2:20 pm - Cümə İyun 23, 2017

Professor Yaşar İbadov Böyük Britaniyada keçirilən Dünya üzrə Biznes Liderlərinin Beynəlxalq Sammitində iştirak etmişdir

Şəkil

Şəkil

“Psixogigiyena və Tibbi Psixoloji Diaqnostika” Laboratoriyasının müdiri, “YAY-OSİDO” İnnovasiya İnkişaf Mərkəzinin təsisçisi, professor Yaşar İbadov müəllifi olduğu “Alternativ Psixologiya” elmini Amerika Birləşmiş Ştatlarında uğurla təqdim etmişdir. Görkəmli alimimizin növbəti səfəri dəvət aldığı Dünyanın təhsil incisi olan Böyük Britaniyanın Oksford Universitetində 19-21- dekabr 2016-cı il tarixində keçirilən “Dünya üzrə Biznes Liderlərinin Beynəlxalq Sammiti”ndə iştirakı ilə bağlı idi. Özünün yeni elmi və innovativ metodları ilə bəşərin, insanlığın xidmətində dayanan, professor Yaşar İbadov müəllifi olduğu “Alternativ Psixologiya” elminin metodologiyası əsasında etdiyi elmi ixtiraları və nanotexnologiya ilə hazırlanmış olan harmanizatorları Avropa keyfiyyət lisenziyasına və nişanına layiq görülmüşdür. Neqativ enerji və informasiyadan azad olmaqla, insanda pozitiv enerji balansının tənzimlənməsinə – harmoniyanın bərpası və normada saxlanması istiqamətində insanların tibbi-psixoloji sağlamlığının Beynəlxalq səviyyədə qorunması yolunda dünya təbabətinə öz töhfələrini verən professor Y.S.İbadovun Beynəlxalq Sammitdə iştirakı və elmi nəticələri yüksək qiymətləndirilmiş və ona Oksford Universitetinin fəxri akademiki adı verilmişdir.

Y.S. İbadova həyat və yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.

Kəmalə Qayıbova,
“Təhsil problemləri”

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın