11:33 am - Şənbə Sentyabr 23, 2017

Qəbələ

Gəzmişəm hər diyarı, cənnəti-məkan, Qəbələ
Qafqaz əhlinə tarix, əsli çırağban, Qəbələ.

Tükənməz sərvəti var, adətləri zəngindir onun,
Bu gün Azərbaycanın özü, əzəli Alban, Qəbələ.

Səpilib köksünə dağlar, sanki bir qeyrət qalası,
Gör necə şahin yuvalı, milləti-rəvan, Qəbələ.

Yamyaşıl bağ-bağatı, hər cürə iqlim havası,
Dərdlərə dərman yetirən dağ, meşə, aran, Qəbələ.
Tanısın ellər yaxasın, ey dil, Durcası, Qəmərvanı var.
Altmış adda kəndi, obası- şəhri Gülüstan, Qəbələ.

Adlı-sanlı yazarı, alimi, müəllimi var,
Günbəgün abad olur hüsnü-firavan, Qəbələ.

Böyüyüb duz-çörəyinlə səni unutmaz bircə an.
O şair ki, adı Fərman, əsli Durcadan, Qəbələ!

Fərman ƏZİZLİ,
Əməkdar müəllim

Filed in: ŞEİR

Hələ şərh yoxdur

Şərh yazın