11:35 am - Şənbə Sentyabr 23, 2017

İNGİLİS DİLİNDƏN AÇIQ DƏRS NÜMUNƏSİ

İlahə Həmidova, Bərdə şəhər 8 saylı tam orta məktəbin ingilis dili müəllimi

İlahə Həmidova,
Bərdə şəhər 8 saylı tam orta məktəbin ingilis dili müəllimi

Fənn: İngilis dili

Sinif: IX

Mövzu: “Biz dünyayıq”.

Standart: 1.1.1; 2.1.1; 2.1.3; 3.1.4; 4.1.2

Məqsəd: Şagirdlərin diqqətini dünya miqyaslı dostluqlara, dostluq haqqında atalar sözü və deyimlərə çevirmək, “Biz dünyayıq” fikrinin ideyasını müəyyənləşdirmək.

Metod: İnteraktiv.

Tip: İnduktiv.

İnteqrasiya: Coğrafiya, musiqi.

İş forması: Qruplarla iş, fərdi iş, cütlərlə iş.

İş üsulu: Tamamlama, müzakirə.

Dərsin gedişi:

Motivasiya: Şagirdlərə slaydda şəkillər təqdim olunur. Sonra onlara bir bənd şeir verilir və tamamlama üsulundan istifadə edilərək, şeiri tamamlamaq tapşırılır.

We are the …

Separated by…,

But what bothers me is if

The world will ever be …

9

Şəkil

Şəkil

Nöqtələrin yerinə mənaya uyğun müxtəlif tamamlamalar edilir, fikirlər söylənilir. Şagirdlər şeiri düzgün formada təqdim edilərək, dərsin adını müəyyənləşdirirlər: “We are the world”

Tədqiqat sualı:

1. Sənin üçün dünya nədir? “Biz dünyayıq” ifadəsini necə izah edərsiniz?

2. Multikultral proyektlərin əsas məqsədi nədir?

Şagirdlər dilindən, dinindən, milliyətindən asılı olmayaraq insanların dünyanın ən vacib hissəsini təşkil etdiklərini diqqətə çatdırdılar. Qeyd etdilər ki, hər bir insan yaşadığımız bu dünyayın bir parçasıdır, onlar dünyanı yaradırlar.

Şagirdlər eyni zamanda onu da bildirdilər ki, Azərbaycanımız multikultral bir ölkədir və ölkəmizdə multikultural proyektlər geniş şəkildə həyata keçirilir. Onlar bildirdilər ki, multikultural proyektlərin əsas məqsədi xarici məktəblər, universitetlərlə əlaqə yaratmaq, dili, dini, həyat üslubu müxtəlif insanlarla eyni tədbir və festivallarda iştirak edib təcrübələrini bölüşməkdir.

Dərsin bu mərhələsində yeni sözlər verilir.

Key words:

Betray – cheat, fool, hurt smb who trust you

Cross – cultural –multicultural

Religion – faith, belief, worship

Swap – give smth to smb, vary, alter, barter

Twin – link, combine, join

Yeni sözlər cümlədə işlədilərək, daha da möhkəmləndirilir.

Cütlərlə iş: Verilmiş suallardan istifadə edərək dialoq tərtib edin:

1. Is it important to have a friend in another country?

2. What festivals and performances are organized in your school?

3. How can these performances and festivals help you?

4. How can people learn about different cultures, customs and traditions?

Qrup işi: Mahnıya qulaq asaraq, verilmiş mahnını tamamlayın: Exercise 2, on page 102

Qrup işi təqdim olunur. Şagirdlər yenidən mahnını dinləyərək düzgün intonasiya və tələffüz qaydaları üzərində məşq edirlər.

Mətn oxunulur, tərcümə edilərək multikulturalizm haqqında fikirlər ümumiləşir. Dostluq haqqında atalar sözləri və deyimlər verilir.

Dərsin bu mərhələsində şagirdlərə yaradıcı tətbiq etmə tapşırılır.

Verilmiş deyim və atalar sözlərini şəxsi fikirlərinizlə tamamlayın.

1. Friendship is a feeling that …

2. Friends are people who …

3. Friends are like melons …

4. A friend to everyone is …

5. He has no friends …

6. True friendship is …

Nəticə və ümumiləşdirmə:

Nəticə olaraq qeyd edilir ki, biz eyni planetdə, sadəcə müxtəlif ölkələrində yaşayırıq. Buna baxmayaraq hamımız bir dünyayıq və bu dünyanı qorumalıyıq.

Qiymətləndirmə: Bu mərhələ aşağıdakı meyarlara əsasən aparılır:

1. Yeni sözləri düzgün tələffüz edir.

2. Dostluq, dünya adət və ənənələri haqqında danışa bilir.

3. Verilmiş atalar sözü və deyimlərə şərh bildirə bilir.

4. Verilmiş cümlələri tamamlaya bilir.

5. Dialoq qura bilir.

Ev tapşırığı:

“Xaricdəki qələm dostlarıma məktub” mövzusunda esse yazaraq öz multikultural fikirlərini bölüş.

Filed in: DƏRS NÜMUNƏLƏRİ - XARİCİ DİL

Hələ şərh yoxdur

Şərh yazın