11:34 am - Şənbə Sentyabr 23, 2017

FƏZA FİQURLARI

Cəvahir NAĞIYEVA, Xırdalan şəhəri, B.Cəfərov adına texniki-təbiət fənləri təmayüllü 3 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi

Cəvahir NAĞIYEVA,
Xırdalan şəhəri, B.Cəfərov adına texniki-təbiət fənləri təmayüllü 3 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi

Mövzu: “Fəza fiqurları”.

Standartlar: 3.1.4. 4.1.1. 4.2.1.

Məqsəd:

1. Fəza fiqurlarını tanıyır.

2. Fəza fiqurlarının tillərinin, təpələrinin, üzlərinin sayını müəyyən edə bilir.

İnteqrasiya: texnologiya, təsviri incəsənət.

İş forması: Qruplarla iş, kollektiv iş.

İş üsulu: Beyin həmləsi, müzakirə.

Resurslar: Dərslik, iş vərəqi, fəza fiqurlarının modelləri.

Şəkil

Şəkil

D Ə R S İ N G E D İ Ş İ

Motivasiya: 3 dəq.

• Şəkildə gördükləriniz haqqında nə deyə bilərsiniz?

Tədqiqat sualı: Bu fiqurların xüsusiyyətləri nələrdir?

Tədqiqatın aparılması: 5 dəq.

Məlumat mubadiləsi: 10 dəq.

Şagirdlər 3 qrupa bölünür və iş vərəqləri paylanılır.

İş vərəqi-1

Şəkil

Şəkil

1. Bir neçə müstəvi fiqur çəkin və adını yazın.

2. Kub şəkli çəkin və onun tillərinin, təpələrinin, üzlərinin sayını tapın.

İş vərəqi-2

1.Bir neçə müstəvi fiqur çəkin və adını yazın

2.Piramida şəkili çəkin və onun tillərinin, təpələrinin, üzlərinin sayını tapın.

İş vərəqi-3

1. Bir neçə müstəvi fiqur çəkin və adını yazın.

2. Silindr və konus şəkili çəkin. Onların təpələrinin, tillərinin, üzlərinin sayını tapın.

Məlumatın müzakirəsi: 5 dəq.

Hər qrupun ümayəndəsi iş vərəqini lövhədən asır və təqdim edir.

Nəticə və ümumiləşdirmə: 5 dəq.

Fəza fiqurları müəyyən həcmə malikdirlər. Biz onları əlimizə götürürük. Ətrafımızda fəza fiqurlarına bir çox numunələr göstərə bilərik. Müstəvi fiqurlar fəza fiqurlarının üzləridir. Fəza fiqurlarının təpələri tilləri və üzləri vardır.

Piramidanın və duz pirizmanin oturacağındakı təpələrin sayından asılı olaraq ona üçbucaqlı, dördbucaqlı və s. piramida və ya prizma deyilir.

Şəkil

Şəkil

Yaradıcı tətbiqetmə:10 dəq.

Dərslikdə olan çalışmaları 1-4 sinifdə həll etdirirəm. Hər bir şagird sərbəst dəftərində çalışmanı həll edir.

Ev tapşırığı: Hər hansı materialdan (kardondan və ya plastilindən) fəza fiquru düzəldin.

Qiymətləndirmə: 6 dəq.

Qiymətləndirməni dərs boyu aparıram və gündəliklərə qeyd edirəm:

Şəkil

Şəkil

Refleksiya: 1 dəq.

Filed in: DƏRS -RİYAZİYYAT

Hələ şərh yoxdur

Şərh yazın