11:36 am - Şənbə Sentyabr 23, 2017

Hay qətliamları…

Həbibullah Əzizov, Qubadlı Rayon Təhsil Şöbəsinin tarix üzrə metodisti

Həbibullah Əzizov,
Qubadlı Rayon Təhsil Şöbəsinin tarix üzrə metodisti

Ən qədim dövrlərdən başlayaraq dünyanın ən tolerant və multikultural xalqı olan Azərbaycan xalqı XX əsrin 80-ci illərinin əvvəllərindən etibarən yüzilliklər boyu nankor qonşularımız tərəfindən qarşılaşmasına, yaşamasına və yaşadılmasına baxmayaraq “genosid” və “soyqırım” istilahları ilə tanış oldu. Ümumi olaraq hər iki termin eyni mənanı və ya yaxın mənaları ehtiva etsə də mənfur qonşularımızın yüzilliklər boyu xalqımıza qarşı törətdikləri vəhşilik və qeyri-insani hərəkətlərin fonunda bu anlayışlar zəif qalır. Bu gün biz daha çox genosid və soyqırım terminlərinə paralel olaraq qətliam istilasından da istifadə edirik. Əslində adını nə qoyuruqsa, qoyaq, istər Xocalı, istər digər faktlar, istərsə də bəzi mənbə və ədəbiyyatlarda xalqımıza qarşı ilk rəsmi soyqırım kimi qəbul edilən 1905-ci il qətliamları hayların – ermənilərin xəstə ruhlu, vəhşi və qorxunc şəkildə anti-Azərbaycan, anti-türk xəstəliyinə, psixologiyasına sahib bir xalq olduğunu sübuta yetirən faktlardandır. Əslində K.Marksın təbiri ilə desək: “Bəşəriyyətə fahişəliyi ilk dəfə gətirən bu xalqın düşüncəsində və təfəkküründə azərbaycanlılara qarşı bir düşmənçilik hissi yatır”. Həmçinin onu da bilmək lazımdır ki, bu düşmənçilik tarixən mövcud olmuşdur və hər dəfə bu paxıllıq və düşmənçilik başqa-başqa şəkillərdə təzahür etmişdir. Erməni dünyagörüşündə xalqımıza qarşı düşmənçiliyin başqa bir təzahürü də vardır. Dünyanın əksər xalqlarının mütəfəkkir, alim, ədəbiyyatçı, elm və din xadimlərinin hər zaman münaqişələrdə barışdırıcı mövqe tutmasına baxmayaraq, əksinə hayların “ziyalıları” bu münaqişədə öndə yer tutmuş, münaqişənin alovlanmasına şərait yaratmış və onu körükləmişlər. Çox zaman isə qanlı, vəhşi, qəddar hadisələrin birbaşa iştirakçısı və əsirlərə – girovlara qarşı cəza tədbirlərində və işgəncələrdə həm təşkilatçı, həm də icraedici olaraq mərkəzi mövqələrdə qərar tutmuşlar.

