7:41 pm - Bazar Sentyabr 24, 2017

Professor Yaşar İbadov ABŞ-da keçirilən VII Beynəlxalq Ekspressiv Terapiya üzrə Sammitdə iştirak etmişdir

Şəkil

Şəkil

Müəllifi olduğu “Alternativ Psixologiya” elmini dünyanın aparıcı ölkələrində uğurla təqdim edən görkəmli alimimizin növbəti səfəri Amerika Birləşmiş Ştatlarına olub. “Psixogigiyena və Tibbi Psixoloji Diaqnostika” laboratoriyasının müdiri, YAY-OSİDO  İnnovasiya İnkişaf Mərkəzinin təsisçisi,  professor Yaşar İbadov səfərdə Rusiyalı  həmkarları ilə birlikdə 8-14 noyabr 2016-cı il tarixində  ABŞ-ın Nyu York şəhərində  keçirilən VII Beynəlxalq Ekspressiv Terapiya üzrə Sammitdə  iştirak etmişdir. Sammit iştirakçıları Pratta Universitetində, autist uşaqların təhsil aldığı xüsusi məktəbdə və psixiatriya xəstəxanasında aparılan  praktiki işlərlə yaxından tanış olmuş, amerikalı mütəxəssislərin art-terapiya, kadr hazırlığı və müalicə zamanı tətbiq etdikləri metodika ilə bağlı təcrübə mübadiləsi aparmışlar. İştirakçılar tərəfindən  “Alternativ Psixologiya” elminin metodologiyası əsasında  sağlamlığı məhdud uşaqların uğurlu müalicəsi və əldə olunan müsbət nəticələr haqqında  təqdimat maraqla qarşılanmış və birgə əməkdaşlığın davamlı olması qərara alınmışdır.

Kəmalə Qayıbova,
“Təhsil problemləri”

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın