3:11 pm - Şənbə Noyabr 24, 2485

Kimyəvi elementlərin dövri sistemi

Kimyəvi elementlər və elementlərin dövri sistemi cədvəlinə maraq həmişə böyük olub. Qeyd etməliyik ki, dövri cədvəl bəşəriyyətin ən böyük kəşflərindən biridir. 1869-cu ildə məşhur rus alimi Dmitri İvanoviç Mendeleyev dövri sistemi kəşf edərkən kimyəvi elementləri məhz bu şəkildə birləşdirmək üçün heç bir görünən səbəb yox idi. Lakin elementlərin belə eleqant sistemdə uğurlu nizamlana bilməsi faktı kimyəvi tədqiqatlarda geniş imkanlar açıldığı fikrinə gətirib çıxardı. Təxminən 15 il müddətində onun öncədən söylədikləri uğurla təsdiq olundu.

Mövzu: “Kimyəvi elementlərin dövri sistemi”

Standart: 1.2.1. Atomun quruluşu, kimyəvi rabitələri, elektrolit məhlullunda baş verən hadisələri şərh edir.

Təlim nəticəsi: Dövrlər və qruplar üzrə elementlərin xassələrinin dəyişməsi qanunauyğunluğunu izah edir.

İş forması: Kollektivlə iş, kiçik qruplarla iş.

Təlim üsulu: Əqli hücum, müzakirə.

İnteqrasiya: F.2.2.2.

Resurslar:learningapps.org,prometheanplanet.com,flipsnack.com,photopeach.com portal.edu.az

Dərsin gedişi: Dərs nümunəsi Activinspire proqramının köməyi ilə hazırlanmışdı.

Motivasiya: Şagirdlərin diqqətini dərsə yönəltmək üçün onlara belə bir sualla müraciət edirəm: Kimya deyiləndə ilk ağlınıza gələn sözlər hansılardır? Onlar cavabı isə belə olur: “Kimya qidadır”, “Kimya dərmandır”, “Kimya silahdır”, “Kimya naxışdır”, “Kimya geyimdir”, “Kimya zəhərdir”, “Kimya həyatdır”, “Kimya dünyanı xilas edəcək”.

Mən dərsimə Learningapps.com da hazırlanmış “Təkrar biliyin anasıdır” oyunu ilə başlayıram. Bu oyun vasitəsilə şagirdlərimin dövri qanun haqqında biliyini yoxlayıram və bu da onlarda idrak fəallığını artmasına səbəb olur.

Motivasiya şəkillər əsasında da qurula bilər. Şagirdlərə təklif olunur ki, şəkillərə diqqətlə baxsınlar.

Şəkil

Şəkil

Daha sonra şagirdlərə aşağıdakı istiqamətverici suallar verilir:

1. Lövhədə gördüyünüz görkəmli alimlərin fikirləri nə idi?

2. Kimyəvi element anlayışı kim tərəfindən neçənci əsrdə elmə daxil edilmişdir?

3. Kimyəvi elementlər nəyə deyilir?

4. Neçə kimyəvi element var?

5. Bu elementlərdən neçəsi metal, neçəsi qeyri-metaldır?

6. Kimyəvi elementlərin adlandırılmasını ilk dəfə kim təklif etmişdir?

7. Kimyəvi elementlər sistem şəklində harada yerləşir?

Suallar şagirdlər tərəfindən cavablandırılır və nəticədə mövzunun adı açılır. Kimyəvi elementlər sistem şəklində “D.İ.Mendeleyevin kimyəvi elementlərinin dövri sistemi” cədvəlində yerləşir. Flipçartda “Photopeach.com” saytında hazırlanmış müxtəlif formalı “Kimyəvi elementlərin dövri sistemi cədvəlləri” həzin musiqinin sədası altında şagirdlərə göstərmək olar və bunların içərisində dövri sistemin D.İ.Mendeleyev tərəfindən hazırlanmış ilk əlyazmasını da daxil etmək olar.

Şəkil

Şəkil

Sonra şagirdlərə növbəti sualları verirəm: Keçən dərsimiz də sizə elementlər haqqında araşdırma aparmağı tapşırmışdım. Araşdırmanızın nəticəsi nə olub elementlər haqqında nə öyrənmisiniz? Şagirdlər elementlər haqqında müxtəlif şeirlər öyrənib danışırlar və promethean lövhədə http://www.flipsnack.com/my-flipbooks/details?flip=fdk9yh1z0 saytında hazırladığım “Kimyəvi elementlər haqqında” elektron kitab vərəqlənir:

Daim saf, təmiz qalıb, Qətiyyən pozulmaram. Nişan üzüyü olub, Barmaqlarda solmaram. Dövlətlər bir-birinə Qızıl pul göndərirlər, Məşhur qəhrəmanlara, Qızıl ulduz verirlər. (Qızıl) Bütün aləm tanıyır, Qədim zamandan məni. Gümüş suya dönərək, Sağaldaram xəstəni. Qızılın sirdaşıyam, Çox vaxt cığır daşıyam. (Gümüş) Əriyərəm çox çətin, Küllü qalay yeyərəm. Zərif nazik sapımla, İşıq səpələyərəm. (Volfram) Az tapılsam da amma, Məişətdə həyatda, Rolum artır get gedə Ünvanımı axtarın teleskopda güzgüdə. (İndiyum) Mənsiz qazıla bilməz, Dərin dərin quyular. Lazımam təbabətə, Yüngüllüyü sevmirəm, Ağır minerallarım var. (Barium) Rəng, boya mənasını, Daşıyır adım mənim. Əla keyfiyyətlidir, Növ-növ poladım mənim. (Xrom) Qiymətli sarı misəm, Sanmayınki xəsisəm. Çoxdur tətbiq meydanım, Telefonda lazımam. Boşqab, nimçə, qazanam, Tel olmağa hazıram. (Mis) Qanadlı metal kimi, Hər yanda hörmətim var. Təyyarə mənsiz uçmaz, Cahanda şöhrətim var. Mikrogübrə kimiyəm, Qab-qacağam çox şeyəm. (Alminium) Texnikada ürəyəm, Buruqlara gərəyəm. Min cür xırdavatam mən, Göyə qalxan atam mən. Olaram kotan, maşın, Traktor avtomaşın. Sadə möhkəm dəmirəm, Mənəm mənəm demirəm. (Dəmir) İşləməkdə tayım yox, Olaram dərman, rezin. Pambıq üzüm becərən, Faydamı özü desin. (Kükürd) Düz yarım əsr əvvəl, İlk ocaq yandırmışam. Gübrə olub torpağa, Qüvvət qazandırmışam. Zəhərli sayılsam da, Nurluyam səhər axşam. (Fosfor) Sərt almaza çevrilib, Qranit kimi möhkəm, Süxurları qazıram. Bəzən qrafit olub, Elə yumşalıram ki, Kağızı da yazıram. (Karbon) Təmiz buxarlarımdan, Canlılar zəhər dadır, Amma suyum həmişə, Əsəb xəstəliyinin, Qiymətli dərmanıdır. (Brom)

Şagirdlərin kimyəvi elementlər haqqında öyrəndikləri dinlənildikdən sonra tədqiqat sualı elan olunur.

Tədqiqat sualı: Dövri sistem cədvəlində elementlərin xassələrinin dəyişməsi qanunauyğunluğunu necə izah edərsiniz?

Tədqiqatın aparılması: Şagirdlər 3 kiçik qrupa ayrılır. Bunun üçün əvvəlcədən masaların üzərinə işərisində bəzi kimyəvi elementlərin formulları yazılmış zərflər yerləşdirmişdim. Onlardan bu zərfləri açıb oturacaqları masaları müəyyənləşdirmələrini tapşırıram. Masalara özüm ad vermişəm: “Kimyəvi aristokratlar”, “Kimyəvi təcavüzkarlar”, “Hakim ailə”.

