4:38 pm - Çərşənbə İyul 26, 2017

Tələbələr “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” sərəncamından irəli gələn vəzifələrin icrası məqsədi ilə Naxçıvan Dövlət Universitetinin də Sosial idarəetmə və hüquq fakültəsinin dövlət və bələdiyyə idarəetməsi, həmçinin turizm və otelçilik ixtisaslarının II kurs tələbələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələrək, tariximizi əks etdirən eksponatlarla tanış olublar.

Muzeyin bələdçisi Şahnaz Əliyeva tələbələrə muzey haqqında məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 5 iyun 2013-cü il tarixli sərəncamı təkcə tariximizin qorunması və təbliğinə deyil, həm də gələcəkdə bir millət kimi bu torpaqların əzəli və əbədi sakinləri olduğumuzun elmi dəlillərlə sübutuna xidmət edən mühüm dövlət sənədidir. Naxçıvanqalanın bərpası, qalanın əvvəlki görkəminin özünə qaytarılması, burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması, ümumilikdə, Naxçıvanın tarixinin öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm və tarixi addımdır.

Komplekslə tanışlıq zamanı burada nümayiş olunan eksponatlar haqqında dəyərli məlumatlar əldə edən tələbələr, Nuh Peyğəmbərin Məzarüstü türbəsini də ziyarət ediblər.

Mina Qasımova,
NDU-nun Media
Mərkəzinin əməkdaşı

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın