11:34 am - Şənbə Sentyabr 23, 2017

Kimya fənnindən dərs nümunəsi

Mövzu: “Doymuş aldehidlərin alınması və tətbiqi”

Standart: 1.1.1. Oksigenli azotlu birləşmələrdə atomların qarşılıqlı təsirini izah edir.

Məqsəd: Doymuş aldehidlərin alınması və kimyəvi xassələrinə aid sadə reaksiyaları aparır və tənliklərini tərtib edir.

2. Doymuş aldehidlərin alınması və kimyəvi xassələrinə dair məsələləri həll etməyi bacarır.

3. Doymuş aldehidlərin tətbiq sahələrini bilir.

İş forması: Bütün siniflə iş, kiçik qruplarla, cütlərlə iş.

Təlim üsulu: Beyin həmləsi, BİBÖ, müzakirə.

Resurslar: Qarışqa aldehidi, asetat aldehidi, spirt lampası, sınaq şüşələri, iş vərəqləri, ammonyakda məhlulu Ag2O, Cu(OH)2.

Motivasiya: Müəllim sinfi cütlərə ayıraraq onlara tapşırıq verir ki, bir-biri ilə fikir mübadiləsi edərək, aldehidlər haqqında nə bilirlərsə qeyd etsinlər. 3 dəqiqədən sonra yazı lövhəsində asılmış BİBO cədvəlinin I sütununda şagirdlər aldehidlər haqqında bildiklərini qeyd edirlər. Sonra müəllim sual verir: Aldehidlər haqqında daha nələri bilmək istəyirsiniz? Bu zamanı şagirdlər istədiklərini ikinci qrafada yazırlar. Beləliklə, cədvəl aşağıdakı kimi olur.

Cədvəl

Cədvəl

Bundan sonra müəllim şagirdlərə kimya dərsliyindən “Doymuş aldehidlərin alınması və tətbiqini” öyrənməyi və burada verilən suallara cavab hazırlamağı tapşırır. Sonra müəllim lövhədə tədqiqat sualını yazır.

Tədqiqat sualı: Doymuş aldehidlərdən ən çox tətbiq olunan asetat və formaldehid hansı xarakterik kimyəvi xassələrə malikdir.

1. Doymuş aldehidlərin tətbiqinin onların xassələri ilə əlaqələri varmı?

Tədqiqatın aparılması: Müəllim sinfi dörd qrupa bölür, hər qrupa iki sualdan ibarət iş vərəqini verir və dərsliyi öyrənməklə suallara cavab hazırlamağı tapşırır.

I qrup tapşırığı:

1. Sınaq şüşəsinə 2 ml sirkə aldehidi töküb üzərinə 2 ml Ag2O-in ammonyakda məhlulunu əlavə edin. Nə müşahidə edirsiniz?

2. Sınaq şüşəsinə 2 ml sirkə aldehidi tökün, üzərinə tərə çökdürülmüş Cu(OH)2 əlavə edin. Nə müşahidə etdiniz? Reaksiya nəticəsində hansı maddə alınar? Hər iki reaksiyanın tənliyini yazın.

II qrup tapşırığı: (cədvəl 2)

Cədvəl 2

Cədvəl 2

3. Maddəni beynəlxalq nomenklaturaya görə adlandırın.

III qrup tapşırığı:

1. Bu reaksiya tənliyini başa çatdırın.

2. Aldehidin alınma üsulunu yazın.

IV qrup tapşırığı:

1. Aldehidlərin oksidləşmə reaksiyasını yazın.

2. Formaldehidin polimerləşmə reaksiyasını yazın.

Məlumat mübadiləsi: Hər qrupdan bir nəfər qrupun işini seçilən üsulla sinfə təqdim edir.

Məlumatın müzakirəsi: Qrupların təqdimatları müzakirə edilir və əlaqələndirilir. Müəllim öyrənilənləri ümumiləşdirmək üçün suallar verir:

1. Doymuş aldehidlər hansı maddələrlə reaksiyaya girir?

2. Doymuş aldehidlərdən harada istifadə olunur?

3. Doymuş aldehidlərin qaynama temperaturunun, molekulunda eyni sayda karbon atomu olan doymuş biratomlu spirtlərdən aşağı olmasına səbəb nədir?

4. Aldehidlərin molekul kütləsi artdıqca suda həll olmasının azalması nə ilə izah olunur?

5. Quruluş izomerliyi hansı aldehiddən başlayır?

Nəticə və ümumiləşdirmə: Dərs ümumiləşdiri-lərək aşağıdakı nəticəyə gəlinir:

• Molekulunda karbohidrogen radikalı və aldehid funksional ( – C ) olan üzvi maddələrə aldehid deyilir.

• Aldehidlər mis2 – oksidlə, hidrogenlə Ag2O-in ammonyakda məhlulu ilə reaksiyaya girir.

• Aldehidlər siniflərarası izomerlik əmələ gətirir, optiki izomerlik (güzgü əksi), sinifdaxili izomerlik əmələ gətirir.

• Xalq təsərrüfatının müxtəlif sahələrində – fenolformaldehid və karbomid qətranının alınmasında, toxumların dezinfeksiya olunmasında istifadə olunur.

• Müxtəlif aşkarlarla birlikdə fenolformaldehid qətranından hazırlanan plastik kütlələrə fenolplastlar deyilir.

Fenolformaldehid qətranını asetonda və ya spirtdə həll etdikdə müxtəlif laklar alırlar. Fenolformaldehidin suda 4%lik məhlulu tibbdə formalin adı ilə istifadə olunur.

Qiymətləndirmə: Qrupların işi meyarlar əsasında qiymətləndirilir.

Ev tapşırığı: Doymuş aldehidləri haqqında internetdən əlavə məlumat toplamaq.

Züleyxa Abbasova,
Naxçıvan Müəllimlər
İnstitutunun metodisti

Filed in: DERS-KİMYA

Hələ şərh yoxdur

Şərh yazın