Yuxarıda qeyd olunduğu kimi bəzi elmi dairələrdə və ədəbiyyatlarda ermənilərin törətdikləri ilk soyqırım olaraq 1905-ci il erməni qətliamları göstərilir. Amma tarixin dərinliklərinə səyahət etsək, xalqımıza qarşı erməni-hay soyqırımlarının daha da qədimə – VIII əsrə dayandığının şahidi olarıq. Məncə ilk rəsmi hay düşmənçiliyi VIII əsrin əvvəllərində baş vermişdir. Burada həmçinin erməni düşmənçiliyi dini motivlər şəklindədir. VIII əsr hadisələri mərhum akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” kitabında geniş qeyd olunub (Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə”, Şərq-Qərb nəşriyyatı, Bakı, 2007, səh: 107-109). Bəhs olunan hadisənin mahiyyəti budur ki, erməni katolikosu İlyanın əsassız şikayətindən sonra Əməvi xəlifəsi Əbd ül-Malik Mömin Alban kilsəsini ləğv edərək erməni qriqoryan kilsəsinə birləşdirmişdir. Bundan sonra ərəblərdən dəstək görən haylar bütün Alban-Arran ədəbi-bədii və dini ədəbiyyatlarını qrabara tərcümə edərək yüzillliklər boyu yaradılmış Alban sivilizasiyasını erməniləşdirmiş və qriqoyanlaşdırmışlar. Bəhs olunan hadisədə Girdiman yepiskopu Bakur Nerses dəhşətli şəkildə Əməvi-hay cəlladları tərəfindən tətbiq olunan işgəncələrə dözə bilməmiş, səkkiz gün ac qaldığı üçün vəfat etmiş, ona dəstək verən Alban knyazı I Varaz Trdatın xanımı Sprama isə işgəncələrə məruz qalmışdır (adı çəkilən əsərdə). Hətta Mousey Kalankatuklunun “Ağvan tarixi” əsəri də bu “tərcümələr”in qurbanı olmuş və əsli günümüzə gəlib çatmamışdır (Z.B. a.ç.ə, səh 110). Bunu və bu kimi faktları erməni tarixçisi T. Ter-Qriqoryan da qəbul edir (yenə a.ç.ə). Yuxarıda bəhs olunan erməni katolikosu İlyanın haylara xas “məktub” hadisəsi bizə iki faktı aşkar göstərir. Birincisi, erməni din xadimlərinin hər zaman qarşıdurmaların mərkəzində olması, bu qarşıdurmalara şərait yaratması, hərəkətverici qüvvəsi olması və erməni kilsələrinin bizə qarşı mənfur fəaliyyəti də mərkəz kimi fəaliyyət göstərməsi. Halbuki Qafqazda xristianlığı ən gec qəbul edən haylar dini inancları da pasifizmin mövcudluğundan və bu inancın banisinin pasifist olduğundan yəqin ki xəbərləri yoxdur. Çünki xəbərləri olsa İlyanın vəhşi övladları XIII əsr sonra kosmos, nanotexnika və mütərəqqi qanunların fəaliyyət göstərdiyi bir zamanda və əsrdə Qarabağda, Xocalıda hamilə qadının qarnını deşib məsum, heç nədən xəbəri olmayan uşağı təpikləməz və atasının kəsilmiş başını qadının qarnına yerləşdirib tikməzlərdi. Hətta Hippokrat andı içmiş Zori Balayan adlı bir həkimin (əslində caninin) xocalılı 13 yaşlı bir uşağın dərisin soyaraq, onun neçə dəqiqəyə ölməsini gözləməzdi və bunu hansısa dırnaqarası araşdırmasına daxil etməzdi. Əslində bu kimi erməni-hay vəhşiliyinin nümunələri minlərcədir və bu kimi faktlar böyük bir aysberqin sadəcə uzaqdan görünən hissəsidir. Bu hay-erməni vəhşiliyi 1905-1907, 1918-1920 və 1988-1994-cü illərdən günümüzə qədər davam etmiş və hələ də davam etməkdədir. Yuxarıda qeyd olunan VIII əsr hadisələrindəki ikinci fakt isə yenə hər zaman olduğu kimi hayların güclü imperiyaların, dövlətlərin qanadı, çətiri altında yaşaması və onlara sığınıb kölə, qul kimi yaşamasıdır.

Bu nankor xalqın biz Azərbaycan xalqına qarşı vəhşi düşmənçiliyi XVIII sərdən etibarən Çar Rusiyasının fonunda daha intensiv olmuşdur. Bu intensivlik Türkmənçay müqaviləsindən sonra ermənilərin Osmanlıdan, İran ərazilərindən Qafqaza – Azərbaycan ərazilərinə köçürülməsindən sonra daha da sürətli hal almışdır. Məhz bundan sonra 1905-1907, 1918-1920, 1948-1953 və nəhayət, 1988-1994-cü illərdə bu anti-Azərbaycan fəaliyyət daha aktiv və təhlükəli olmuşdur. Əslində xalqımıza qarşı erməni terroru SSRİ-də 1920-ci ildən 1969-cu ilə qədər müxtəlif formalarda tətbiq edilmişdir. Moskvanın “kadr qıtlığı” və “milli kadrların olmaması” fikirləri respublikamızı idarə edən “kadrlar”ın yuxarıdan göndərilməsi və bu “beynəlmiləl” kadrların əksəriyyətinin erməni olması xalqımıza qarşı yeni represiyaların təşkil olunmasına gətirib çıxarmışdır. Əslində bunlar da erməni genosidinin başqa bir formasıdır və biz bunu genosid-soyqırım kimi qəbul etməliyik. 1948-1953-cü illərdə Ermənistan Respublikasından soydaşlarımızın səfalı ata-baba torpaqlarından Respublikamızın isti Mil-Muğan və Aran rayonlarına ən primitiv şəkildə köçürülməsi də bir soyqırımdır.

