7:57 am - Çərşənbə Noyabr 22, 2017

MƏKTƏBİN İNFORMASİYA TƏHSİL MƏKANI

Müasir təhsil müəssisələri yüksək texnologiyalı mühitə uyğunlaşmağa can atırlar. Əgər 10 il bundan əvvəl tədris prosesində informatikanın öyrədilməsi və kompyuterin mənimsədilməsi əsas götürülürdüsə, son illərdə təhsil prosesində informasiyanın alınması, ötürülməsi, saxlanılması, istifadəsi vasitələri və bunları təmin edən informasiya texnologiyaları tədricən ön plana çıxmağa başladı. Orta ümumtəhsil məktəbinin informasiya təhsil məkanını müasir informasiya texnologiyalarından istifadə əsasında təhsil məqsədilə insanların şəxsi xüsusiyyətlərinin dəyişilməsi mühiti kimi təhlil edirik. İT-nin təhsildə tətbiqi müasir təhsil sistemlərinin bütün pillə və səviyyələrində vacib konponentlərdən biri sayılır. İT-nin tətbiqi sayəsində tədris prosesinin bütün iştirakçıları üçün yeni imkanlar – lazımı məlumatın axtarılması və əldə olunmasına sərf olunan vaxtın ixtisarından, təhsil məzmununun yenilənməsinin sürətləndirilməsindən tutmuş təhsilin fərdi qaydada yüksək səviyyəyə çatdırılmasına, onun şəxsi təmayülünə kimi imkanlar açılır.

Məktəblərdə dərslik və metodiki işlərdə İT-dən istifadə üzrə böyük təcrübə toplanılır, daha maraqlı və effektiv kompyuter proqramlarının axtarışları davam etdirilir. Hal-hazırda məktəblərdə tədris prosesində İT-dən istifadə aşağıdakı istiqamətlərdə aparılır:

* Dərsin hazırlanması və təşkili.

* Müəllifin multimedia vasitələrini yaratması.

* Fərdi və kütləvi layihə fəaliyyəti.

* Tədris prosesinin idarə edilməsi.

İT-nin məktəbdə istifadəsinin vacib şərtlərindən biri də müəllimlərin informasiya mədəniyyətinin müasir səviyyədə olmasıdır. Fənn müəllimlərinin kompyuter və İT-nin mənimsədilməsində problemlərinin həllinin vacibliyi informatikanın dərsliklərdən öyrənilməsində az əhəmiyyət kəsb etmir.

Təhsil prosesində İT-nin istifadəsinin növbəti istiqaməti video və kompyuter təqdimatını nəzərdə tutur. Hər il məktəbdə layihələr festivalı keçirilməlidir ki, burada 8-11-ci sinif şagirdləri öz layihələrini müdafiə etsinlər. Ən yaxşı işlər respublika və rayon konkurslarına göndərilməlidir. Yuxarı sinif şagirdlərinin fəaliyyətinin əməli nəticələrindən biri də, internetdə məktəb saytının açılmasıdır. Saytın veb səhifəsində məktəbin həyat axarından, tarixindən, ənənələrindən və s. danışılmalıdır. Məsafədən öyrədilmə bölməsində bütün fənlər üzrə mövzuların öyrədilməsinə dair məsləhətlər, nümunələr, tapşırıqlar tapmaq olar. Mövcud internet resursları dərsin sistemi üçün yox, kompyuter istifadəçisinə istiqamətlənsə də, bununla belə bizim tərəfimizdən ayrı-ayrı nizam-intizamların tədrisi üçün istifadə olunur.

Təhsildə yeni İT-nin tətbiqi tədris səviyyəsini yüksəldir, şagirdin öyrənmə fəallığını və motivasiyasını artırır, müəllimlərin didaktik yeniliklər üzrə axtarışda olmalarını təmin edir. Təhsil sistemində kompyuterlər sürətlə bütün tədris tərbiyə kompleksinin güclü vasitəsinə çevrilir.

MƏKTƏBİN İNFORMASİYA TƏHSİL MƏKANININ YARADILMASI VƏ İNKİŞAF PRESPEKTİVLƏRİ

Hazırki vəziyyətdə təhsilin informatizasiyasına kompleksli, planlı, resurs həcmli proses kimi baxılır və bu prosesdə məktəbin bütün kollektiv üzvləri, həmçinin valideynlərdə iştirak edir. Qarşıda duran məsələlər isə aşağıdakılardır:

* Təhsil intizamında İT-nin istifadəsi

* Məktəbdə təhsilin idarə edilməsində kompleks proqramların tətbiqi

* Təhsildə internetdən fəal istifadə və s.

Təhsil müəssisəsinin hər bir kabinetində kompyuter texnikası vardır. Bu o deməkdir ki, məktəbin informasiya təhsil məkanı üçün maddi texniki baza yaradılmışdır. İT-nın daha effektiv istifadəsi üçün bir sıra tədbirlər hazırlanır və aparılır.

İT-nin tətbiqi və pedaqoji kadrların hazırlanması qarşıda duran məsələlərin həllində daha vacib vasitələrdir. Bu bir zəncirin həlqələridir. Proseslər qarşılıqlı əlaqəlidir və paralel şəkildə aparılmalıdır. Görünür ki təhsil prosesində İT-dən fəal istifadə etmək üçün şəbəkə kordinatorları – bu prosesləri idarə edən pedaqoqlar lazımdır. Məktəb komandasının üzvləri bu məsuliyyəti öz üzərinə götürməlidirlər.

Vahid məktəbin informasiya təhsil məkanının yaradılması və inkişafına görə məktəb administratoru vacib rol oynayır ki:

– müştərək lokal şəbəkənin yaradılmasına, eləcə də kitabxananın yenilənməsinə zəmin yaradır;

– məktəbin təhsil idarəetmə sərvətini inkişaf etdirir;

– vahid məktəbin informasiya təhsil məkanının yaradılması prosesinə nail olmaq üçün monitorinq keçirilir.

Yalnız bunlarin əsasında Vahid informasiya təhsil məkanını yaratmaq və inkişaf etdirmək mümkündür.

Gülanə Mahmudova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, I kurs, magistr

Filed in: MƏKTUBLAR

Şərhlər qapalıdır.