.

10. Eyni fiqurların təkrar-təkrar yerini dəyişmək və ya fırlatmaqla maraqlı təsvirlər yaratmaq olar. Təkrarlanan komandalar özü də bir neçə dəfə təkrarlana bilər və bu zaman iç-içə dövrlərdən istifadə olunur.

11. Təkrarlamaların sayını və uyğun dönmə bucağını dəyişməklə müxtəlif fiqurlar yaradılır. Proqramda təkrarla komandasından istifadə etməklə cürbəcür naxışlar, mozaikalar yaratmaq mümkündür.

Qiymətləndirmə:

Şəkil

Şəkil

Ev tapşırığı: Təkrarlamaların sayını və uyğun dönmə bucağını dəyişməklə müxtəlif naxış və mozaikalar çəkin.

Qiyafət Fərruxova,
Xətai rayonu, Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbin informatika müəllimi

Filed in: DƏRS NÜMUNELERİ İNFORMATİKA

Hələ şərh yoxdur

Şərh yazın