5:32 pm - Çərşənbə Avqust 16, 2017

Biologiya fənnindən dərs nümunəsi

Bilirik ki, hər bir müəllimin dərslərə özünəməxsus yanaşma üsulları var. Dərslərdə problemin qoyuluşu şagirddə həm maraq oyatmalıdı, həm də araşdırma apararkən özləri nəticəyə gəlməlidilər. Bu il “İlin ən yaxşı müəllim müsabiqəsi”ndə iştirak edərkən keçirdiyim və qalib gələn açıq dərsin nümunəsini sizlərlə bölüşmək istəyirəm. Düşünürəm ki, bu yazılardan hər kəs yararlana bilər.

Sinif: VIII sinif.

Mövzu: “Damarlarıımızdakı qan və onun hərəkəti”

Məqsəd: Qanın tərkibini izah edir və orqanizmdə hərkətini sistemli şəkildə bilir. Apardığı təcrübəni tam şəkildə ümumiləşdirir. Qanın tərkibinə dair hesablamaları aparır.

İnteqrasiya: Kimya fənninə.

İş üsulu: Fasiləli oxu, bioloji imla.

İş forması: Böyük qrupla iş, kiçik qrupla iş.

Təlim nəticəsi: 1. Orqanizmdə qanın tərkibini sadalayır və damarlarda hərəkətini izah edir.

2. Qanın tərkibinə dair təsrübələr aparır və ümumiləşdirir.

3. Qanın tərkibinə və hərəkətinə dair hesablamalar aparır.

Resurslar: Dərslik, dəftər, İKT. İş vərəqləri, mikroskop, qan preparat.

Dərsin gedişi:

Motivasiya: Şagirdlərə qan maddəsini göstərərək və əqli hücum edərək əvvəlcə kimya dərsindən maddənin nə olduğunu soruşub, sonra isə göstərilən maddənin neçə adlandığını soruşuram. Mövzunun adı alındıqdan sonra mikroskopla qan preparatı müşahidə olunur və aydın olur ki, qan göründüyü kimi qırmızı deyil, ona bu rəngi tərkibindəki elementlər verir .

Tədqiqat sualı: Qanın quruluşu necədir və getdiyi yol hansı istiqamətdədir?

Tədqiqatın aparılması: Şagirdlər qruplaşır, fasiləli oxu üsulu ilə dərsi hissələrlə səsləndirib, sonra iş vərəqlərindəki suallar üzrə məlumat hazırlayırlar.

İnformasiya mübadiləsi: Hər qrup öz işini təqdim edir. Müəllim şagirdləri qiymətləndirib növbəti mərhələyə keçir.

İnformasiya müzakirəsi: Dərsin əvvəlində qoyulan problemi tamamlayaraq növbəti mərhələyə keçilir.

Nəticə və ümumiləşdirmə: Müəlllim şagirdlərin fikrini tədqiqat sualına yönəldərək şagirdlərin cavablarını yada salaraq əlavələrini edir.

Yaradıcı tədbiqetmə: Düzgün çıxışı tapın (D və S yazın).

Şəkil

Şəkil

İş vərəqi: №1

Kiçik qan dövranı

Şəkil

Şəkil

Kiçik qan dövranı ürəyin -1-mədəciyindən ağciyər kötüyü ilə başlayır. Ağciyər kötüyü qanı ağciyərlərə gətirən sağ və sol ağciyər-2-ayrılır. Bu arteriyalar -3- daxil olaraq şaxələnir və-4-sisteminə keçir. Həmin kapilyarlar.-5-əhatə edir.

Kapilyarlardakı qan ilə alveollardakı hava arasında-6- gedir. Alveollarda olan -7- kapilyardakı qana və kapilyardakı -8- isə diffuziya yolu ilə alveollara keçir. Beləliklə, -9- qan 10- qana çevrilir. Arterial qan iki cüt ağciyər venaları ilə ürəyin -11- çatdırılır. Qanın ürəyin sağ mədəciyindən başlayaraq sol qulaqcığa qədər keçdiyi yol -12- adlanır.

Açar sözlər: karbon qazı, venoz .arterial, sol qulaqcığına, kiçik qan dövranına, sağ, arteriyalarına, ağciyər qapılarından, kapilyar, ağciyər alveollarını, qazlar mübadiləsi, oksigen.

http://learningapps.org/display?v=pykeqn7ot01

İş vərəqi: №2

Böyük qan dövranı

Böyük qan dövranı aorta vasitəsilə ürəyin -1- mədəciyindən başlayır. Oksigen və qida maddələri ilə zəngin olan -2- qan kiçik arterialar vasitəsi ilə orqan və toxumalara çatdırılır. Burada qan -3- sisteminə keçir. .Kapilyarlarda olan qan ilə toxuma və hüceyrələr arasında mübadilə prosesi gedir. Qanda toxuma mayesində qida maddələri və -4- daxil olur.

Şəkil

Şəkil

Hüceyrələrdən isə zərərli maddələr və -5- kapilyarlara keçir. Mübadilə zamanı yaranmış -6- vena kapilyarlarında toplanır. Vena kapilyarları bir-birilə birləşərək kiçik venaları əmələ gətirir. Qarın boşluğu orqanlarından və aşağı ətarflarından venoz qan -7- boş venaya gətirilir. Başdan, boyundan və yuxarı ətraflardan gələn venoz qan isə -8- boş venaya daxil olur. Aşağı və yuxarı boş venalar venoz qanı ürəyin -9- qulaqcığa gətirilir -10- daxil olmuş venoz qan -11- keçir .Beləliklə, qanın ürəyin -12- qan damarları vasitəsilə. -13- qulaqcığa qədər keçdiyi yol -14- adlanır.

Açar sözlər: sağ mədəcik, sol mədəcik, sağ qulaqcıq, böyük qan dövranı, arterial, kapilyar, oksigen, karbon qazı. venoz qan, aşağı, yuxarı, sağ, sağ qulaqcıq.

http://learningapps.org/display?v=pbru5hxf501

İş vərəqi: №3

1. Qanın formalı elementlərini funksiyasına görə təyin edin.

2. Verilmiş məsələni həll edin.

Şəkil

Şəkil

Şəkil

Şəkil

Orta yaşlı insanın 0,5 l qanında olan eri

trositlərin yarısı məhv olarsa, orada nə qədər eritrosit qalar?

http://learningapps.org/display?v=pan02hqe515

İş vərəqi: №4

Limfa dövranın şərh edin

Şəkil

Şəkil

• http://learningapps.org/display?v=pi0v9v8n515

Qiymətləndirmə:

Şəkil

Şəkil

Ev tapşırığı:

• Qanda olan formalı elementlərin sayı azalarsa, nə baş verər və orqanizmimizə necə təsir göstərər?

• Esse hazırlayın.

Leyli Əliyeva,
İmişli şəhəri, A.Eminov adına
7 nömrəli tam orta məktəbin
biologiya müəllimi
http://bioloq2015.blogspot.com/

Filed in: DƏRS NÜMUNƏLƏRİ - BİOLOGİYA

Hələ şərh yoxdur

Şərh yazın