7:43 pm - Bazar Noyabr 19, 2017

Riyaziyyat fənnindən “açıq dərs”in icmalı

Fənn: Riyaziyyat

Mövzu: “Tez hesablama vərdişləri”.

Standart:

1.1.7. Ədədləri model, sxem diaqram və riyazi ifadələrlə təsvir edir.

1.3.4.Toplama və çıxmaya aid müxtəlif növ sadə məsələləri həll edir.

Dərsin gedişi:

Motivasiya:

1. Canlandırma oyunu keçirilir.

Start mənəm, 3+4=?

Mən 7      Mən 9            Mən 5             Mən 3

3+6=?      1+4=?             2+1=?             4+4=?

2. Dərsə Qırmızıpapağın mövzuya uyğun dəyişdirilmiş nağılı ilə qurulmuş ssenari ilə davam edirik.

Qırmızıpapaq xəstə nənəsinə kökə və şəkərçörəyi aparırdı.

Onun yolu meşədən keçirdi. Yolda Qırmızıpapağın qarşısına bir canavar çıxdı. Canavar Qırpızıpapağı bir bəhanə ilə yemək istədi. O, Qırmızıpapaqdan soruşdu:

– Hara gedirsən, ay, Qırmızıpapaq? Səni yeyəcəm.

Qırmızıpapaq canavarı görüb bərk qorxdu. Titrək səslə dedi:

– Məni yemə! Kəndə gedirəm. Xəstə nənəmə kökə aparıram.

Canavar bir az düşünüb dedi:

– Əgər misalları düz həll edib sözləri düz tapsan, səni və nənəni yemərəm.

Uşaqlar gəlin, misalları həll etməkdə Qırmızıpapağa kömək edək. Şagirdlər misalları həll edib “Boz canavar” sözünü tapırlar. Bu misalları həll etməkdə bizə tez hesablama vərdişləri kömək etdi.

Tədqiqat sualı: Tez hesablama vərdişlərinə necə yiyələnmək olar?

Şagirdlər:

1. Ədədin ikiqatına bir əlavə etməklə tez hesablamaq olar.

2. Ədəd oxunda irəliyə və geriyə saymaqla tez hesablamaq olar.

3. Toplama əməlində böyük toplananı 10-a tamamlamaqla kiçik toplananı uyğun tərkibə ayırmaqla tez hesablamaq olar.

4. Çıxma əməlində azalanı 10-a tamamlamaqla çıxılanı uyğun tərkibə ayırmaqla tez hesablamaq olar.

5. Verilmiş üçbucaqlarda qonşu ədədlərin cəmini tapın.

Şəkil

Şəkil

6. Şagirdlər üzərində misallar yazılmış kartoçkaları götürüb cəld misalları həll edir, uyğun cavablar yazılmış fiqurlarla qruplara bölünür.

Qruplara eyni səviyyəli tapşırıqlar yazılmış iş vərəqləri paylanır:

İş vərəqi № 1

1. Dairələrin yerinə müvafiq əməli işarəni yazın.

Şəkil

Şəkil

2. Məsələ: Orxangilin bağında 9 xurma, 18 nar ağacı var. Nar ağaclarının sayı xurma ağaclarının sayından neçə dənə çoxdur?

3. Toplama və çıxma əməlinin qarşılıqlı əlaqəsindən istifadə etməklə məchul ədədi tapın.

Şəkil

Şəkil

İş vərəqi № 2

1. Dairələrin yerinə müvafiq əməli işarəni yazın.

Şəkil

Şəkil

2. Məsələ: Orxangilin bağında 9 xurma, 18 nar ağacı var. Orxangilin bağında 8 nar ağacı artıq çiçəkləmişdir. Neçə nar ağacı hələ çiçək açmamışdır?

3. Toplama və çıxma əməlinin qarşılıqlı əlaqəsindən istifadə etməklə məchul ədədi tapın.

Şəkil

Şəkil

İş vərəqi № 3

1. Dairələrin yerinə müvafiq əməli işarəni yazın.

Şəkil

Şəkil

2. Məsələ: 18 balıqqulağını iki toplananın cəmi şəklində müxtəlif cür ifadə edin. Ədəd evini tamamlayın.

Şəkil

Şəkil

İş vərəqi № 4

1. Misalları həll edin.

10 – 5 = ? 11 – 5 = ? 16 – 8 = ?

2. Şəkildəki ədəd robotu girişən verilən ədədlərin üzərinə 4 əlavə etməklə çıxışda yeni ədədlər yaradır. Robotun girişinə 6, 7, 8 və 9 ədədlərini daxil etsəniz, çıxışında hansı ədədlər alınar?

Şəkil

Şəkil

Qrup işləri təqdim olunduqdan sonra hər qrup nümayəndəsi gəlib səbətlərdən bir sual çıxarır və cavablandırır.

Neçə alınar?                                    Neçə alınar?                              Neçə alınar?                               Neçə alınar?

17-ni 3 vahid artırsaq;              19-u 6 vahid azaltsaq;             20-ni 5 vahid azaltsaq?                  14-ü 5 vahid artırsaq;

 

Şəkil

Şəkil

Şəkil

Şəkil

 

 

 

 

 

 

 

 

İdman dəqiqəsi: “Kim sevirsə idmanı”

Məsələ: Həyətdə 3 oğlan topla oynayır, 4 qız iplə tullanır. Həyətdə cəmi neçə uşaq oynayır? Məsələyə uyğun ifadəni yazın və ədəd evini tamamlayın.

Şəkil

Şəkil

Riyazi tapmacalar: Fikrimdə hansı ədədi tutmuşam?

1. Bu ədəd 15-dən böyükdür, 18-dən kiçikdir. 16 ilə 18-in arasındakı ədəd deyil.

2. Bu ədəd 12-dən böyükdür, 16-dan kiçikdir. Nə 13-dən sonrakı ilk ədəd, nə də 16- dan əvvəlki ilk ədəd deyil.

Şəkil

Şəkil

Venn diaqramını tamamlayın.

Şəkil

Şəkil

Ədəd oxundan istifadə etməklə misalları sütun şəklində həll edin.

Şəkil

Şəkil

Tapşırıqları yerinə yetirməkdə Qırmızıpapağa kömək etdik. Canavar Qırmızıpapağı və nənəni yeyə bilmədi. Qırmızıpapaq şagirdlərə təşəkkürünü bildirir.

Müəllim: Deyə bilərsinizmi tez hesablama vərdişləri harada bizim köməyimizə çatır?

Şəkil

Şəkil

Nəticə və ümumiləşdirmə: Bu dərsdə biz daha çox toplama və çıxmanın qarşılıqlı əlaqəsindən istifadə etməklə verilməyən komponenti tapmaqla toplama və çıxma əməlinin mahiyyətini dərk etdik, ədədin ikiqatına bir əlavə etmək kimi tapşırıqları yerinə yetirməklə tez hesablama vərdişlərinə yiyələndik.

Ev tapşırığı: “Çətin məsələ” adlı videoçarxa diqqətlə baxın, evdə məsələnin həlli yolunu araşdırın.

Refleksiya və qiymətləndirmə: “Tez hesablama vərdişləri” mövzu üzrə ümumiləşdirilir.

Şagirdlər formativ qiymətləndirmə ilə qiymətləndirilir.

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

Zülfiyyə AĞAYEVA,
Suraxanı rayonu, R.Abidov adına 85 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Filed in: DƏRS -RİYAZİYYAT

Hələ şərh yoxdur

Şərh yazın