Şagirdlərin masalarda düzgün əyləşmələri üçün onların “Kimya ensiklopediyası”nı oxumaları lazımdı. Zərflərdə He, Ne, Ar, Kr, Xe, Rn, F, Cl, Br, J, Cu, Ag, Au kimi formullar verilmişdi. Kimyəvi elementlərin dövri sistemi cədvəlində VIII qrupun əsas yarımrupunda yerləşən He, Ne, Ar, Kr, Xe, Rn elementləri “Təsirsiz qazlar”, “Nəcib qazlar” və ya “Kimyəvi aristokratlar”, VII qrupun əsas yarımqrupunda yerləşən F, Cl, Br, J, elementlərini “Halogenlər” və ya “Kimyəvi təcavüzkarlar”, I qrupun əlavə yarımqrupunda yerləşən Cu, Ag, Au elementləri isə “Hakim ailə”qrupunu əmələ gətirir.

Şəkil

Şəkil

KİMYƏVİ ARİSTOKRATLAR

1. Kimyəvi elementlərin dövri sistemi cədvəlində neçə dövr var və bu dövrlər neçə yerə bölünür? 1-ci, 2-ci, 3-cü dövrlər neçə kimyəvi elementdən ibarətdir və bu dövrlərin birinci və axırıncı elementləri hansı xassəyə malikdir, yəni metaldır, qeyri metaldır, yoxsa nəcib qazdır?

2. Qruplar üzrə yuxarıdan aşağıya, dövrlər üzrə soldan saga doğru getdikcə elementlerin metallıq xassələri necə dəyişir?

3. 6-cı dövrdə 57-ci element olan lantandan sonra və 7-ci dövrdə 89-cu element aktiniumdan sonra gələn elementlər necə adlanır? Onlar nə üçün cədvəlin aşağısında ayrıca yerləşdirilir?

4. I və IV qrupun hidrogenli birləşməsi və baş oksidinin formulunu yazın

5. Əsas və əlavə yarımqrup elementlərini sandıqlarda yerləşdirin. Ag, He, Li, Al, Cu, Au, Zn, Mn, Rb əsas yarımqrup elementləri əlavə yarımqrup elementləri

KİMYƏVİ TƏCAVÜZKARLAR

1. Kimyəvi elementlərin dövri sistemi cədvəlində neçə qrup var və bu qruplar neçə yarımqrupa bölünür?

2. I, II, III qrupların əsas yarımqruplarındakı elementlər hansılardır?

3. Dövrlər üzrə soldan sağa, qruplar üzrə yuxarıdan aşağıya doğru getdikcə elementlərin qeyri-metallıq xassələri necə dəyişir?

4. III və V qrupun baş oksidi və hidrogenli birləşməsi necə yazılır?

5. Verilmiş elementlərin əmələ gətirdiyi bir neçə maddənin formulunu yazın.

 

 

 

Şəkil

Şəkil

1. Kimyəvi elementlərin dövri sistemi cədvəlində neçə sıra vardır? 4-cü, 5-ci və 6-cı dövrlər neçə sıradan təşkil olunur?

2. Tamamlanmamış dövr hansıdır və neçə elementdən ibarətdir?

3. Hansı qrupların uçucu hidrogenli birləşmə əmələ gətirdiyini izah edin?

4. Verilmiş elementləri qruplarda düzgün yerləşdirin: Ca, Se, P, J, Na, Ba, He, Cl, Be, Mg, Ar, B,Al, N, K, Br, S, H, O, C, Si, Sb, Po. Bu elementlər əsas yarımqrupda yerləşir, yoxsa əlavə yarımqrupda?

Şəkil

Şəkil

Qruplara tədqiqat üçün müəyyən vaxt verilir. Bu müddət ərzində çalışmaq lazımdır ki, çətinlik çəkdikləri məqamlarda onlara kömək edək. Qrupların təqdimatından sonra müzakirələr aparılır, dinlənilən təqdimatlara qruplar tərəfindən əlavələr edilir. Müzakirə zamanı daha çox suallara üstünlük verilərsə, daha yaxşı olar

1. Kimyəvi elementlərin dövri sistemi cədvəlində neçə dövr, qrup, yarımqrup və sıra var?

2. Dövrlər üzrə elementlərin metallıq və qeyri-metallıq xassələri necə dəyişir?

3. Dövri sistemin I və VII qrupunda yerləşən eyni element hansıdır?

4. Böyük və kiçik dövrlər neçə sıradan ibarətdir?

5. Hər bir dövr neçə elementdən təşkil olunmuşdur?

6. Kimyəvi elementlərin atomlarının hansı göstəriciləri dövr və qrup daxilində dəyişmir? Mövzu haqqında qısa məlumat verib, verilmiş linklərə daxil olub şagirdlərə mövzu ilə əlaqəli videoları izlətmək olar.

Yaradıcı tətbiqetmə: Bu mərhələdə şagirdlərə krosvordu tamamlamaq tapşırılıb. Krosvordu düzgün həll etsəniz cavabların baş hərfləri kömürün tərkib hissəsini təşkil edən elementin adını göstərəcək.

1. Qələvi metaldır. 1.

2. Təsirsiz qazdır. 2.

3. Platin ailəsindəndir. 3.

4. Amfoter metaldır. 4.

5. Yanmaya kömək edir. 5.

6.Dəmir ailəsinə daxildir. 6. 

Şəkil

Şəkil

Hər qrupa mövzuya uyğun olaraq bir məntiqi taşırığa cavab vermək tələb olunur.

1. Tək ayaqlı olsa da heç kəsi saymır. A) Oksigen B) Helium C) Ozon 2. O qonşusuna oxşamaq istəsə də yerişini yeriyə bilmədi?

A) Ca, Sr B) N2, P C) Lİ, Na

3. Eyni tərkibli olub atom kristal qəfəsliyik, deyin neçə qardaşıq hansımız yaraşıqlı, hansımız tünd rəngliyik. Hansımız çox bərk olub, şüşəni də kəsirik. Hansımız şəkil çəkib, yazırıq əriyirik. Əgər bizi tapsanız, söyləyin ki, biz kimik? A) Karbon B) Fosfor C) Silisium

Daha sonra Refleksiya mərhələsində learningapps.com saytında hazırladığım resurs puzzle şagirdlərə təqdim olunur. Puzzle 15 hissədən ibarətdir. Hər hissədə bir tapşırıq var. Şagirdlər tapşırığı həll etməklə kimyəvi elementlərin metallara və qeyri-metallara aid olduğunu təyin etməlidirlər. Doğru seçim etdikcə tapşırığın arxasında olan şəklin uyğun hissələri açılır və nəticədə üzərində D.İ.Mendeleyevin şəkli olan Kimyəvi elementlərin dövri sistemi cədvəli görünür.

Şəkil

Şəkil

Növbəti learningapps.com saytında hazırladığım resurs təqdim olunur. Tapşırıqda 13 kimyəvi elementin formulu ilə Azərbaycan dilində adını birləşdirmək tapşırılıb.

Şəkil

Şəkil

Cavablar düz olanda hər iki hissə yaşıl rəng olur və ekrandan silinir. Nəhayət, sonuncu learningapps.com saytında hazırladığım “Milyonçu” oyununa bənzəyən resurs “Kim kimyaçı olmaq istəyir?” tapşırığı təqdim olunur. Şagirdlər 6 suala cavab tapmaqla oyunu tamamlayıb, kimyaçı olmağı bacarırlar.

Şəkil

Şəkil

Qiymətləndirmə meyarı: izah etmək.

Şəkil

Şəkil

Şəkil

Şəkil

Ev tapşırığı: Şagirdlərə D.İ.Mendeleyevin dövri sistemi cədvəlində yerləşən “Qanadlı metallar” və “Həyat elementləri” yarımqrupu haqqında məlumat toplamaq (Kimya ensiklopediyası) və respublikamızın işğal altında olan rayonlarında tapılan elementlər haqqında poster hazırlamaq tapşırılır.

Dərsin bu üslubda qurulması şagirdlərin fənnə marağını artırır. Onlarda kollektiv işləmə, bir-birilərinin fikirlərinə hörmətlə yanaşmaq, məntiqlə düşünmək, öyrənmək, öyrəndiklərini tətbiq etmək, özünə inam kimi hislərin formalaşmasına kömək edir.

Ülviyyə Ağayeva,
Yevlax şəhər 5 nömrəli tam orta məktəbin kimya müəllimi

Filed in: DERS-KİMYA

Hələ şərh yoxdur

Şərh yazın