11:33 am - Şənbə Sentyabr 23, 2017

İngilis dilindən dərs nümunəsi

İlahə Həmidova,   Bərdə şəhər 8 saylı tam orta məktəbin ingilis dili müəllimi

İlahə Həmidova,
Bərdə şəhər 8 saylı tam orta məktəbin ingilis dili müəllimi

Fənn: İngilis dili

Sinif: VIII sinif

Mövzu: Let flowers decorate our lives (Qoy güllər həyatımızı bəzəsin)

Standart: 1.1.2 – dinlədiyi mətnin məzmununu hissələrə ayırır;
2.1.2 – müzakirələrdə mövzu ilə bağlı fikirlərini bildirir;
3.1.4 – mətndəki əsas fakt və hadisələri seçir, qruplaşdırır;
4.1.2 – məlumat xarakterli mətnlər yazır.
Məqsəd: Şagirdlər güllər haqqında geniş məlumat əldə edirlər.

Vəzifələr:

• Mətni dinləyərək mətnin məzmununu müəyyən edir;
• mətnə aid suallar verir;
• mətnə aid tapşırıqları yerinə yetirir;

Nəticə: Şagirdlər güllərin həyatımızdakı rolunu öyrənir. Güllərdən necə və hansı tədbirlərdə istifadə etməyi öyrənir.

Lüğət: Commemorate, fiancée, glory, groom, holly, honeysuckle, rebirth, victim

İş üsulu: Müzakirə,tamamlama.

İş forması: Kiçik qruplarla iş, kollektivlə iş.

İnteqrasiya: Biologiya, həyat bilgisi

Resurslar: Dərslik, şəkillər, CD və rəngli vərəqlər

Dərsin gedişi:

Motivasiya:

Şəkil

Şəkil

 

Bu əlamətdar günlərdə ən dəyərli hədiyyənin nə olduğu soruşulur. Şagirdlərin müxtəlif fikirləri ilə dərsin adı müəyyənləşir.

Problemin qoyuluşu:

“Həyatımızda güllərin rolu nədir?” Şagirdlərdən məlumatlar toplanır.

Mətn təqdim edilir:

Our people have got many valuable customs and traditions. Wedding is one of our national customs. Traditionally the groom always gives a bunch of roses to the fiancee as in many other countries. In the USA before the bride and groom leave the party, the bride throws the bouquet over her head and girls try to catch it. It’s believed that the girl who catches will be the next one to get married.

Mətn təqdim olunduqdan sonra mətndəki yeni sözlərin mənası açılır. Sonra şagirdlər qruplara ayrılır.

Qrup tapşırığı 1

Qrup 1.

28

 

“Qarışıq cümlələr” üsulundan istifadə edilərək mətn iş vərəqlərində qarışdırılmış şəkildə şagirdlərə təqdim edilir.

Qrup 2.

Şəkil

Şəkil

“Cümləni tamamla” üsulundan istifadə edilərək mətnə əsasən yarımçıq cümlələr iş vərəqində şagirdlərə təqdim edilir.

Qrup 3.

“Şəkli yada sal” üsulundan istifadə edilərək mətni ifadə edən şəkillərdən ibarət iş vərəqləri şagirdlərə təqdim edilir. Şagirdlər şəklə əsasən mətn qurur.

Qrup tapşırığı 2

Bütün siniflə iş: Müzakirə ilə dərs davam edilir. Mövzuya uyğun suallar verilir.

1. What flowers do you know?
2. How do flowers decorate our life?
3. What flowers should be given on what occasions and why?
4. Why are flowers necessary for us?
5. What flowers do you like and why?
6. Do you like to get a bunch of flowers from anybody on your birthday?
7. Do you like to give a bunch of flowers to anybody?

Yaradıcı tətbiqetmə:

“İnformasiya boşluqları” üsuluna görə aylara əsasən boşluqları gül adları ilə doldurmaq.

1. The morning ….. is September.
2. The flower of March is ….
3. The …. is January flower.
4. April flowers are…
5. December flower is the ….
6. The flower for May is the …

Ümumiləşdirmə:

Flowers: 1. Add colour to our life.

2. Can influence our mood.
3. Can be classified by months and they depend on the months.
4. Make our lives colourful, give us high spirit.

Qiymətləndirmə:

Şəkil

Şəkil

Filed in: DƏRS NÜMUNƏLƏRİ - XARİCİ DİL

1 şərh var: to “İngilis dilindən dərs nümunəsi”

  1. Ulduz Mürşüdova
    15 Aprel 2017 at 21:38 #

    Bu dərs planı bir az təkmilləşdirilsə yaxşı olar. Dinləmə dərsi zamanı fərdi iş forması vacibdir. Məqsəd düzgün qoyulmayıb. Yeni sözlərin təqdimatı mətn təqdim edilməzdən əvvəl verilir. Tapşırıqlar standartları deyil, mövzunu reallaşdırır, halbuki mövzu standartı reallaşdıran vasitədir. Standarta görə 4 bacarıq inkişaf etdirilməlidir, lakin bu cari planlaşmada öz əksini tapmayıb.Qiymətləndirmə səviyyələr üzrə aparılmayıb. Yaxşı olar ki, rubriklə qiymətləndirmə aparsın

Şərh yazın