Əslində biz Azərbaycan xalqı olaraq insanlığa sığmayan, ancaq və ancaq erməniyə xas olan bir qorxulu, təhlükəli və mənfur bir xəstəliklə ilə üz-üzə dayanmışıq. Ermənilər əslində geni xəstələnmiş bir xalqdır. Bu xəstəlik ancaq azərbaycanlara qarşı haylar tərəfindən həyata keçirilən bir fəaliyyətdir. Bu xəstəliyin iltihablı özəyi yalnız Azərbaycan türklərinə qarşı zəhər, üfunət yayır. Əgər belə olmasa idi dahi rus şairi A.S.Puşkinin “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən” deyə xitab etdiyi haylar xalqımıza qarşı əzəli torpaqlarımız olan Qarabağda, Göyçədə, Zəngəzurda insan idrakına sığmayan qətllər və vəhşiliklər törətməzdilər.

1988-1994-cü illərdə ermənilərin həyata keçirdiyi qanlı, amansız, terror və qeyri insani hərəkətlərdən ən dəhşətlisi Xocalı qətliamıdır. Xocalı hayların zamana və miqyasına görə ən qəddar, vəhşi və misli görünməmiş soyqırımlardan biri və ağlın-dərrakənin qəbul etməkdə çətinlik çəkdiyi bir təcavüzdür. Çünki bu faciəni törədən vəhşilər sanki xalqımıza qarşı qəddarlıq və qeyri-insani hərəkətlərdə bir-biri ilə yarışmaya girmişdilər. Bu soyqırımın ağır olmasının səbəblərindən biri də bu qətliamın vətənimizdə, ən acınacaqlısı isə yüzilliklər boyu çörəyimizi yeyən nankorlar tərəfindən törədilməsindədir. Bunu da bilmək lazımdır ki, sonralar işğal olunmuş rayonlarımızın işğalına açılan yol, qapı Xocalı idi.

Xocalı faciəsinin “maraqlı” və dəhşətli məqamlarından biri də budur ki, bu soyqırımın həyata keçirilməsində bilavasitə iştirak etmiş Serj Sarkisyan, Robert Koçaryan və Arkadi Qukasyan kimi haylar (bir Azərbaycan vətəndaşı olaraq vəhşi kəliməsinin ekvalenti olaraq hay kəliməsini istifadə etməyi münasib görür və bu terminin vandalizm kimi yayılmasını arzu edirəm. Bəlkə bu zaman “ruhumuz qürurlana”) bu günə qədər Ermənistan deyilən dövlətdə və “Artsax” (Arsak) deyilən qondarma bir “qurumda” xələf-sələf prinsipi ilə hakimiyyətdədirlər (Halbuki “Arsak” qədim türk sözüdür, “igid sakların yaşadığı yer” mənasındadır). Həmçinin bu nankorların çox böyük əksəriyyəti Azərbaycanımızın əzəli və əbədi torpağı olan Şuşada və Xankəndində anadan olmuşdur. Seyran Ohanyan kimiləri isə sovet dönəmində Bakıda hərbi təhsil almış, Xocalıda azərbaycanlılara qarşı vəhşi fəaliyyət göstərməsinə mükafat olaraq yüksək vəzifələrə təyin edilmiş və son aylara qədər isə Ermənistanda müdafiə naziri postunda oturmuşdur.

Xocalıdakı hay-erməni vəhşiliyinin bir nümunəsi də bu qəddarlığın mülki şəxslərə və əsas da uşaqlara qarşı törədilməsi və ən ağırı isə onların gözü önündə həyata keçirilməsi idi. Soyqırımda vəhşicəsinə qətl edilən uşaqlar, habelə itkin uşaqlar və işgəncəyə məruz qalan uşaqlar bunlara misaldır. Bu hal, hadisələrin şahidi olan uşaqların, gənclərin yaddaşından heç bir zaman silinməyəcək. Çünki onlar hadisələrin bilavasitə iştirakçısı olmuş, təsirli olsa da hadisələri ürək ağrısı və qorxu ilə müşahidə etmişlər. Bu qətliam qurbanları və şahidləri vizual, səs, qoxu və daktil informasiyaları yaşlarına uyğun olmayan şəkildə qəbul etmiş və mənimsəmişlər. Bu da onların həyatlarında (təbii ki sağ qalanların) ağır və təsirli iz qoymuş, sonrakı həyatlarında bəzi çətinliklərin yaranmasına səbəb olmuşdur. Normal və inkişaf etmiş dövlətlərdə bu kimi hadisələrin şahidləri və iştirakçıları illərlə tibbi-psixoloji müaiyənələrə cəlb olunurlar. ABŞ-da hələ də 44 il əvvəl bitməsinə baxmayaraq Vyetnam müharibəsi iştirakçıları bu müalicələrə cəlb olunurlar. Amma 90-cı illərin Azərbaycan gerçəkləri və şəraitsizliyi göz önünə gətirilirsə bu faciənin şahid və zərərçəkənlərin həyatında acı iz buraxdığı aşikardır.

Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması yolunda 25 ildir Azərbaycan xalqı dövlət və hökumət ilə bərabər, istər daxildə, istərsə də beynəlxalq aləmdə fəaliyyət göstərir. Bu müqəddəs missiyanın həyata keçirilməsi əslində heç də asan deyildir. Beynəlxalq aləmdə erməni lobbisi hər zaman yazıçı Jemçuynikovun qeyd etdiyi kimi, “qışqıra-qışqıra özgə millətləri özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağ cəlb edə-edə” haqqımızda dezinformasiya yayaraq, dünya ictimaiyyətini aldadırlar, hətta bəzən buna müvəffəq də olrular. Buna görə də bu faciəyə hüquqi və siyasi qiymət vermək ilk olaraq ulu öndər Heydər Əliyevin üzərinə düşdü. Ulu Öndər Xocalı soyqırımını “Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” deyərək ən yüksək qiyməti vermişdir. Bu gün bu sahədə 2008-ci ilin mayından fəaliyyət göstərən “Xocalıya ədalət” kompaniyasının yaradıcısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti və əməyi əvəzsizdir. Məhz onun fəaliyyəti nəticəsində dünyada və ölkə daxilində əməli işlər görülüb və bu fəaliyyət davam edir. Ona görə də bu gün dünyada onlarla ölkə, İslam Əməkdaşlıq Təşkilatı və ABŞ-nın 16 ştatı bu soyqırımı tanıyıb.

Bütün bu kimi taleyüklü fəaliyyətləri və xidməti təhsil işçiləri də yerinə yetirməlidirlər. Biz təhsil işçiləri cəmiyyətin aparıcı qüvvəsi və qələmi, mürəkəbi ilə gələcək nəsillərə yol göstərən Prometeylərik. Bir ordunun həyata keçirəcəyi ağır və çətin bir işi əsl cəfakeş müəllim qısa müddətə yerinə yetirə bilər. Mübarizlərin, Fəridlərin, Əliflərin, Əliyarların, Müşfiqlərin və qanı müqəddəs Vətən torpağına qarışmış on minlərlə həmvətənlərimizin yetişməsində biz müəllimlərin də rolu vardır. Ona görə də biz müəllimlər gələcək nəsillər qarşısında özümüzü günahkar saymamaq, bir daha Xocalı, 1905-1907 və 1918-ci il Mart soyqırımlarının yaşanmaması üçün gələcəyimiz olan şagirdlərə dünəni və bu günü, dostu və düşməni bu gündən anlatmalıyıq!

Filed in: YAZILAR

5s şərh var: to “Hay qətliamları…”

  1. Elvira Süleymanova
    22 Aprel 2017 at 20:36 #

    Təşəkkürlər Həbibullah müəllim.Bəli bu bizim tariximizdir qanlı və şanlı tariximiz.Unutmamalı və unutdurmamalıyıq

    • Həbibullah Əzizov
      30 May 2017 at 10:23 #

      Təşəkkürlər sağolasınız. Minnətdaram

    • Həbibullah
      31 May 2017 at 20:57 #

      Təşəkkür edirəm, minnətdaram

  2. Samira
    31 May 2017 at 21:01 #

    İxtisasım riyaziyyat olsa da, çox maraqlı informasiyalar aldım bu məqalədən. Məncə bunu daha yüksək müstəvilərə çıxarmaq lazım. Qələminizə qüvvət

  3. Samirə
    6 İyun 2017 at 19:58 #

    Tarixçi olmasam da çox informasiya aldım bu məqalədən. Təşəkkürlər

Şərh yazın